Qrup işində terapiya məqsədləri Qrup terapiya prosesində bir və ya bir neçə məqsədin əsas götürülməsi mümkündür:
qrup təcrübəsini öyrənmək vasitəsilə qrup üzvlərinin idrakını dəyişmək;
qrup davranışı təcrübəsi və əks əlaqə mexanizmlərindən istifadə etməklə fərdin sosial fəaliyyətini mürəkkəbləşdirən davranışı dəyişmək;
effektiv sosial fəaliyyətə nail olmaq məqsədilə norma, dəyər və münasibətləri dərk etmək və dəyişmək;
fərdin gücünü və həyat fəaliyyətini dəstəkləyən emosional stabilliyə nail olmaq;
Qrup birliyi müştərinin şəxsiyyətini “özündə Mənə” çevirir. Burada ayrı-ayrı qrup üzvlərinin pərakəndə problemlərinə, fərdi olaraq şəxsəndirilmiş düşüncələrinə müəyyən bir tamlıq qazandırılır və onlar kənarlaşdırılır. Qrup fəaliyyəti prosesində şəxsi ehtiyac və tələbatların dərk edilməsi baş verir, növbəti görüşlərin məqsəd və tapşırıqlarının məntiqi baxımdan implisit konsepsiyası işlənib-hazırlanır, özünəköməyin prinsip və metodlarının ilk planı tutulur.
Qrupun imkanları vasitəsilə fərdə sosial yardım göstərilməsinin spesifikliyini araşdıran X.Perlman yazırdı: “Bu gün fərd özünün “xüsusi” əhəmiyyətli problemini həll etmək və xüsusi münasibətlər qurmaq üçün hansısa qrupa üzv olur”. O, qrupla sosial işi təhlil edərək, əsas məqsədləri belə ayırır:
Qrupla sosial iş təcrübəsində qarşıya qoyulan məqsədlər istifadə edilən qrup işi metodlarının məqsədindən, qrupun qarşısında duran problemlemlərin həll edilməsi məsələlərindən asılıdır. Lakin qeyd etmək lazımdır ki, sosial iş nəzəriyyəsində qrupların təsnifatlandırılması əsasında məqsəd qoyuluşuna yanaşmalar işlənib-hazırlanır. Qrupla sosial işdəki məqsəd yanaşmaları qrup psixoterapiyasındakı məqsəd yanaşmalarından fərqlidir. Cədvəldə sosial işdə və qrup psixoterapiyasında istifadə edilən məqsəd yanaşmaları göstərilmişdir.