Müştəri və sağlamlıq problemləri Xarici tədqiqatlara əsasən, tibbi sosial işdə müştərilərin əsas problemləri sağlamlıq problemləri, xüsusi ehtiyaclara malik olan uşaqlara qulluq, narkomaniya və alkoqolizm problemləri ilə, posttravmatik stresllərin nəticələri bədbəxt hadisələrin nəticələri və s.ilə bağlıdır. Bununla bağlı köməyin növbəti növləri tipikdir: müştərinin doğmalarının və yaxınlarının səhhət problemləri ilə bağlı onlara məlumat verilməsi, QİÇS və alkoqolizmdən əziyyət çəkən xəstələrin xəstəxanaya yerləşdirməsində kömək, gənc valideynlərə uşağa qulluq üzrə tövsiyələr və s.
Bu onunla əlaqədardır ki, sosial işçilər səhiyyə müəssisələrində işlədiyi üçün stasionar xidmət şəraitində müxtəlif müalicə kursları keçən müştərilərlə də məşğul olurlar. Onlar müştərilərin müxtəlif fobiyalarldan (qorxulardan) doğan spesifik reaksiyaları ilə rastlaşırlar.
Qapalı məkanlardan qorxmaq (klaustrofobiya), böyük sahələrdən qorxmaq (aqorafobiya)-hamıya məlum olan fobiyalardır. Səhiyyə müəssisələrində gündəlik sosial iş təcrübəsində müştərilərdə, ipoxondriya və kanserofobiya kimi qorxu növlərinə rast gəlinə bilər. İpoxondriya — özündə sağalmaz xəstəliklərin mövcudluğu haqqında fərziyyələrlə bağlı qorxudur. Bu fərziyyələr güclü sarsıntı, somatik xəstəliklər, müxtəlif etiologiyalı depressiyalar olduqda yarana bilər. Kanserofobiya — qorxu növlərindən biridir; ondan əziyyət çəkənlər beyinin şişlərindən, mədə, düz bağırsaq və s. xərçəngindən qorxular. Qorxu üçün səbəb şəxsi təəssüratlara və xatirələrə qeyri-müəyyən somatik reaksiyaların təzahürləri ola bilər.
Müştəri və psixi sağlamlıq problemləri Psixi sağlamlıq dedikdə psixiki pozuntularn olmaması dərk edilir. Bu isə şəxsi və sosial rifah insanın daxili rahatlığı və adekvat davranışı deməkdir. Müştərinin psixo-sosial sağlamlığı xroniki xəstəliklər, psixotravmatik vəziyyətlər, epidemiyalarla şərtlənən biopsixososial risklərlə bağlıdır. ÜST-nın tədqiqatlarına əsasən bu gün əhalinin üçdə ikisində bir-iki xroniki xəstəlik müşahidə etmək olar. Məsələn, yaşlı insanlar dövri pozuntular, artritlər, revmatizmlər, şəkər və s. xəstəliklərə qarşı daha həssasdırlar. Bu xəstəliklər insanda həm ayrıca, yalnız biri, yaxud bir neçəsi birlikdə ola bilər.
ARTRİT( yunan. arthron — oynaqdır) —yoluxucu mənşəli və ya oynağın qidalanmasının pozulması nəticəsində inkişaf edən oynaq xəstəlikləri qrupudur.
AUTİZM —Autizm sosial qarşılıqlı fəaliyyət və ünsiyyət problemləri, məhdud və təkrarlanan davranışlarla səciyyələnən inkişaf pozuntusudu.; şəxsin əhatə edən mühitlə əlaqələrdən çəkinməsi və şəxsi həyəcanlar dünyasına istiqamətlənmə. Autizm ətraf mühitdən gələn infomasiyanı qəbul etmə qabiliyyətinin itirilməsinə aparır.
Sosial işçilərin yardım göstərdiyi müştərilərin böyük qrupu autizm, əqli gerilik, gestasion pozuntular, maddələr mübadiləsi pozuntuları, kəllə-beyin travması və s. psixi pozuntu və xəstəliklərə malikdirlər.
Sosial işdə pasiyentlərin xüsusi sinifi psixotravmatik vəziyyətlər nəticəsində patogenliyə, müxtəlif nevrozlara məruz qalmış şəxslərdir. Müalicə müəssisələri şəraitində xüsusilə hər şeydən şübhələnən yatrogeniya və eqogeniya hallarında psixotravmatik vəziyyətlər ola bilər.