Uyğunluğun qiymətləndirilmasi mərhələsinin sertifikatlaşdır-ma obyektindən asılı olaraq öz xüsusiyyətləri var. Konkret məh-sul növünə dair mə'mulatların nümunələri seçihb eyniləşdirilir (identifikasiya edilir) və sınaqdan keçirilir. Eyniləşdirmədə hazır məhsul növündən nümunələr təsadüfi yolla müəyyən qaydada seçilir, eyniləşdirilərək ayrılır, qablaşdırılır, möhürlənir və akt tərtib edilir. Nümunələrin saxlanması, nəql etdirilməsi və sınaq-lara hazırlanıb, sınaqdan keçirilməsi prosesləri zamanı normativ sənədlərdə göstərilən bütün tələblər yerinə yetirilməlidir. Sertifi-katlaşdırma işlərinin bütün mərhələlərində nümunələrin hərəkət-ləri qeydiyyata alınmalıdır.
Sınaqlar üçün nümunılırin seçilmısini sınaq laboratoriyasının nümayəndələri, yaxud onun göstərişi ilə başqa səlahiyyətli orqanın nümayəndələri aparırlar. Əgər sınaqlar bir neçə laboratoriyada aparılarsa, nümunələrin seçilməsini laboratoriyaların iştirakı ilə sertifikatlaşdırma orqanı aparır.
Sertifikatlaşdrrma üzrə sınaqları yalnız normativ sənədlərdə göstərilən nümunələrin sınaqlarının aparılmasına akkreditasiya olunmuş sınaq laboratoriyaları reallaşdırmalıdır. Əgər yaxın əгаzidə akkreditasiya olunmuş sınaq laboratoriyası
3
olmazsa, sınaqları sertifıkatlaşdırma orqannıın nümayəndələrinin nəzarəti altında konkret məhsulun sınaqlarının aparılmasına səlahəti olan labora-toriyalarda aparmaq
olar. Bu cür sınaqların nəticələrinin obyektivliyinə sınaq laboratoriyası ilə birlikdə bu işi ona tapşıran sertifikatlaşdırma orqanı da cavabdehdir. Belə halda sınaq protokollarını sınaq laboratoriyalarının və sertifikatlaşdırma orqanının səlahiyyətli mütəxəssisləri imzalayırlar. Sınaq protokollarının nüsxələri sifarişçiyə və sertifikatlaşdırma orqanına təqdim edilir. Sınaq protokolları sertifıkatın təsir müddəti bitənədək saxlanmalıdır. Məhsulun normativ sənədlərin tələblərinə uyğun gəlməməsi səbəbindən sifarişçiyə uyğunluq sertifikatı verilə bilmədiyi halda sınaq protokollarının konkret saxlanma müddəti eyni məhsulların sertifikatlaşdırma sisteminin normativ qaydalarında və sınaq laboratoriyalarının rəhbər sənədlərində müəyyən edilir.
Xidmətlərin uyğunluğunun qiymətləndirilməsi onların növlərindən asıh olaraq müxtəhf sxem üzrə арапһг. Qeyri-maddi xüsusiyyətli xidmətlər (məsələn, daşınan və daşınmayan əmlakın qiymətləndirilməsi) ekspert sorğusu, yaxud sosioloji sorğu ilə qiymətləndirilir.
Maddi xidmətlərin qiymətləndirilməsi (məsələn, avtonəqliyyat vasitələrinin, soyuducu aqreqatların və s. texniki xidməti və təmiri) həmin növ xidmətin nəticələrinin sınaqdan keçirilməsinə əsaslanır.
Xidmətlərin nəticələrinin sınaqları müəyyən edilmiş qaydada akkreditasiya olunmuş sınaq laboratoriyalarında, yaxud sifarişçinin bazasında olan sınaq və texnoloji avadanlıqdan istifadə edilərək sertifıkatlaşdırma orqanının ekspertləri tərəfindən keçirilir. Həmin avadanlıq metroloji xidmətlər tərəfindən yoxlanılıb ka-librləşdirilməlidir. Təmir edilmiş məmulatlardan seçmə yolu ilə ayrılanların sınağı keçirilir və nəticələrinin əsasında xidmətlər sertifikatlaşdırılır (məsələn, avtomobillərin, tikiş maşınlarının, televizorların təmiri). Əgər xidmətin növü məcburi sertifikatlaşdırmaya düşürsə, mə mulatın təmirdən sonra təhlükəsizlik göstəriciləri yoxlanır və qiymətləndirilir. Könüllü sertifıkatlaşdırmada məmulatın funksional göstəriciləri qiymətləndirilir.
