Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə156/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   206
kitab tercume

Əsas suallar (məsələlər):
■ Peşəkar tərbiyə və mütəxəssisin tədrisi problemləri.
■ Sosial işçinin ünsiyyət professioqramı.
■ Sosial işdə peşəkarlıq problemləri

Təlim kursunda mövzunun yeri
Rəhbərlərin və qulluqçuların vəzifələrinin ixtisas məlumat kitabçasına yeni vəzifə "sosial iş üzrə mütəxəssis" daxil edilməklə peşəkar fəaliyyətin növü kimi sosial iş 1991-ci ildə rəsmiləşdi .
Mütəxəssisin peşəkar formalaşması — şəxsiyyətin "Lahiyələşdirilməsinin" mürəkkəb, fasiləsiz prosesidir. Öz gələcək ixsisası haqqında məlumatlı olma tələbənin fəallığının inkişafına, peşəkar zirvələrə yüksəlmənin şəxsi modelinin formalaşmasına, peşəkarlığın artmasına imkan yaradır. Nəzərdən keçirilən aspektdə akmeoloji yanaşmanın mahiyyəti əks olunmuşdur.
Əsas suallar (məsələlər):
■ Peşəkar tərbiyə və mütəxəssisin tədrisiproblemləri.
■ Sosial işçinin ünsiyyət professioqramı.
■ Sosial işdə peşəkarlıq problemləri

AKMEOLOGİYA— insan haqqında elmlər sistemində yeni bilik sahəsidir. Onun predmeti yetkin insanların özünü inkişaf etdirməsinin, onlar tərəfindən peşəkarlığın zirvələrinin fəth edilməsinin amillərinin, özünü tərbiyələndirmənin stimullarının,özünütəhsilin, təkmilləşdirmənin, peşəkarlığın və korreksiyanın zirvələrinin tədrisinin, yetkin insanların kollektiv, qrup və fərdi fəaliyyətinin yenidən təşkili və s.-nin qanunauyğunluqlarıdır.



  1. Gənc mütəxəssisin peşəkar tərbiyəsi və mütəxəssisin təhsili

Gənc mütəxəssisin peşəkar fəaliyyətə hazırlığı anlayışı polistruktur və polifunksionaldır. Onda peşəkar fəaliyyət, onun subyekti, mərhələlər və peşəkar formalaşmanın səviyyələri haqqında mütəxəssisin peşəkar-şəxsi etalona uyğunluğu haqqında, peşəkar fəaliyyətin diaqnostikası haqqında, peşəkarlıq və başqa anlayışların məcmusu birləşir.
Akmeoloji yanaşmanı nəzərə alaraq şəxsin müstəqil şəkildə peşəkarlığın zirvələrinə yüksəlməsi beş mərhələ(pillə) -dən ibarətdir.
■ "optasiya" — peşəkar və şəxsi niyyətlərin formalaşmasıdır, fərdi-psixoloji xüsusiyyətləri nəzərə alaraq peşənin dərk edilmiş seçimi;
■ "peşəkar hazırlıq" — peşəkar istiqamətin formalaşması və peşəkar biliklər bacarıqlar və qabiliyyətlər sistemidir, peşəkar hadisələrin və məsələlərin nəzəri və praktik həlli təcrübəsinin əldə edilməsidir;
■ "peşəkar adaptasiya" — peşəyə daxil olma, yeni sosial rolun mənimsənməsi, peşəkar öz müqəddəratını təyin etmə, şəxsi və peşəkar keyfiyyətlərin formalaşması, peşəkar fəaliyyətin sərbəst icrası təcrübəsidir;
■ "ixtisaslaşma" — peşəkar mövqeyin formalaşması, şəxsi və peşəkar vacib keyfiyyət və bacarıqların peşəkarlıq üçün əhəmiyyətli təhsilə inteqrasiyası, peşəkar fəaliyyətin keyfiyyətlə yerinə yetirilməsi
■ "peşəkar ustalıq " — tam özünüreallaşdırmadır, psixoloji çevik inteqral törəmələrin əsasında şəxsiyyətin peşəkar fəaliyyətdə (yaradıcılıqla-yaradıcı prinsip, metod) özünü reallaşdırmasıdır.
Sosial işin aparıcı tərkib elementlərindən biri kimi peşəkarlıq sosial işçinin şəxsi və peşəkar keyfiyyətlərinə, dəyər oriyentasiyalarına və maraqlarına əsaslanır və formalaşır. Bu keyfiyyətlərin və biliyin inkişafına, peşəkar fəaliyyətin real modelinə daxil olmağa növbəti məsələlərin həlli imkan yaradır:
■ seçilmiş peşəyə marağın inkişafı;
■ peşəkar işin əsasları haqqında ilkin təsəvvürlərin formalaşması;

  • gələcək fəaliyyətə peşəkar-motivasiya yönümlü ustanovkanın formalaşmasına;

■ peşəkar-şəxsi "Mən - konsepsiyası"-nın formalaşması.
Peşəkar formalaşma məsələsi yalnız təhsil prosesində şəxsiyyətə yönəlmiş pedaqogikavasitəsi ilə həll edilə bilər (N.A. Rıbakova). Sosial işçiyə yalnız xüsusi şəxsi keyfiyyətlərin formalaşması şərti iləyerinə yetirməyi bacaracağı xüsusi missiya həvalə edilir — passionari missiyası.Onun şəxsiyyətinin zənginliyi ictimai əhəmiyyət daşımağa başlayır, həm istehsal, həm də sosial münasibətlərin inkişaf şərtinə çevrilir. Passionar missiya nəcibdir, amma onun icrası şərtləri mükəmməldən uzaqdır: "başqalarının" problemlərini həll edərək, bir tərəfdən bunu öz peşəkar vəzifəsi hesab edib, digər tərəfdən həyatda təyinatı olaraq qəbul edərək sosial işçi sosial cəhətdən "xəstə" insanlara və cəmiyyətə neqativ hadisələrdən azad olmağa kömək edir: qeyri-konstruktiv həyat mövqeləri, ictimai münasibətlərin natamamlıqları, davranış stereotipləri, neqativ ustanovkalar, reaksiya verilməyən aqressiya, sosial gərginlik, qorxular və s. İnsanları öz problemlərini müstəqil həll etməyə öyrədərək, sosial işçi ictimai şüuru bununla inkişafın yeni pilləsinə yüksəldir, öz peşəkar və şəxsi imkanlarından icmanın, millətin, cəmiyyətin və bəşəriyyətin konkret şəxsin özünüdərkinin artmasına təsir etmək üçün istifadə edir. Bu missiyanı yalnız onun qarşısında duran sosial məsələlərin həllinə daxilən və peşəkarlıqla hazırlanmış yetkin şəxsiyyət yerinə yetirə bilər.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin