Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Əsas fondlardan və istehsal gücündən istifadə



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə52/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   101
6.4. Əsas fondlardan və istehsal gücündən istifadə 
göstəriciləri 
 
Əsas fondların həcminin artırılması ilə  yanaşı, möv-
cud  istehsal  əsas  fondlardan  istifadənin  yaxşılaşdırılması 
da  ən  mühüm  əhəmiyyət  kəsb  edən  məsələlərdəndir.  Bu 
bir tərəfdən istehsalın həcminin artırılması imkanını geniş-
ləndirir,  digər  tərəfdən  isə,  istehsal  aparatının  texnika  ilə 
silahlanma  səviyyəsinin  yüksəldilməsi  ilə,  əmək  məhsul-


 
 
161 
darlığının  artırılması  və  məhsulun  maya  dəyərinin  aşağı 
salınması ilə əlaqədardır.  
İstehsal  əsas  fondlardan  istifadəni  qiymətləndirmək 
üçün müxtəlif göstəricilərdən istifadə edilir. Həmin göstə-
ricilərinin  bəzilərinin  mahiyyəti  və  hesablama  metodikası 
aşağıdakı kimidir. 
Fond  verimi  –  məhsulun  illik  həcmini  istehsal  əsas 
fondların  orta  illik  tam  balans  dəyərinə  bölməklə  təyin 
edilir. Fond verimi göstəricisi fəaliyyətdə olan  və yeni işə 
salınan  fondların  aktiv  hissəsi  üzrə  hesablanır.  Fond  veri-
mini  hesablamaq  üçün  məhsul  buraxılışının  illik  həcmi 
müəssisənin  topdansatış  qiymətində  təyin  edilir,  istehsal 
əsas fondlar isə, onların aşınma dərəcəsi nəzərə alınmadan 
ilk dəyərlərinə görə qiymətləndirilir. Fond veriminin  yük-
səldilməsinə  –  əsas  fondların  quruluşunun  təkmilləşdiril-
məsi,  boş  dayanma  hallarının  aradan  qaldırılması,  maşın 
və avadanlıqların vaxtı – vaxtında təmir  edilməsi hesabı-
na nail olunur. 
İstehsalın fondla təmin olunma  –  səviyyəsini hesab-
lamaq  üçün  müəyyən  dövr  ərzində  (məsələn,  bir  ildə) 
maddi  istehsal  sferasında  istifadə  olunan  istehsal  əsas 
fondların  orta  illik  qalıq  dəyərinə  100  kvadrat  metr  isteh-
sal meydançası sahəsinə bölmək lazımdır. Bu göstərici is-
tehsal  meydançasından  və  orada  qurulmuş  avadanlıqdan 
istifadə olunmasının səmərəliliyini səciyyələndirir. 
Təzələnmə əmsalı – istehsal əsas fondların texniki və-
ziyyətini  xarakterizə  edir  və  müəyyən    dövr  ərzində  istis-
mara  verilmiş  istehsal  əsas  fondların  ilk  dəyərinin  onların 
həmin  dövrün  sonuna  olan  ümumi  dəyərinə  nisbəti  kimi 
hesablanır.  Təzələnmə  əmsalı  yeni  istehsal  əsas  fondların 
inşası və əldə edilməsindən  məsrəflərin həcmini və onların 
istehsal  əsas  fondların  ümumi  dəyərində  tutduğu  payını 


 
 
