Sosial profilaktika müəssisələri, uşaq və yeniyetmələrin reabilitasiyası Rusiya Federasiyasının 6 sentyabr 1993-cü il tarixli 1338№li “Azyaşlıların qanunpozma hallarının və diqqətdən kənarda qalmalarının profilaktikası və onların hüquqları” adlı Qərarı yeniyetmələr arasında dezadaptasiya prosesinin inkişafında profilaktik işlər üzrə dövlət qurumlarının işlərinin aktivləşdirilməsində geniş imkanlar yaratmışdır. Ailə əlaqələrini itirmiş, internat müəssisələrində yaşamaq istəməyən, köməksiz və vasitəsiz qalan,daimi yaşayış yeri olmayan uşaqlara yardım üçün ixtisaslaşdırılmış sosial müəssisələr yaradılmışdır. Bu müəssisələrə sosial və yeniyetmə sığınacaqları, uşaqlara yardım mərkəzləri, valideyn himayəsindən məhrum olmuşlar və azyaşlılar mərkəzləri daxildir. 1996-cı ildə Rusiyada bu tipli 450 ixtisaslaşdırılmış müəssisə yaradılmışdır. RF hökuməti tərəfindən “1997-1998-ci illərdə yeniyetmələrin bu məqsədlə diqqətdən yayınma vəqanun pozuntularının profilaktikası” başlığı altında məqsədyönlü proqramlar hazırlanmış və həyata keçirilmişdir. Moskvada Rusiya Xeyriyyə Fondu “Alkoqolizm və narkomaniyaya yox” devizi altında “Azyaşlı risk qrupunun reabilitasiya məkanı konsepsiyası” çərçivəsində “Küçə uşaqları” proqramı qəbul edilmişdir.
Bununla əlaqədar olaraq, uşaq hüquqlarını qorumağı nəzərdə tutmaqla təhsil sistemində sosial işin inkişaf dinamikasına böyük diqqət yetirilir.
Rusiyanın bir çox regionlarında yardıma ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi sistemi kimi, onlara bilavasitə yardım formaları da həyata keçirilir. Hər şeydən əvvəl bu, onunla əlaqədardır ki, ölkədə sosial-maddi vəziyyətin kəskin şəkildə dəyişməsi dövlət uşaq müəssisələri, uşaq evləri və internatlara ehtiyacı olan uşaqların sayınin artması ilə nəticələndi.
3.Sosial işçi və sosial pedaqoq: mahiyyəti, fərqli cəhətləri. Bu gün yeni tərbiyə paradiqmalarının yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə yeni bir ixtisasın—sosial pedaqoq ixtisasının formalaşması aktivləşir. Sosial sahələrlə bağlı sosial pedaqoqlar hazırlanır. Elmi sosial pedaqoqikanın problemlərini əhatə edən yeni tədqiqatlar aparılır: sosial-pedaqoji xidmətin yaradılması məqsədilə yeni sosial təcrübələr tətbiq etmək, diaqnostika və korreksiyanı tənzimləyən idarəetmə, geniş əlaqələr spektrində hərtərəfli: psixoloji, fiziki cəhətdən inkişaf etmiş, sağlam düşüncəli, sosial qorumaya malik, fəal yaradıcı şəxsiyyətlər yetişdirmək kimi ciddi sosial məsələlər günün aktual məsələlərinə çevrilmişdir.
Eyni zamanda, sosial işçi öz fəaliyyətini məqsədyönlü yardım, sosial subyektin reabilitasiyası, sosiumda sosial-pedaqoji işlərin gerçəkləşməsi və s. üzərində qurur. Məktəb müəllimi və digər təhsil işçilərindən fərqli olaraq, sosial işçinin işinin əsas xüsusiyyəti onun həm “küçə”də, həm də ailələrdə işləməsidir. Lakin bir çox əcnəbi elm adamlarının qeyd etdiyi kimi, əmək bazarında sosial işçilərin və müəllimlərin fəaliyyəti vəhdət təşkil edir. Hər şeydən əvvəl, əlavə spesifik biliklər qazanmaq, qruplarla iş vərdişi əldə etmək və ixtisasartırmaq, konseptual iş bacarığına malik olanlara böyük tələbat, innovasiyaya hazırolma, könüllülərlə birgə iş, administrativ və sosial idarə və təşkilatlarla iş.
Sosial işçilər və sosial pedaqoqlar eyni problemlərin həlli ilə əlaqədar işləri bu və ya digər həcmdə yerinə yetirirlər.
“Sosial pedaqoq” ixtisası Rusiyada daha yenicə formalaşmağa başlamışdır, baxmayaraq ki, əmək bazarında “sosial işçi” ixtisası daha müstəqil iş kimi, əvvəlcədən müəyyənləşmişdir. Mövcud olan təşkilatçı-pedaqoq vəzifəsi (tərbiyə işləri üzrə direktor müavini-təşkilatçı müavin) 1990-cı illərin əvvəlindən tərbiyə və gənclərlə iş mütəxəssis işi kimi, yeni keyfiyyətlər daşımağa başladı, sosial pedaqoqun ixtisas-tarif xüsusiyyəti nəzərə alınmaqla vəzifə və hüquqları işlənib hazırlandı. Buraya aşağıdakılar daxildir:
-yaşayış yerlərində fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərin sosial şəxsiyyət kimi inkişafı, təhsili və tərbiyəsi ilə əlaqədar kompleks tədbirlər həyata keçirmək;
-şagirdlərin şəxsiyyət kimi psixoloji, tibbi-pedaqoji xüsusiyyətlərini, həyat şəraiti və mikromühitini öyrənmək;
-şagirdlərin maraq və tələblərini, problemlərini öyrənmək,ziddiyyətləri, davranışlarında kənar meyilləri aşkar etmək və onlara vaxtında sosial dəstək vermək;
-şagird şəxsiyyətini məktəb, ailə,fərqli sosial xidmət əməkdaşları və rəhbər orqanlarla, onların tabeliyində olan idarə və təşkilatlarla əlaqələndirmədə vasitəçi rolunu oynamaq;
- sosial pedaqoji işin vəzifəsini, forma və metodlarını müəyyənləşdirmək, şəxsi və sosial problemləri həll etmək, şagirdlərin sosial müdafiəsi və sosial dəstəyi, hüquqlarının gerçəkləşməsi və azadlıqları üçün müxtəlif ölçülər götürmək;
-şagirdlərin müxtəlif sosial dəyər fəaliyyətlərini təşkil edmək, sosial təşəbbüskarlığın inkişafına yönəldilmiş tədbirlər həyata keçirmək, sosial proqram və layihələrin hazırlanması, təsdiqlənməsi və gerçəkləşməsini reallaşdırmaq;
-sosial mühitdə humanist, sağlam mənəvi əlaqələr yaratmaq;
-şagirdlərin şəxsiyyət bütövlüyü, təhlükəsizliyi və psixoloji komforta malik olmaları üçün şəraitin yaradılmasına səy göstərmək, onların həyati sağlamlıqları üçün qayğı göstərmək;
-yetim və valideyn himayəsindən məhrum uşaqların gələcəkdə işə düzəldilməsi üçün patronçuluq etmək, yaşayış yeri, vəsait və təqaüdlə təmin olunmalarına kömək etmək, qiymətli kağızlarla davranmaq, mal varlığı ilə bağlı əmanətlərinin sənədləşdirilməsi və s. işlərinə dəstək vermək;
- uşaqlara yardım məqsədi ilə müəllimlərlə, valideynlərlə (yaxud onları əvəz edən şəxslərlə) sosial iş mütəxəssisləri ilə ailə və gənclər məşğulluq mərkəzləri ilə, xeyriyyə təşkilatları, himayəyə ehtiyacı olan, məhdud fiziki imkanlı, deviant davranışlı və ekstremal vəziyyətə düşənlərlə qarşılıqlı əlaqələr qurmaq.
Beləliklə, sosial pedaqoq fəaliyyətini yeniyetmələrin sosial inkişafı, müxtəlif dövlət və ictimai qurumlarla, ailə və məktəb kollektivi ilə hər şeydən əvvəl, şagirdlərlə kompleks sistem formasında gerçəkləşdirir.
Sosial iş təhsil sistemində və məktəbdə daha yüksək inkişafa malik olur. Məktəb və digər təhsil sistemində sosial işin işığında kritik vəziyyətlərdə şagirdlərə kömək etmək, tərbiyə və yenidən tərbiyə işlərini həyata keçirmək və s. işlər əks olunur. Burada sosial işin dərs prosesində, administrativ məsələlərin həllində, istirahət təşkilatlarında və s. tətbiq olunmasının mümkünlüyünü diqqətə çatdırmaq yerinə düşür.
Nəhayət, qeyd edək ki, sosial iş, artan tələblər səviyyəsində elmi nailiyyətlərə söykənən ixtisaslaşmış sosial xidmət, qüvvədə olan dövlət və ictimai proqramların həyata keçirilməsi kompleks tədbirlər planının tərkib hissəsidir.