Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə142/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   206
kitab tercume

Alkoqolizm
Ümumdünya Səhiyyə Təşkilatının müşahidələrinə görə, qadın alkoqolizminin artması tendensiyası təzahür edir. Alkoqolizmdən əziyyət çəkən kişilərinin qadınlara nisbəti azalır. Böyük Britaniyada bu göstərici 2:1-ə çatır, ABŞ-da — 3:1-ə.
Bu xəstəlikdən əziyyət çəkən qadınlar arasında xidmət sahəsində çalışan şəxslər üstünlük təşkil edir. Alkoqoldan istifadənin artmasına həmçinin qadının işdə və evdə ikiqat məşğulluğu, işsizlik, əsas sosial mənbələrin əlçatarlığın olmaması, boşanmalar, ailədə qarışıqlıq "imkan yaradır".
Tədqiqatçılar tərəfindən qeyd edilir ki, sosial-hüquqi və fizioloji problemlər qadın alkoqolizminin xüsusiyyətlərini müəyyən edir.
Sosial-hüquqi problemlərin bir hissəsi ictimai stereotiplərlə və normalarla bağlıdır. Cəmiyyət alkoqol qəbul edən qadınlara daha neqativ yanaşır, nəinki kişilərə. Qarışıq münasibəti olan tənha qadın qınanır, xüsusilə əgər bu alkoqola aludəçilik prosesi fonunda baş verirsə. Bütün bunlar belə qadınların sosial təcrid olunmasına gətirməyə bilməz və nəticə olaraq alkoqoldan istifadə səviyyəsi artır.
Qadın alkooqolizmi tendensiyalarına təsir edən amil qadının rol və ictimai mövqeyində dəyişikliklər oldu. Qeyd edilir ki, bu gün gənc qadınlar XX başlanğıcında olandan daha çox iqtisadi müstəqil və sərbəstdirlər. İqtisadi müstəqillik ailə qurma prosesini gələcək plana çevirir, rəqabət və xidməti nərdivan üzrə irəliləyiş qadınları iş sferasına daha çox vaxt ayırmağa məcbur edir. Rol yüklənmələri müxtəlif streslərə gətirib çıxarır. Bu stressdən azad olmağın yolu kimi alkoqollu içkilərdən tez-tez istifadəyə aparır.
Qadınlar uşaqların ailədən getməsini daha böyük çətinliklə qarşılayırlar. “Boş yuva” sindromu özlərinin vacibliyini digərləri üçün faydalı olmaqda görən qadınlarda alkoqol asılılğını təhrik edə bilər. Onlar alkoqolu şəxsi böhranı yaşamaq, dünya ilə olan əlaqələrin itkisini, özünü gərəksiz hiss etmənin öhdəsindən gəlmə vasitəsi olaraq görürlər.
Uşağı olan tənha qadınlar-xüsusi mövzudur. Boşanma sosial hadisə kimi yaranmış stereotipləri və münasibətləri, istehlakın iqtisadi əsaslarını dəyişdirir. İqtisadi və emosional dəstəyin yoxluğu, sosial təcrid, sağ qalma və hörmət uğrunda mübarizə, məsuliyyət, ailə üçün əlavə resursların daimi axtarışı — bunlar tənha qadının rastlaşdığı problemlərdir. Demək olar ki, sosial vəziyyət də alkoqoldan sui-istifadəni təhrik edir.
Qadınlarda alkoqolizminin fizioloji problemləri qadınlara xas sağlamlıq problemlərinin yaranmasında, ümumiyyətlə doğum və sağlam uşağın dünyaya gətirilməsi qabiliyyətində, həzm orqanlarının, qara ciyərin, qan dövranının işinin pozulmasında əks olunur.
Psixi sağlamlıq.
Qadınlar kişilərə nisbətən özlərində bu və ya digər psixi pozuntuların mövcudluğunu etiraf edir, psixi sağlamlığı ilə onunla bağlı mütəxəssislərə müraciət edirlər.
Əgər kişilərin və qadınların psixi sağlamlığını müqayisə etsək, görərik ki, qadınlar depressiyaya daha çox meyillidir, nəinki kişilər. Mütəxəssislər hesab edir ki, bu rol ustanovkaları və sosial mühitin tələblərindən irəli gəlir. Çünki kişilərin və qadınların özünü emosional ifadə etmənsi üçün müəyyən normaları vardır. Digər tərəfdən, qadın demək olar ki, onu depressiyaya aparan "ikiqat tələ" sistemindədir, "Əgər o evdar xanım olursa, o ictimai həyatdan təcrid edilir, evdə "zəncirlənir" və tam ölçüdə mənəvi kompensasiya almır; əgər qadın işləyirsə, onda o, çalışma sferası və ev işləri arasında "parçalanmağa" başlayır. Qeyd etmək lazımdır ki, qadınlarda kliniki depressiyanın səviyyəsi kişilərdə olan göstəricidən yüksəkdir. Qadınlarda psixi pozuntular, nevrasteniyanın müxtəlif formalarının təzahürü həmçinin daha çoxdur. Bu cədvədə əks olunmuşdur:

Psixixəstəliklər

Kişilər

Qadınlar

Depressiyalar

1

2

Nevrasteniya, təşviş və s.

1

1.5

Psixi pozuntuların bütün növləri

1

1.7

Şizofreniya

1

1

Beləliklə, funksional fərdiliyə malik olan müştərinin cins-rol xüsusiyyətləri bir sıra spesifik problemlərə səbəb olur. Bu problemlərin genezisi, etiologiya oxşarlığına baxmayaraq, ancaq özünəməxsus şəkildə təfsir edilməyəcək, həm də şəxsiyyətin həyat ssenarisinin inkişafı üçün öz nəticələrinə malik olacaq.


Kişi və qadın arasında fərq haqqında danışaraq E. Fromm qeyd edirdi : "Kim kişi və qadın arasında fərqi dərk etmək istəyirsə, özünə həyatı tam yaşamağa imkan yaratmalıdır, onun tipik kişivə ya tipik qadın olduğu barədə düşünməməlidir. Yalnız özünə "Mən öz rolumu düzgün reallaşdırırammı və mən müvəffəqiyyətə nail oldummu?" sualı ilə əzab verməyən şəxslər cinslər arasında fərqin dərinliyini dərk edir. Sosial iş müştərinin problemlərini qavrayaraq, resosiallaşma prosesini humanist dəyərlərlə və normalarla zənginləşdirərək ona eyni zamanda özünün sosial mühitdə cins-rol funksiyalarını dərk etməyə kömək edir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin