Cədvəl 1.
Məmulatın
adı
Plan üzrə
məmulatın
miqdarı
( ədədlə)
Plan maya dəyəri
(min manatla)
Məmulat
vahidi üzrə
Bütün
əmtəə
buraxılışı
üzrə
A
B
C
D
1085
1000
490
25
16,1
14,7
20,4
19,4
17470
14700
9996
485
Yekunu
2600
-
42651
235
Maya dəyəri planlaşdırılan və uçota alınan zaman
bütün əmtəəlik məhsul, müqayisəyə gələn və müqayisəyə
gəlməyən məhsula ayrılır.
Əvvəlki ildə (hesabat ilinə görə) buraxılan məhsul və
həmçinin istehsal tsikli uzun müddət sürən və keçən ildə
tək-tək nüsxələrdə buraxılan məmulatlar (unikal dəzgah-
lar, turbinlər, bluminqlər və i.a.) müqayisəyə gələn məh-
sul sayılır. Müqayisəyə gələn məhsulun tərkibinə sifarişlər
üzrə kənar üçün görülən işlər, müəssisənin özünün əsas
tikintisinə göstərilən xidmətlər, əsaslı təmir üzrə olan işlər
və təcrübi qaydada hazırlanan məhsul daxil edilmir.
Müqayisəyə gəlməyən məhsula cari ildə istehsalı
mənimsənilən məhsul daxil edilir.
Maya dəyərinin hesablanması istehsal xərcləri smeta-
sı məsrəflərin iqtisadi ünsürləri üzrə tərtib edilir. Smetada
məhsulun istehsalı üzrə, yarımfabrikatların və bitməmiş
istehsal qalıqlarının artımı üzrə plan məsrəfləri və həmçi-
nin ümumi məhsulun tərkibinə daxil olmayan iş və xid-
mətlər üçün olan məsrəflər göstərilir.
Bütün məsrəflər, ayrı-ayrı xərclərin təyinatından asılı
olmayaraq iqtisadi ünsürlər üzrə göstərilir. Smetanın belə
qurulması, ondan maliyyə normativlərini müəyyənləşdir-
mək və məhsulun maya dəyəri planını texniki-maliyyə
planının digər bölmələri ilə əlaqələndirmək üçün istifadə
etməyə imkan verir. Məsələn, istehsal xərcləri smetasının
“əmək haqqı” maddəsi üzrə planlaşdırılan məbləğ əmək
planında göstərilmiş əmək fonduna uyğun olmalıdır.
“Xammal və materiallar” maddəsində verilmiş məbləğ
material-texniki təchizat planında plan maya dəyəri ilə
qiymətləndirilmiş həmin materialların miqdarına uyğun
olmalıdır və i. a.
236
Maya dəyərinə dair hesabatda hər rüb məsrəflərin
iqtisadi ünsürləri üzrə məhsul istehsalına çəkilən faktiki
xərclərə aid məmulat verilir. İllik hesabatda həmin məmu-
lata plan göstəriciləri əlavə edilir. Nəzərdə tutmaq la-
zımdır ki, hesabatda plan göstəriciləri məhsulun plan həc-
mi və çeşidi üzrə tərtib olunmuş istehsal xərcləri smetasın-
dan götürülür; istehsalın faktiki xərcləri isə – məhsulun
faktiki həcmi və çeşidi üzrə verilir ki, bunu da maya də-
yərini təhlil edərkən nəzərə almaq lazımdır.
Məhsulun maya dəyərinə daxil edilən xərclərin tərki-
bi, istehsalın təşkili və texnologiyasından irəli gələn, bura-
xılan məhsulların, görülən işlərin və yerinə yetirilən xid-
mətlərin keyfiyyəti və istehsal proseslərin xüsusiyyətlərin-
dən asılı olaraq müxtəlif tərkibdə olur.
Məhsulun maya dəyərinin tərkibinə daxil olan məs-
rəflər arasındakı nisbət, yəni məhsulun maya dəyərinin
ümumi tərkibində müxtəlif növ məsrəflərin xüsusi çəkisi
onun quruluşunu təşkil edir.
Maya dəyərinin quruluşu hər bir müəssisənin spesifik
xüsusiyyətləri ilə əlaqədardır, yəni istehsalın texnika ilə
silahlanma səviyyəsindən, mexanikləşdirilməsi və avto-
matlaşdırılması dərəcəsindən, istehsal olunan məhsulların
həcmindən və mürəkkəbliyindən, texnoloji proseslərin
xarakterindən, istehlak olunan maddi ehtiyatların xüsusiy-
yətindən asılıdır. Bunun da nəticəsində ayrı-ayrı müəssi-
sələrdə məhsulun hazırlanmasına çəkilən xərclərin qurulu-
şu biri-birindən xeyli fərqlənir.
Məhsulun maya dəyərində hansı xərclərin üstün ol-
masından asılı olaraq sənaye müəssisələri materialtutumlu,
yanacaqtutumlu, enerjitutumlu, fondtutumlu və əməktu-
tumlu müəssisələrə ayrılır.
237
Müəssisənin buraxılan məhsulun bir çox əlamətlərinə
görə onun maya dəyərinin növlərini fərqləndirirlər. Bura-
ya texnoloji, sex, istehsal, tam (kommersiya), fərdi, orta,
plan, faktiki və sairə növləri daxildir.
Texnoloji maya dəyəri – bilavasitə texnoloji proses-
lərin (əməliyyatların) yerinə yetirilməsi ilə əlaqədar sex
məsrəflərinin məbləğini özündə əhatə edir və müxtəlif tex-
noloji proseslərin içərisində ən səmərəlisini seçmək üçün
tətbiq edilir.
Sex maya dəyəri – sexin müəyyən məhsulunun isteh-
salı ilə əlaqədar olan bütün məsrəfləri, yəni əsas və kö-
məkçi materiallar, yanacaq, enerji məsrəflərini, istehsal
fəhlələrinin əmək haqqını, avadanlığın saxlanması və istis-
marı xərclərini və sexin idarə edilməsi ilə əlaqədar olan
sex xərclərini özündə cəmləşdirir.
İstehsal maya dəyəri – məhsul növünün istehsalı
üçün müəssisənin ümumi məsrəflərini səciyyələndirir. O,
sex maya dəyərindən və ümumzavod xərclərinin cəmindən
ibarətdir.
Tam (kommersiya) maya dəyəri – məhsulun istehsalı
və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və
ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticə-
sini səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod
xərclərindən və istehsaldan kənar xərclərdən ibarətdir.
Fərdi maya dəyəri – istehsalın təşkili, avtomatlaşdır-
ma və mexanikləşdirmə, ixtisaslaşdırma və təmərküzləşdi-
rilməsi dərəcəsini xarakterizə edir və müxtəlif müəssisələ-
rində eyni olmur.
Orta sahə maya dəyəri – müəyyən növ məhsulun fərdi
maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas
ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi
238
qəbul edilir. Orta sahə maya dəyəri sənaye məhsullarına
topdansatış qiymətlərinin qoyulması üçün əsas hesab edilir.
Plan maya dəyəri – maddi-enerji, tədarük-nəqliyyat
xərclərinin mütərəqqi məsrəf normaları, iş vaxtından, ma-
şın və avadanlıqdan istifadə edilməsinin texniki norma və
normativləri əsasında müəyyən edilir.
Faktiki maya dəyəri – müəyyən dövr ərzində məhsu-
lun istehsalına və realizəsi üzrə faktiki məsrəflər əsasında
hesablanır. Əgər müəssisədə əsas və köməkçi materiallar-
dan səmərəli istifadə olunarsa, əmək məhsuldarlığı artarsa
və əsas fondlardan istifadə olunması yaxşılaşarsa faktiki
məsrəflər plan məsrəflərindən aşağı səviyyədə ola bilər ki,
bu da faktiki maya dəyərinin plan maya dəyərindən az ol-
ması deməkdir.
Dostları ilə paylaş: |