4
Sınaqların nəticələri üzrə protokol tərtib edilib sertifikatlaşdırma orqanına, sürəti sifarişçiyə göndərilir. Müəssisələrin və onların elementlərinin keyfıyyət
sisteminin normativ sənədlərdə müəyyən edilmiş tələblərinə uyğunluğunun təsdiq edilməsi bila-vasitə yoxlanılan müəssisənin hazrrlıq dərəcəsinin və keyfiyyət sisteminin qiymətləndirilməsindən ibarətdir.
Müəssisələr sertifikatlaşdırmaya dair sifarişlə məhsulun keyfiyyət sisteminin qabaqcadan qiymətləndirilməsinə dair sənəd-lərdə izahat və təhlil göndərir. Həmin sənədlərin komplektinə aşağıdakılar daxildir:
-keyfiyyət sahəsində sifarişçi təşkilatın siyasəti;
-keyfiyyət üzrə rəhbərlik;
-keyfiyyət sistemi sənədlərinin siyahısı;
-sifarişçi təşkilatın və onun keyfiyyət xidmətinin struktur sxemləri;
-istehsalın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün doldurulmuş çıxış göstəriciləri.
Sertifikatlaşdırma orqanı yoxlanılan təşkilatdan aşağıdakıları tələb edə biiər:
-sifarişçidə idarəetmə proseslərinin sənədlərinin reqlamentinə dair müəssisə standartı (yaxud digər sənəd);
-sifarişçinin keyfiyyət sisteminin daxili yoxlamalarının aparıl-masının reqlamentinə dair müəssisə standartı (yaxud digər sənəd);
-məhsulun istehsal proseslərinin, yaxud hazırlanması zamanı aparılan işlərin izahatına dair sertifikatlaşdırma orqanı ilə razılaş-dırılmış sənədlər.
Sertifikatlaşdırma orqanı sifarişçidən keyfiyyət sisteminin sertıfikatiaşdırıl-masına dair başqa əlavə məlumatlar da tələb edə bilər və əgər ehtiyac yaranarsa, sifarişçi ilə razılaşdırılaraq müəssi-sənin keyfiyyət sisteminin elementləri ilə qabaqcadan tanış olmaq üçün öz nümayəndəsini oraya ezam edə bilər. Keyfiyyət sisteminin sertifikadaşdırılmasına hazır olmasının qabaqcadan qiymətləndirilməsi üçün komissiya sifarişçidən topladığı sənədlərin və mateiralların təhlilini aparır. Komissiya mıhsulun keyfiyyıti barədə müstəqil mənbələrdən (dövlət nəzarəti orqanlarından) əlavə məlumatlar toplayıb araşdıra bilər.
5
Keyfiyyət sisteminin ilkin qiymətləndirilməsi mərhələsindən sonra sertifikatlaşdırmanın ikinci mərhələsinin aparılmasının mümkünlüyü barədə гәу hazırlanır.
Keyfıyyət sisteminin ilkin qiymətldəndirilməsinin nəticələri barədə rəyi ekspertizadan keçir və baş ekspert və ekspertlər tərəfindən imzalanır və sertifikatlaşdrrıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir. Müsbət гәу verildikdə sifarişçiyə sertifikatlaşdırma orqanı «Keyfiyyət sisteminin ilkin qiymətləndirilməsinin nəticə-ləri barədə гәу» və keyfiyyət sisteminin təşkilatda qiymətləndi rilməsinin və yoxlanmasının keçirilməsi barədə müqavilənin lay-ihəsini göndərir. Müqavilədə aparılcaq işlərin məqsədi, həcmi və müddəti, tərəflərin məsuliyyəti, keyfiyyət sisteminin qiymətləndirilməsi və yoxlanması üzrə işlərin ödənilməsi qaydaları müəyyənləşdiriür və göstərilir.
Müəssisədə keyfiyyət sisteminin qiymətləndirilməsi mərhələsi sertifikatiaş-dırma orqanında müıyyən hazırlıqdan başlayır. Keyfiyyət sisteminin qiymətləndi-
rilməsi və yoxlanması üzrə ha-zırlığa aşağıdakı işlər daxildir: yoxlanışın proqramının hazırlanması; yoxlanış proqramına əsasən komissiya üzvləri arasında vəzifə bölgüsü; işçi sənədlərin hazırlanması; yoxlanış proqramının yoxlanılan təşkilat ilə razılaşdırılması.
Yoxlanış proqramını baş ekspert hazırlayır. Həmin program ilə komissiyanın ekspertləri, məsləhətçiləri və yoxlanılan təşkilatın nümayəndələri tanış olmalıdır.
Yoxlama prosesi aşağıdakı bölmələrdən ibarət olmalıdır:
-
sifarişçi təşkilatın adı, yoxlanışın aparılma yeri;
-
yoxlanışın məqsədi və sahəsi;
-
yoxlanışın aparılma müddəti;
-
komissiyanın tərkibi;
-
istinad sənədlərinin siyahısı (normativ və rəhbər sənədlər);
-
yoxlanma obyektləri (keyfiyyətin təmin edilməsi və idarə edilməsi üzrə fəahyyət, istehsal sistemi, məhsulun keyfiyyəti);
-
təşkilatın yoxlanılan bölmələrinin eyniləşdirilməsi;
6
-
yoxlama obyektləri üzrə ekspertlərin və yoxlayan təşkilatın nümayəndələrinin təyini;
-
yoxlama üzrə əsas tədbirlər və onların aparılma müddəti;
-
məxfiliyin saxlanması tələbləri;
-
yoxlamanın sənədlərinin dilinə dair göstəriş;
-
aktların göndərilmə ünvanları.
Yoxlama proqramı çevik olmalıdır, keyfiyyət sistemində yox-lanılan elementlərdən alınan informasiyadan aslı olaraq prioritetlərin dəyişdirilməsi mümkün olmalıdır.
Prioritetlər yoxlayan təşkilatlarla razılaşdırılaraq sertifikatlaş-dırma orqanının rəhbərliyi tərəfindən təsdiq edilir. Yoxlanışın aparılmasında müəssisənin konkret bölməsinin və keyfiyyət sisteminin elementlərinin yoxlanması üzrə ekspert
komissiyasnın üzvlərinin vəzifə bölgüsü aparılmalıdır. Vəzifə bölgüsünü baş ekspert араrıг.
Ekspertlər öz işlərində müəyyən edilmiş formada işçi sənədlə-rindən istifadə edirlər. Onlara keyfiyyət sisteminin elementlərinin qiymətləndirilməsi üçün yoxlama sualları (çek-vərəqlər) və ekspertlərin rəylərini təsdiq edən əlavə göstəricilərin sənədləşdi-rilməsi üzrə formalar və s. daxildir. Sertifikatiaşdırma orqanı işçi sənədlərin e'tibarlı saxlanmasını və məxfiliyini təmin etməlidir. Həmin sənədlər yoxlayan təşkilatın və sertifikatlaşdırma orqanının mülkiyyəti hesab edilir. Yoxlanışdan sonra hesabat tərtib edi-lib yazılır, işçi sənədlərin hamısı baş ekspertə təhvil verilir. Baş ekspert isə həmin sənədləri yoxlayan təşkilatın nümayəndəsinə təhvil verir.
Müəssisədə keyfiyyət sisteminin qiymətləndirilməsi ümumi qəbul edilmiş prosedurlar üzrə aparılır: ilkin müşavirə, yoxlanan müəssisənin tədqiqi və hərtərəfli öyrənilməsi, yoxlanma aktının tərtibi və yekun müşavirədə müzakirəsi və təsdiqi.
İlkin müşavirədə komissiya üzvləri, yoxlayan təşkilatın rəhbərliyinin nümayəndəsi, struktur bölmələrinin rəhərləri və müəssisənin keyfiyyət üzrə aparıcı mütəxxəssisləri iştirak edirlər. İlkin müşavirənin məqsədləri aşağıdakılardır:
7
-yoxlanan təşkilatın nümayəndələrinə komissiya üzvlərinin təqdim edilməsi;
-yoxlanışın məqsədləri və proqramı barodə qısa məlumat;
-yoxlanış zamanı istifadə edilən prosedurların və metodların qısa izahatı;
-komissiya üzvlərilə yoxlanılan təşkilatın əməkdaşları arasmda qarşılıqlı fəaliyyətin rəsmi prosedurlarının müəyyənləşdirilməsi;
-əgər tələb olunarsa, yoxlama proqramının aydın olmayan detallarının doqiqləşdirilməsi və müzakirəsi;
-yekun müşavirəsinin keçirilməsi tarixinin və tələb olunarsa, komissiyanın və yoxlanan təşkilatın rəhbərliyinin birgə aralıq müşavirələrinin keçirilməsi sxeminin müəyyən edilməsi.
Yoxlama prosedurunda yoxlanan təşkilatın hərtərəfli müayi-nəsi və alınan nəticələrin və müşahidələrin ətraflı təhlili və qeydiyyatı aparılır.Əgər məhsula (xidmətə) dövlət standartlarmda və digər normativ sənədlərdə məcburi yerinə yetiriləsi tələblər qoyularsa, onun bütün elementlərinin һəг birinin keyfiyyət göstəriciləri yoxlanaraq qiymətləndirilməlidir.
Sınaqlar aparılan zaman müəssisənin həmin məcburi tələblərin yerinə yetirilməsini tə'min etmək qabiliyyəti müəyyən edilməlidir. Bunun üçün birinci növbədə texnoloji-konstruktor, normativ sənədlər, metodik göstərişlər, instruksiyalar, sınaq proqramları və hesabatları, işçi jurnalları, müşahidələrin qeydiyyat formaları və s. sənədlər öyrənilib təhlil edilməlidir. İkinci növbədə isə müəs-sisənin texnoloji avadanhğının proseslərə uyğunluğu və işçi vəziyyəti; məhsulun və işçi proseslərin parametrlərinin ölçmələrinin dəqiqliyi və onlara nəzarət sistemi, işçi heyətin ixtisaslaşmaya uyğunluğu və s. məsələlər hərtərəfli öyrənilib təhlil olunmalıldır. Bütün müşahidələr obyektiv sürətdə sənədləşdirilir.
Yoxlanan obyektin hərtərəfli müayinəsindən sonra baş ekspertin rəhbərliyi ilə komissiya üzvləri öz müşahidələrinin nəticələrini müzakirə edib nəzərə саrpan bütün uyğunsuzluqları müəyyən edir və onun göstəricilərinin parametrlərini dəqiqləşdirirlər. Uyğunsuzluqların obyektiv və dəqiq göstəriciləri qeyd edilərək yoxlamanın nəticələri protokollaşdırılıb yoxlayan təşkilata təsdiq olunmaq üçün
8
təqdim edilməlidir. Rusiyanın «QOST R Sertifikatlaşdırma sistemi. Keyfiyyət sisteminin reqistri» müşahidələrin iki formasını nəzərdə tutur: uyğunsuzluq və xəbərdarlıq.
Uyğunsuzluq formasında qoyulmuş tələblərin yerinə yetiril-məsi dərəcələri göstərilir. Birinci kateqoriya hesab edilən əhəmiyyətli uyğunsuzluqda tələblərin tam pozulması və yerinə yeti-rilməməsi göstərilir. Az əhəmiyyətli ikinci kateqoriyalı uyğun-suzluqda keyfiyyət sisiteminin bəzi elementində tək-tək nəzərə çarpan uyğunsuzluqlar göstərilir. Ona görə uyğunsuzluqların iki qeydiyyat forması mövcuddur.
Xəbərdarlıq - yarana bilən uyğunsuzluğun qarşısını almaq üçün ekspert tərəfindən aparılan müşahidə nəticəsindəki müəyyən qeydlərdir. Xəbərdarlığın xüsusi qeydiyyat forması mövcuddur.
Ekspertlər qrupu standartların və digər normativ sənədlərin tə-ləblərinə uyğun gəlməyən göstəriciləri diqqətlə araşdırdıqdan sonra uyğunsuzluqların hansı kateqoriyaya aid olmalarını müəyyən edirlər.
Son qərarı baş ekspert qəbul edir. Qeydə alınmış uyğunsuzluqlar (xəbərdarlıqlar) yoxlanan təşkilatın rəhbərliyinə rəsmi surətdə təqdim edilir. Baş ekspert һəг uyğunsuzluq (xəbərdarlıq) barədə lazrmi izahatlar verir. Hər bir uyğunsuzluq dəqiq və obyektiv sübutlarla təsdiq edilməlidir. Uyğunsuzluq (xəbərdarlıq) blankları yoxlayıcı təşkilatın rəhbərliyi tərəfindən imzalanaraq təsdiq edilir.
Dostları ilə paylaş: |