162 
özündə əks etdirir. İstehsal əsas fondların təzələnmə əmsalı 
təkcə  onların  istismara  verilməsi  səviyyəsini  deyil,  həmçi-
nin  onların  istehsalatdan  çıxarılmasından  asılıdır.  İstehsal 
əsas fondların istehsalatdan çıxma əmsalı – müəyyən dövr 
ərzində istehsalatdan çıxarılmış istehsal əsas fondların  də-
yərinin, həmin dövrün əvvəlinə olan istehsal əsas fondların 
ümumi dəyərinə nisbəti kimi təyin edilir. 
 Artma əmsalı  –  istehsalın fondla silahlanma dərəcə-
sini  xarakterizə  edir  və  istehsal  əsas  fondların  plan  ilinin 
sonuna  olan  qalıq  dəyərini,  həmin  ilin  əvvəlindəki  qalıq 
dəyərinə bölməklə müəyyən edilir. 
Köhnəlmə əmsalı – hər hansı bir tarixə, məsələn, fev-
ralın 1-nə  istehsal əsas fondların köhnəlmə dərəcəsini nə-
zərə alan kəmiyyətini onların ilk dəyərinə nisbəti kimi tə-
yin edilir. Bu əmsal həm istehsal əsas fondların bütün növ-
ləri  üzrə, həm də onun ayrı – ayrı ünsürləri üzrə hesabla-
nır. Onu da qeyd edək ki, istehsal əsas fondların köhnəlmə 
əmsalını  hesablayarkən  onların  yararlılıq  əmsalını  da 
müəyyənləşdirmək lazımdır. 
Yararlılıq əmsalı – istehsal əsas fondların köhnəlmiş 
hissəsinin  dəyərinin  (qalıq  dəyərinin)  onların  ilk  dəyərinə 
olan nisbəti kimi müəyyən edilir. Deməli, köhnəlmə əmsa-
lı  istehsal  əsas  fondların  köhnəlmiş,  yararlılıq  əmsalı  isə 
köhnəlməmiş hissəsinin (işə yararlı olan hissəsinin) xüsusi 
çəkisini xarakterizə edir. Lakin həm köhnəlmə və həm də 
yararlılıq  əmsalı istehsal əsas fondların təkrar istehsalı ba-
rədə heç bir məlumat vermir. 
Avadanlıqdan  istifadə  əmsalı  –  istehsal  əsas  fondla-
rın aktiv hissəsindən məhsuldar istifadə dərəcəsini xarak-
terizə edir. Vaxta, gücə, istehsal olunan məhsulun həcminə 
və ya yerinə yetirilən işə görə hesablanır. Vaxta görə ava-


 
 
163 
danlığın faktiki iş vaxtı fondunu faydalı iş vaxtı  fonduna 
bölmək lazımdır. 
İstehsal güclərindən istifadəni qiymətləndirmək üçün 
istifadə edilən göstəriciləri  şərti olaraq iki qrupa: ümumi 
və  xüsusi  göstəricilərə  ayırmaq  olar.  Birinci  qrup  göstəri-
cilər,  istehsal  gücündən  bütövlüklə  müəssisə  və  onun 
bölmələri üzrə  istifadə  dərəcəsini, ikinci qrup göstəricilər 
isə – avadanlıq və qurğuların ayrı – ayrı növlərindən (mə-
sələn,  turboburdan,  elektroburdan,  mancanaq  dəzgahın-
dan,  dərinlik  nasoslarından  və  s.)  istifadə  səviyyəsini  sə-
ciyyələndirir. 
Ümumi göstəricilərə aiddir: 
a)  istehsal gücündən faktiki istifadə əmsalı  –  müəy-
yən müddət ərzində istehsal edilən  məhsulun istehsal gü-
cünə olan nisbətinə bərabərdir
b)  layihə istehsal gücündən istifadə əmsalı – müəssi-
sənin təsdiq olunmuş layihə gücündən istifadə səviyyəsini 
xarakterizə edir. Bu əmsalı hesablamaq üçün müəssisənin  
müəyyən  dövr  ərzindəki  faktiki  istehsal  gücünün  kəmiy-
yətini  onun  layihə  istehsal  gücünün  kəmiyyətinə  bölmək 
lazımdır; 
c)  müəssisənin istehsal meydançasından istifadə əm-
salı  –  iki amildən: avadanlığın  yerləşdirilməsindən və hə-
min avadanlığın məhsuldarlığından asılıdır. Buna görə də 
həmin göstəricini hesablamaq üçün ilk növbədə avadanlı-
ğın  daha  məqsədəuyğun    surətdə  yerləşdirilməsinə  çalış-
maq  lazımdır  ki,  istehsal  sahəsinin  bir  kvadrat  metrindən 
daha səmərəli istifadə  etmək  mümkün olsun.  Özü – özlü-
yündə aydındır ki, bu tədbir heç də əmək şəraitinin pisləş-
məsi, yaxud təhlükəsizlik texnikası tədbirlərinin pozulma-
sı hesabına  həyata  keçirilməməlidir. İkincisi, hər avadan-
lıq  vahidi  üzrə  məhsuldarlığın  yüksəldilməsinə,  müəyyən 


 
 
164 
vaxt ərzində həmin avadanlıqda  məhsulun buraxılışını ar-
tırmağa çalışmaq lazımdır. 
İstehsal  gücündən  istifadə  edilməsi  üzrə  xüsusi  gös-
təricilər avadanlıqların  ayrı-ayrı növlərindən istifadə əm-
salıdır.  Bir  çox  avadanlıq  növlərinin  məhsuldarlığı  vaxt 
vahidi ərzində onların vasitəsilə istehsal olunan məhsulun 
miqdarı ilə müəyyən oluna bilər. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin