Yaş subyektin sosiallaşmasının faktoru kimi Sosial iş təcrübəsində peşəkarlar müxtəlif yaş qruplarında olan insanların böhranları ilə rastlaşırlar. Ancaq ahıl yaşda olan insanların problemləri daha aktualdır. Dünya ölkələrində demoqrafik məlumatlar yaşlı nəsilin insanlarının sayının artması tendensiyası barədə xəbər verir, bununla belə cəmiyyətdə yaş üzrə insanın diskriminasiyası tendensiyaları da müşahidə olunurlar. Diskriminasiyanın belə forması "eydjizm" adlandırılır, onun əsasında — nifrət, gənc və qüvvəlilərin yaşlı və zəifləri sıxışdırması dayanır.
O faktı nəzərə alasaq ki, ahılların böyük hissəsi — qadınlardır, sosial münasibətlər sistemində yaş üzrə diskriminasiya problemi cinsi fərqlər üzrə diskriminasiyaya çevrilərək ağırlaşır. Ona görə yaş amili müştəriyə yardım strategiyalarını nəzərdən keçirərkən diqqətdə saxlanılmalıdır.
Bu gün ahıl yaşlı insanların inkişafının aspektləri elmi biliyin xüsusi sahəsi gerontologiya tərəfindən öyrənilir. Sosial işdə insanın qocalmasının sosial-gerontoloji, pisxoloji, fizioloji aspektləri nəzərdən keçirilir. Bu da insan davranışını izah etməyə və onların individuallığını nəzərə alaraq lazımlı yardımı göstərməyə icazə verir.
GERONTOLOGİYA( yunan. geron, gerontos-yiyəlik halda — qoca və...logiya) insan və canlı orqanizmlərin qocalması hadisələrini öyrənən tibbi-bioloji elmin bölməsidir. Gerontologiyanın tərkib hissələrindən biri heriatriyadır — ahıl orqanizmin xəstəliklərinin xüsusiyyətləri haqqında təlim,gerogigiena —ahıl yaş qrupundan olan insanların gigiyenası haqqında təlim və gerontopsixologiya.
Qocalmanın sosial-gerontoloji konsepsiyası Ayrılma nəzəriyyəsi Konsepsiya əsasında məhsuldar (gənc) və qeyri-məhsuldar (ahıl) nəsil arasında homeostaz-prinsipi durur. Buna görə nəsillərarası özgələşmə baş verir.Bu özgələşmə səbəbli qocalma prosesində insanlar gənc nəsildən uzaqlaşırlar, əmək fəaliyyəti ilə bağlı sosial rollardan azad olurlar. Özgələşmə prosesi yeni vəziyyətə uyğunlaşmanın üsulu olan sosial kontekstlə şərtlənir. Onun məhdudlaşdırıcı imkanları ahıl insanları ölümə hazırlayır. Ayrılma nəzəriyyəsində özgələşmə prosesi yaşlı nəsilin insanlarının daha məhsuldar çalışmağı bacaran gənclərə yer verdiyi, güzəşt etdiyi qaçılmaz zərurət və obyektiv proses kimi nəzərdən keçirilir.
Fəallıq nəzəriyyəsi Bu nəzəriyyəyə əsasən, yaşlı insanlar öz adət etdikləri rollarını artıq yerinə yetirmədikdə, itki duyğusu və cəmiyyətdə öz gərəksizliyini hiss edirlər. Yaşlı insanlarda orta yaşlarda olduğu kimi ehtiyaclar və fəallıq qalır. Onları aktiv həyatdan kənarlaşdırmaq cəhdi olduqda əks təsir göstərirlər. Onların özünüqiymətləndirməsinin və şüurun saxlanması məqsədilə onların qüvvələri kifayət edən fəaliyyətin yeni növləri ilə məşğul etmək lazımdır. Psixoloji sakitliyə yeni sosial əhəmiyyətli rolların icrası ilə nail olmaq mümkündür.
Submədəniyyət nəzəriyyəsi Ahıl yaşlı insanlar ümumi dəyərlərə, normalara və davranış stereotiplərinə malik olan müəyyən submədəniyyət kimi nəzərdən keçirilir. Bu spesifik submədəniyyətin formalaşması növbəti amillərdən asılıdır: başqa sosial qruplarla ictimai əlaqə və kommunikasiyalarda məhdudiyyətlərdən və müəyyən yaş qrupuna mənsubiyyətdən. Yaş submədəniyyəti yaşlı insanlara uyğunlaşmağa, yeni əlaqə və münasibətlər yarstmağa, psixoloji tarazlıq əldə etməyə imkan verir.
Yaş stratifikasiyası nəzəriyyəsi Bu nəzəriyyəyə görə cəmiyyət yaş və sosial cəhətdən bölünmüşdür. Hər yaşlı nəsil təkrarlanması mümkün olmayan unikal təcrübəyə malikdir. Ancaq onun dəyəri ondadır ki, bu təcrübənin ayrı elementlərini sonrakı nəsillər istifadə edə bilər.