Dərs vəSAİTİ baki 2023 TƏRTİb edəN: elmi redaktor: RƏYÇİLƏR: Ön söZ


a) əlverişlı şərait – mənəvi psixoloji mühit yaradılmalıdır; b)



Yüklə 231,19 Kb.
səhifə9/64
tarix10.12.2023
ölçüsü231,19 Kb.
#139349
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   64
SOSİAL İŞİN PEDAQOJİ ƏSASLARI - DƏRS VƏSAİTİ — plagiat

a) əlverişlı şərait – mənəvi psixoloji mühit yaradılmalıdır;
b) pedaqoji takt gözlənilməlidir;
c) adət olunmuş təbii mühitdə aparılmalıdır;
ç) suallar düzgün qoyulmalı və etibarlı cavabların alınmasına diqqət yetirilməlidir;
d) cavablar dəqiq qeydə alınmalıdır.
Beləliklə, fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında dolğun məlumat alınması müsahibəalma texnikasından da çox asılıdır. Buna görə sosial pedaqoq müsahibə prosesində, ilk növbədə, mehribançılıq, xeyirxahlıq və səmimi şəraiti yaratmalı, sualların düzgün qoyuluşunu və etibarlı cavabların alınmasına xüsusi diqqət yetirməli, istər respondentlərin cavablarını, istərsə də özünün qeydlərini tam və dəqiq protokollaşdırmalıdır.
Anketləşdirmə. Sosial-pedaqoji tədqiqatda anket sorğusundan geniş istifadə edilir. O, həm də problem barədə ayrı-ayrı fərdlərin və kollektivin mövqeyini, rəyini öyrənmək məqsədilə keçirilən yazılı sorğudur. Anket sorğusunda suallar düzgün seçilməlidir və tipinə görə - açıq və qapalı; birbaşa və dolayısı; cavabın məzmununa görə; məqsədə görə olur. Onun quruluşu 3 hissədən: giriş hissə, əsas hissə və demoqrafik hissədən ibarət olur. Giriş hissədə anketin keçirilməsinin ümumi və inzibati qaydaları izah edilir. Əsas hissə ən böyük və məzmunca mürəkkəb hissədir. Bu hissədə suallar respodentləri maraqlandırmalı, aidiyyatı olan məlumatların üzə çixarılmasına xidmət etməli və cavablardan əldə edilən məlumatların dərinləşdirilməsi və dəqiqləşdirilməsi həyata keçirilir. Demoqrafik hissə statistik metodlardan istifadə etməklə ölkələrin, ərazilərin və ya ayrı-ayrı əhali qruplarının əhalisinin sayı, tərkibi, paylanması və hərəkətini xarakterizə edən məlumatları toplayan, emal edən, təhlil edən və təqdim edən demoqrafik elmlər sisteminin tərkib hissəsidir. Burada əhalinin sayı, strukturu, paylanması, təbii və mexaniki hərəkəti haqqında rəqəmsal məlumatlar toplusu; demoqrafik statistika məlumatlarının toplanması və işlənməsi üzrə praktik fəaliyyət sahəsi üzrə iş aparılır.
Sosiologiyada sorğunun əsas növlərindən biri sosiometrik sorğudur. Bu üsul qrup və kollektivdə şəxsiyyətlərarası münasibətləri öyrənmək məqsədilə aparılır. Bu üsuldan ilk dəfə amerika alimi Con Moreno istifadə etmişdir. Sosial pedaqogikada bu üsuldan daha çox istifadə edilir. Bu metod kollektivin hər bir üzvünün kollektivdə yeri, rolu, mövqeyi haqqında fikir söyləməyə, kollektivdaxili qruplaşmaları və onların liderlərini müəyyən etməyə kömək edir.
Sənədlərin və şagird fəaliyyət məhsullarının öyrənilməsi metodu. Sənədlərin 3 növü var: şəxsi, pedaqoji və ictimai. Şəxsi sənədlərə məktub və gündəliklər, tərcümeyi-hal, xatirələr və s. aiddir. Pedaqoji sənədlərə jurnallar, hesabatlar, protokollar, şəxsi işlər, iş planları və s. aiddir. İctimai sənədlərə qanunlar, nizamnamələr, əsasnamələr, əmr və sərəncamlar, proqramlar, təlimatlar və s. hüquqi sənədlər aiddir. Şagirdlər həm təlim prosesində, həm də məktəbdənkənar vaxtlarda onlara verilən tapşırıqları yerinə yetirirlər (inşa yazmaq, şəkil çəkmək, şeir və hekayə yazmaq). Bu işlər şagirdin fəaliyyət məhsulları olub, onların özündən asılı olmayaraq maraqlarını, motivlərini, yaşadığı hiss və həyəcanı əks etdirir. Bu metodla sosial-pedaqoq şagirdlərinin maraqlarını, motivlərini öyrənə və onların təlimə, ayrı-ayrı fənlərə münasibətinin xüsusiyyətlərini səciyyələndirə bilir.

Yüklə 231,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin