Mövzunun əsas anlayışları Peşəkarlıq, peşəkar bacarıq, akmeologiya, akmeoloji yanaşma, peşəkar Mən-konsepsiyası, kommunikativ professioqram, passionari, peşəkar tərbiyədir və təhsil, peşəkar rollar.
Referat mövzuları ■ Peşəkar təhsil və şəxsiyyətin inkişaf problemləri.
■ Sosial iş üzrə mütəxəssisin ünsiyyət mədəniyyəti.
■ Sosial işçinin rol repertuarı.
Məşğələ dərsində müzakirə üçün suallar: Mütəxəssislərin tərbiyəsinə aid əsas yanaşmaların mahiyyəti nədir?
Akmeoloji yanaşmanın xüsusiyyəti nədən ibarətdir?
Sosial iş üzrə mütəxəssisin şəxsiyyətinin xüsusiyyətləri hansılardır?
Sosial işçinin peşəkar konsepsiyası: yanaşmalar və prinsiplər.
Ədəbiyyat:
Демидова Т.Е. Профессиональное общение социального работника. М., 1994.
Обучение социальной работе: Преемственность и инновации. М., 1996.
Tədris kursunda mövzunun yeri İcra edilən işin müxtəlifliyindən asılı olmayaraq sosial işçinin əməyi ayrı-ayrı insanların, əhali qruplarının və bütövlükdə cəmiyyətin həyat və sağlamlığına görə yüksək mənəvi məsuliyyəti olan ixtisas qrupuna aiddir. Bütün bu məsələlər verilən başlıqda öz əksini tapmışdır.