254
öz məhsulunu bir-birilərinə, əsaslı tikintiyə və ya sənaye-
nin təchizat-satış təşkilatlarına verir. Müəssisənin sərf et-
diyi xərcləri ödəmək və onun gəlirli olmasını təmin etmək
üçün müəssisə topdansatış qiymətinə bir qayda olaraq hə-
min məhsul növü üzrə plan maya dəyəri və plan üzrə
müəyyənləşdirilmiş mənfəət daxil edilir. Məsələn, əgər
məhsul vahidinin plan maya dəyəri 1000 manata bərabər-
dirsə və plan üzrə müəyyən edilən mənfəət 30 manatdırsa,
onda müəssisə topdansatış qiyməti 1030 manata bərabər
olacaqdır. Məhsul həmin qiymətlər üzrə satıldıqda müəs-
sisə istehsal və satış üzrə plan məsrəflərini ödəyir və mən-
fəət də əldə edir.
Sənaye topdansatış qiyməti
elə qiymətdir ki, bu
qiymət əsasında sənaye müəssisələri və təchizat-satış təş-
kilatları sənaye məhsulu dövlət
və kooperativ ticarət
müəssisələrinə satır. Sənaye topdansatış qiymətə müəssisə
topdansatış qiyməti, sənayenin satış təşkilatlarının xeyrinə
ticarət əlavəsi və dövriyyə vergisi şəklində cəmiyyətin
sərəncamına keçən xalis gəlir daxil edilir.
Fərz edək ki, məhsul vahidi üçün sənaye satış təşki-
latlarının xeyrinə ticarət əlavəsi gətirdiyimiz misalda 20
manat, dövriyyə vergisi isə – 200 manat təşkil edir. Bu
zaman sənaye topdansatış qiyməti (manatla) aşağıdakı
məbləği təşkil edəcək:
1. Müəssisə topdansatış qiyməti..........................1030
2. Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi........+20
3. Dövriyyə vergisi.............................................+200
4. Sənaye topdansatış qiyməti.............................1250
Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi məhsul satı-
şı üzrə olan xərcləri, yəni tədavül sferasında olan xərcləri
ödəmək üçün nəzərdə tutulur. Dövriyyə vergisi cəmiyyət
255
üçün məhsulun elə bir hissəsinin pul ifadəsidir ki, o məhsul
realizə edildikdən sonra cəmiyyətin ehtiyaclarını ödəmək
üçün bilavasitə büdcəyə, dövlətin sərəncamına daxil olur.
Dövlət pərakəndə satış qiymətləri
çox işlənən mallar,
yəni ticarət təşkilatları tərəfindən əhaliyə satılan parça,
ayaqqabı, paltar, ərzaq və başqa mallar üzrə tətbiq edilir.
Dövlət pərakəndə satış qiyməti sənaye topdansatış
qiyməti ilə ticarət təşkilatlarının xeyrinə ticarət əlavəsin-
dən ibarət olur. Sənaye topdansatış qiymətlərinə edilən ti-
carət əlavəsi (və ya pərakəndə satış qiymətlərindən edilən
güzəşt) ticarət təşkilatlarına çatır; bu məbləğlər ticarət
təşkilatlarının plan daxilindəki tədavül xərclərini ödəyir və
həmin təşkilatlarda işin yaxşılaşdırılması üçün təsərrüfat
hesablı maraq yaratmaqdan ötrü mənfəət əmələ gətirir.
Məsələn, məhsul vahidi üzrə ticarət əlavəsi 50 manat
təşkil edərsə, o zaman pərakəndə satış qiyməti yuxarıda
verdiyimiz misalda 1300 manat (1250 + 50) təşkil edəcək-
dir. Sənaye məhsulu qiymətinin quruluşunu aşağıdakı
sxemlə ifadə etmək olar:
Dostları ilə paylaş: