9.3. Ġstehsal xərclərinin təsnifatı
İstehsal məsrəflərinin iqtisadi ünsürlər üzrə qruplaş-
dırılması müəssisənin maddi və pul vəsaitinə olan ümumi
ehtiyacını təyin etməyə imkan verir. Bu qruplaşdırma,
həmçinin maya dəyəri planını texniki-sənaye maliyyə pla-
nının başqa bölmələri ilə əlaqələndirmək, dövriyyə vəsai-
tini planlaşdırmaq və onlardan istifadə edilməsi üzərində
nəzarət qoymaq məqsədini güdür.
Məlumdur ki, istehsal xərcləri ya iqtisadi ünsürlər
üzrə, ya da kalkulyasiya maddələrinə görə təsnifləşdirir. İq-
tisadi məzmununa və təyinatına görə eyni olan bütün
istehsal xərcləri harada əmələ gəlməsindən və xərclərin ob-
yektlərindən asılı olmayaraq ayrı-ayrı ünsürlər üzrə qrup-
laşdırılır. İqtisadi ünsürlər üzrə istehsal xərclərinin təsnifatı,
qruplaşdırılması müəssisənin maddi-enerji ehtiyatlarına və
239
yanacağa olan ümumi tələbatını, istehsal əsas fondlarının
amortizasiyasını, əmək haqqı xərclərini, eyni zamanda, di-
gər pul məsrəflərini müəyyən etməyə imkan verir.
Məsrəflərin iqtisadi ünsürlərə əsasən qruplaşdırıl-
ması müəssisənin maddi və pul məsrəflərini göstərir,
burada həmin məsrəflər ayrı-ayrı məhsul növləri və başqa
təsərrüfat ehtiyacları üzrə bölünmür. İqtisadi ünsürlərə
əsasən, bir qayda olaraq məhsul vahidinin maya dəyərini
müəyyən etmək olmaz. Buna görə də məsrəflərin iqtisadi
ünsürlərə əsasən qruplaşdırılması ilə yanaşı olaraq istehsa-
la çəkilən xərclər xərc maddələri üzrə də, yaxud başqa
sözlə desək, kalkulyasiyanın maddələri üzrə də planlaşdı-
rılır və uçota alınır.
İstehsal xərclərinin təsnifatında xərc maddələri əsas
diqqətə layiqdir. Məsrəflərin xərc maddələri üzrə qruplaş-
dırılması nəticəsində həmin məsrəflərin yerini, səbəblərini
və təyinatını müəyyənləşdirmək üçün imkan yaranır, bu-
nunla da məhsul vahidinin maya dəyərini və onun istehsalı
və satışının neçəyə başa gəlməsini təyin etmək mümkün
olur. Maya dəyərinin xərc maddələri üzrə planlaşdırılması
və uçota alınmasından məqsəd, maya dəyərinin bu və ya
başqa səviyyəsinin hansı amillərin təsiri altında əmələ
gəldiyini və onun aşağı salınması uğrunda hansı istiqamət-
lərdə mübarizə aparmağın lazım gəldiyini aydınlaşdırmaq-
dan ibarətdir.
Sənayedə xərc maddələrinin aşağıdakı nümunəvi
nomenklaturu qəbul edilmişdir: 1) xammal və materiallar;
2) texnoloji ehtiyaclar üçün yanacaq və enerji; 3) istehsal
fəhlələrinin əsas əmək haqqı; 4) avadanlığın saxlanması
və istismarı xərcləri; 5) sex xərcləri; 6) ümumzavod
240
xərcləri; 7) brak nəticəsində itkilər; 8) istehsaldan kənar
xərclər.
Xərclərin birinci yeddi maddəsi istehsal maya dəyə-
rini təşkil edir. Tam maya dəyəri isə istehsal maya dəyəri
ilə istehsaldan kənar xərclərin toplanmasından əmələ gəlir.
Ayrı-ayrı sahələrin xüsusiyyətləri xərc maddələ-
rinin nümunəvi nomenklaturasının dəyişdirilməsi və ona
əlavələr edilməsi zəruriyyətini törədir. Məsələn, hasiledici
sənayedə dağ-mədən hazırlıq işləri və əsas fondların
amortizasiyası üzrə məsrəflər ayrıca hesablanır, çünki
məhsulun maya dəyərində bu məsrəflərin xüsusi çəkisi
çox olur. Maşınqayırmada satın alınan yarımfabrikatlar
üzrə məsrəflər, yeni məmulat istehsalının mənimsənilməsi
xərcləri və müəyyən məqsəd üçün işlədilən alət və uyğun-
laşdırıcıların köhnəlməsini ödəmə xərcləri, habelə sair
məqsədlər üçün çəkilən xərclər ayrı-ayrı maddələrdə gös-
tərilir.
Müəssisələrdə məhsulun (işin, xidmətin) maya dəyə-
rinə daxil edilən xərclər onların iqtisadi məzmununa görə
aşağıdakı ünsürlər üzrə qruplaşdırılır:
a) material xərcləri (qaytarılan tullantıların dəyəri
çıxılmaqla) ünsürünün tərkibinə məhsul istehsalına, iş və
xidmətlərin həyata keçirilməsinə sərf edilən xammalın,
materialın və digər növ ehtiyatların dəyəri daxil edilir;
b) əmək haqqı xərcləri – qanunvericilikdə nəzərdə tu-
tulan hədlər daxilində müvafiq məhsul istehsalında iştirak
edən işçilərə (o cümlədən ştatdankənar) hesablanan əmək
haqqı və müavinətlər üzrə xərcləri özündə əks etdirir;
c) sosial ehtiyaclara ayırmalar – ünsüründə qanun-
vericilikdə nəzərdə tutulmuş normalarla Dövlət Sosial
Müdafiə Fonduna, Məşğulluq Fonduna, işçilərə hesabla-
241
nan əmək ödənişlərinin (sığorta haqqları hesablanmayan
ödəniş növlərindən başqa) ümumi məbləğinə mütənasib
olaraq hesablanan məcburi ayırmalar əks etdirilir;
d) əsas fondların köhnəlməsi (amortizasiya) – ünsü-
ründə əsas istehsal fondlarının balans dəyəri ilə hesablan-
mış məbləğləri əks etdirilir;
e) sair xərclər – ünsürü üzrə xərclər aşağıdakı kimi
qruplaşdırılır: 1) istehsalın hazırlanmasına və mənimsənil-
məsinə sərf edilən xərclər; 2) yeni müəssisələrin, sexlərin
və aqreqatların mənimsənilməsinə sərf edilən xərclər; 3)
kütləvi və seriyalı istehsal üçün nəzərdə tutulmayan
məhsul istehsalı hazırlığına və mənimsənilməsinə çəkilən
xərclər; 4) istehsalın təşkili və texnologiyasının təkmilləş-
dirilməsi, habelə məhsulun keyfiyyətinin yüksəldilməsi ilə
əlaqədar olan xərclər; 5) ixtiralar və səmərələşdirici təklif-
lərlə əlaqədar olan xərclər; 6) istehsal prosesinə xidmət
xərcləri; 7) istehsal fondlarının işçi vəziyyətində saxlanıl-
ması xərcləri; 8) normal iş şəraitinin yaradılması üzrə
xərclər; 9) istehsalın idarə edilməsi ilə əlaqədar olan
xərclər; 10) təbiətin mühafizəsi üzrə olan xərclər; 11) au-
dit, informasiya və məsləhət xidmətləri üzrə xərclər; 12)
ezamiyyə, reklam və nümayəndəlik xərcləri; 13) texniki
idarəetmə vasitələrinin saxlanılması üzrə xərclər və s.
Konkret məmulatın, məhsul vahidinin maya dəyərini
müəyyən etmək üçün xərclər kalkulyasiya maddələri üzrə
və onların sərf olunma yeri və məqsədli təyinatı nəzərə
alınmaqla qruplaşdırılır. Kalkulyasiya maddələrinin əksə-
riyyəti öz iqtisadi tərkibinə görə kompleks xarakter daşıyır
və ona görə də onlar həm maddi məsrəflərin ünsürlərini
(məsələn, xammalı, materialı və s.), həm də əməyin ödə-
nilməsi üzrə xərcləri özündə əks etdirir.
|