Tapşırıqlara istiqamətlənmiş yanaşma Tapşırığa istiqamətlənmiş müdaxilə müştərinin məqsədli problemləri dərk etməsini asanlaşdırmaq üçün yerinə yetirilən prosedurlar toplusudur.
Tapşırığa istiqamətlənmə metodunda problem sosial işçinin razılığı ilə müştəri tərəfindən formalaşdırılır, bununla yanaşı məqsədlər və sosial agentliyin imkanları da nəzərə alınır. Model böhran intervensiyaları elementlərindən, problemli, istiqamətli və funksional yanaşmalardan ibarətdir. Qarşılıqlı fəaliyyət dəqiqliklə strukturlaşdırılır, göstərişlər və vaxt məhdudiyyəti öz əksini tapır. Sosial işçi və müştəri arasında olan qarşılıqlı fəaliyyət gedişatının ardıcıllığı aşağıdakı hərəkətləri yerinə yetirməyi nəzərdə tutur: müştəri probleminin spesifikliyinin tədqiq edilməsi, müqavilə bağlanması, tapşırıqların planlaşdırılması və onların yerinə yetirilməsi, qurulan məqsədə çatma, problemin nizamlanması. Problemin vəziyyətinin müəyyənləşdirilməsi və tapşırıqların dəqiq yerinə yetirilməsi müştərinin probleminin müvəffəqiyyətlə həll edilməsində əsas tərkib hissədir. Bu metodu 1970-ci ildə Ried and Epstein təklif etmiş və sosial agentliklər tərəfindən geniş şəkildə emprik təcrübədə sınaqdan keçirilmişdir.
Davranış yanaşması Fərdi sosial yardım sahəsində atılan ilk əməli addımlar biheviorist psixologiyanın nəzəri əsasları ilə bağlıdır. İlk dövrlərdə o, elmi metod kimi çıxış etsə də, sonralar psixoanalizin təcrübəsi tərəfindən sıxışdırılıb aradan çıxarıldı. Eyni zamanda 60-70-ci illərdə biheviorist yanaşma əsasında yeni yardım texnikası yarandı.
Edvin Y.Tomas sosial iş təcrübəsində davranış metodlarını 1960-cı illərdə təhsilə daxil etdi. Sosial iş təcrübəsi davranış yanaşması əsasında empirik məlumatlar əldə etməyə şərait yaratdı ki, bu da müdaxilə prosesini idarə etməyə və operativ şəkildə qiymətləndirməyə imkan verdi. Davranış yanaşması sosial işdə “şəxsiyyət-mühit” yanaşmasına uyğun gəlir, o, dəyişilən davranışı stimullaşdırmaq və qoruyub-saxlamaq üçün səfərbər edilə bilən ətraf mühitin şəxsi resurslarına əsaslanır.
Müştəriyə kömək prosesində davranış modifikasiyası iki istiqamətdə həyata keçirilir: davranışın operativ dəyişikliyi və davranışın respondent dəyişikliyi.
Davranışın operant dəyişilməsinin texnikası həm pozitiv, həm də neqativ davranış dəyişiklikləri, differensial dəyişilmə, neqativ nəticələrin korreksiyası, müsbət davranış stereotiplərinin formalaşdırılması, faydasız stimulların mühasirəyə alınması kimi intervensiya növlərini əhatə edir.
Davranışın respondent dəyişikliyi texnikasına aşağıdakılar daxildir: rasional diskussiyalar (verbal təlimatlar), davranış rol oyunları, pozitiv strukturlaşdırma və davranış təsəvvürləri modelinin öyrədilməsi.