Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə74/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   101
9.3. Ġstehsal xərclərinin təsnifatı 
 
İstehsal məsrəflərinin iqtisadi ünsürlər üzrə qruplaş-
dırılması müəssisənin maddi və pul vəsaitinə olan ümumi 
ehtiyacını  təyin  etməyə  imkan  verir.  Bu  qruplaşdırma, 
həmçinin  maya dəyəri planını texniki-sənaye maliyyə pla-
nının başqa bölmələri ilə əlaqələndirmək, dövriyyə vəsai-
tini  planlaşdırmaq  və  onlardan  istifadə  edilməsi  üzərində 
nəzarət qoymaq məqsədini güdür. 
   Məlumdur  ki,  istehsal  xərcləri  ya  iqtisadi  ünsürlər 
üzrə, ya da kalkulyasiya maddələrinə görə təsnifləşdirir. İq-
tisadi  məzmununa  və  təyinatına  görə  eyni  olan  bütün 
istehsal xərcləri harada əmələ gəlməsindən və xərclərin ob-
yektlərindən  asılı  olmayaraq  ayrı-ayrı  ünsürlər  üzrə  qrup-
laşdırılır. İqtisadi ünsürlər üzrə istehsal xərclərinin təsnifatı, 
qruplaşdırılması  müəssisənin  maddi-enerji  ehtiyatlarına  və 


 
 
239 
yanacağa  olan  ümumi  tələbatını,  istehsal  əsas  fondlarının 
amortizasiyasını,  əmək  haqqı  xərclərini,  eyni  zamanda,  di-
gər pul məsrəflərini müəyyən etməyə imkan verir. 
  Məsrəflərin  iqtisadi  ünsürlərə  əsasən  qruplaşdırıl-
ması  müəssisənin  maddi  və  pul  məsrəflərini  göstərir, 
burada həmin məsrəflər ayrı-ayrı məhsul növləri və başqa 
təsərrüfat  ehtiyacları  üzrə  bölünmür.  İqtisadi  ünsürlərə 
əsasən,  bir  qayda  olaraq  məhsul  vahidinin  maya  dəyərini 
müəyyən etmək olmaz. Buna görə də məsrəflərin iqtisadi 
ünsürlərə əsasən qruplaşdırılması ilə yanaşı olaraq istehsa-
la  çəkilən  xərclər  xərc  maddələri  üzrə  də,  yaxud  başqa 
sözlə desək, kalkulyasiyanın maddələri üzrə də planlaşdı-
rılır və uçota alınır. 
İstehsal  xərclərinin  təsnifatında  xərc  maddələri  əsas 
diqqətə layiqdir. Məsrəflərin xərc maddələri üzrə qruplaş-
dırılması nəticəsində həmin məsrəflərin yerini, səbəblərini 
və  təyinatını  müəyyənləşdirmək  üçün  imkan  yaranır,  bu-
nunla da məhsul vahidinin maya dəyərini və onun istehsalı 
və  satışının  neçəyə  başa  gəlməsini  təyin  etmək  mümkün 
olur. Maya dəyərinin xərc maddələri üzrə planlaşdırılması 
və  uçota  alınmasından  məqsəd,  maya  dəyərinin  bu  və  ya 
başqa  səviyyəsinin  hansı  amillərin  təsiri  altında  əmələ 
gəldiyini və onun aşağı salınması uğrunda hansı istiqamət-
lərdə mübarizə aparmağın lazım gəldiyini aydınlaşdırmaq-
dan ibarətdir.  
Sənayedə  xərc  maddələrinin  aşağıdakı  nümunəvi 
nomenklaturu qəbul edilmişdir: 1)  xammal və materiallar; 
2) texnoloji ehtiyaclar üçün yanacaq və enerji; 3) istehsal 
fəhlələrinin  əsas  əmək  haqqı;  4)  avadanlığın  saxlanması 
və  istismarı  xərcləri;  5)  sex  xərcləri;  6)  ümumzavod 


 
 
240 
xərcləri;    7)  brak  nəticəsində  itkilər;  8)  istehsaldan  kənar 
xərclər. 
Xərclərin  birinci  yeddi  maddəsi  istehsal  maya  dəyə-
rini təşkil edir. Tam maya dəyəri isə istehsal maya dəyəri 
ilə istehsaldan kənar xərclərin toplanmasından əmələ gəlir. 
  Ayrı-ayrı  sahələrin  xüsusiyyətləri  xərc  maddələ-
rinin  nümunəvi  nomenklaturasının  dəyişdirilməsi  və  ona 
əlavələr edilməsi zəruriyyətini törədir. Məsələn, hasiledici 
sənayedə  dağ-mədən  hazırlıq  işləri  və  əsas  fondların 
amortizasiyası  üzrə  məsrəflər  ayrıca  hesablanır,  çünki 
məhsulun  maya  dəyərində  bu  məsrəflərin  xüsusi  çəkisi 
çox  olur.  Maşınqayırmada  satın  alınan  yarımfabrikatlar 
üzrə məsrəflər, yeni məmulat istehsalının mənimsənilməsi 
xərcləri və müəyyən məqsəd üçün işlədilən alət və uyğun-
laşdırıcıların  köhnəlməsini  ödəmə  xərcləri,  habelə  sair 
məqsədlər üçün çəkilən xərclər  ayrı-ayrı  maddələrdə gös-
tərilir. 
Müəssisələrdə məhsulun (işin, xidmətin) maya dəyə-
rinə  daxil  edilən  xərclər  onların  iqtisadi  məzmununa  görə 
aşağıdakı ünsürlər üzrə qruplaşdırılır: 
  a)  material  xərcləri  (qaytarılan  tullantıların  dəyəri 
çıxılmaqla)  ünsürünün  tərkibinə  məhsul  istehsalına,  iş  və 
xidmətlərin  həyata  keçirilməsinə  sərf  edilən  xammalın, 
materialın və digər növ ehtiyatların dəyəri daxil edilir; 
b) əmək haqqı xərcləri – qanunvericilikdə nəzərdə tu-
tulan  hədlər  daxilində  müvafiq  məhsul  istehsalında  iştirak 
edən  işçilərə  (o  cümlədən  ştatdankənar)  hesablanan  əmək 
haqqı və müavinətlər üzrə xərcləri özündə əks etdirir; 
c)  sosial  ehtiyaclara  ayırmalar  –  ünsüründə  qanun-
vericilikdə  nəzərdə  tutulmuş  normalarla  Dövlət  Sosial 
Müdafiə  Fonduna,  Məşğulluq  Fonduna,  işçilərə  hesabla-


 
 
241 
nan  əmək  ödənişlərinin  (sığorta  haqqları  hesablanmayan 
ödəniş  növlərindən  başqa)  ümumi  məbləğinə  mütənasib 
olaraq hesablanan məcburi ayırmalar əks etdirilir; 
d)  əsas  fondların  köhnəlməsi  (amortizasiya)  –  ünsü-
ründə əsas istehsal fondlarının balans dəyəri ilə hesablan-
mış məbləğləri əks etdirilir; 
e)  sair  xərclər  –  ünsürü  üzrə  xərclər  aşağıdakı  kimi 
qruplaşdırılır: 1) istehsalın hazırlanmasına və mənimsənil-
məsinə sərf edilən xərclər; 2)  yeni  müəssisələrin, sexlərin 
və  aqreqatların  mənimsənilməsinə  sərf  edilən  xərclər;  3) 
kütləvi  və  seriyalı  istehsal  üçün  nəzərdə  tutulmayan 
məhsul  istehsalı  hazırlığına  və  mənimsənilməsinə  çəkilən 
xərclər; 4) istehsalın təşkili və texnologiyasının təkmilləş-
dirilməsi, habelə məhsulun keyfiyyətinin yüksəldilməsi ilə 
əlaqədar olan xərclər; 5) ixtiralar və səmərələşdirici təklif-
lərlə  əlaqədar  olan  xərclər;  6)  istehsal  prosesinə  xidmət 
xərcləri; 7) istehsal fondlarının işçi vəziyyətində saxlanıl-
ması  xərcləri;  8)  normal  iş  şəraitinin  yaradılması  üzrə 
xərclər;  9)  istehsalın  idarə  edilməsi  ilə  əlaqədar  olan 
xərclər; 10) təbiətin  mühafizəsi üzrə olan xərclər; 11) au-
dit,  informasiya  və  məsləhət  xidmətləri  üzrə  xərclər;  12) 
ezamiyyə,  reklam  və  nümayəndəlik  xərcləri;  13)  texniki 
idarəetmə vasitələrinin saxlanılması üzrə xərclər və s. 
Konkret məmulatın, məhsul vahidinin maya dəyərini 
müəyyən etmək üçün xərclər kalkulyasiya maddələri üzrə 
və  onların  sərf  olunma  yeri  və  məqsədli  təyinatı  nəzərə 
alınmaqla  qruplaşdırılır.  Kalkulyasiya  maddələrinin  əksə-
riyyəti öz iqtisadi tərkibinə görə kompleks xarakter daşıyır 
və  ona  görə  də  onlar  həm  maddi  məsrəflərin  ünsürlərini 
(məsələn,  xammalı,  materialı  və  s.),  həm  də  əməyin  ödə-
nilməsi üzrə xərcləri özündə əks etdirir.  


 
 
242 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin