Qrup prosesləri Qrupun ümumi məqsədi ilk başlanğıcda sosial işçi tərəfindən tənzimlənən fərdi məqsədlər əsasında formalaşır. Əsas mövzu bir-birinə kömək etməkdir. Məhz buna görə, bu qrupa müəyyən qarşılıqlı yardım sistemi kimi baxılır. Qrup işinin əsas sosial modeli qrup psixoterapiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Qrup fəaliyyəti konsepsiyası münasibətlərin yalnız qrup məkanında deyil, kənarda da qurulmasını nəzərdə tutur. Qrupun ayrı-ayrı üzvlərinə vəziyyəti dəyişmək, ətraf mühitə təəsir göstərmək bcarıqlarının öyrədilməsi zərurəti yarandığında xarici mühit də qrup işi prosesinə qoşulur. Qrupun hər bir üzvü fərdi səlahiyyət konsepsiyalarını ekstrapolyasiya edə bilər və ardınca onlar qrup tərəfindən ya qəbul edilə, ya da rədd edilə bilər.
Digər fərqləndirici cəhət isə ondadır ki, konsepsiya qrupun inkişafını “qrup bütöv tamlıq kimi” situasiyasında görür. Bu, sosial işçidən qrup qarşılıqlı fəaliyyətinin və baş verən dəyişikliklər prosesinin inteqrativ mexanizmləri haqqında yüksək səviyyəli anlayışa sahib olmasını tələb edir.
Ani olaraq toplanmış və ya qrup işinin səyi nəticəsində yaradılmış qrupun ilkin tərkibi inkişafın muxtar strukturunu formalaşdırır ki, burada situasiyanı koordinə edən, qrup inkişafını zəruri ehtiyacların həll edilməsinə yönəldən rolu öz üzərinə götürən liderlər meydana çıxır.
Bu qrupun fərqləndirici amili məqsədlərin çevikliyi və insanların müxtəlif ehtiyaclarının nəzərə alınmasındadır.
Qrup üzvləri arasında qarşılıqlı fəaliyyət Bu modeldə irəli sürülən konsepsiyaya uyğun olaraq fərdlər qrup qarşılıqlı fəaliyyəti prosesində fəallıq göstərirlər. Qrupun hər bir üzvü səlahiyyətlərindən hakimiyyəti idarə etmək üçün istifadə edə və onu bölüşdürə bilər. Belə ki, qrupda iş prosesi fərdin sosial fəaliyyət gücünü artırmağa yönəlik sosial təlim elementi kimi dəyərləndirilir.
Qrup işində fərdin ən zəruri ehtiyacları sırasında birgəlik durur – birgə iştirak, bir-birinin dərdinə birgə şərik olmaq və s. Belə sosial vərdişlərin inkişaf etdirilməsi insanları bir-birindən uzaqlaşdıran, depersonallaşdıran ideologiyanın hökm sürdüyü cəmiyyətlərin tələbatına çevrilir və qrup kliniki işinin məqsədi də məhz bu tələbatları yerinə yetirməkdir. Qrupun profilindən asılı olmayaraq (terapevtik, profilaktik, inkişafla bağlı qruplar) burada əsas amil insan situasiyası ilə bağlı məsələlərdə fərdlərin birgə iştirak etmək bacarığının inkişaf etdirilməsidir.
Digər tərəfdən, belə yanaşma muxtariyyat vərdişlərini inkişaf etdirir, fərdiyyətçiliyin inkişaf etdirilməsi mövqeyində dayanır. Qrupun üzvləri onun resurslarından istifadə edərək özlərinin fərdi fərqlərini gözdən keçirməklə, fərdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla, fərdiyyətçiliyin yalnız pozitiv tərəflərini deyil, eyni zamanda neqativ tərəflərini də dərk etməklə qruplararası qarşılıqlı fəaliyyət bacarıqların əldə edə bilərlər.
Qrup işində əsas məsələ fərdi və qrup ehtiyacları və tələbatları arasında dinamik tarazlığın daim qorunub saxlanmasıdır. Bununla yanaşı, qrup işçisi ayrı-ayrı fərdləri, onun ehtiyac və tələbatlarını müdafiə etməyə borcludur.
4. QRUPLA SOSİAL İŞİN NƏZƏRİ MODELİ Qrupla sosial işin inkişafının dinamikası istifadə edilən yanaşmaların çox geniş şəkildə təsnifatlaşdırılmasına imkan vermir. Qeyd etmək lazımdır ki, qrupla sosial işi ilk dəfə 60-cı illərdə C.Kleyn tərəfindən təsnifatlandırılmışdır. Onun təsnifatının əsasını öz dövrü üçün xarakterik olan qrup işlərinin real istiqamətlərinin sistemləşdirilməsi təşkil edir. C.Kleynin təsnifatı aşağıdakı şəkildədir:
Asudə vaxt qrupları:
Pappel və Rothman qrupla sosial işin təsnifatlandırılmasında başqa bir yanaşma təklif edirlər. Onların təsnifatlandırması sosial iş modelinin mahiyyət və görüntü xüsusiyyətlərinə əsaslanır. Burada əsas fərqləndirici meyar isə göstərilən xidmət növü, rolların və sosial işçinin qarşılıqlı fəaliyyətinin özünəməxsus xüsusiyyətləri, qrup işi metodunun paradiqması, müştərinin tipologiyasıdır. Belə yanaşma əsasında onlar çoxobrazlı qrup işinin aşağıdakı modellərini təyin etmişlər: sosial məqsədlər modeli, kliniki model, qarşılıqlı fəaliyyət (qarşılıqlı yardım) modeli.
Sosial məqsədlər modeli könüllü köməkçilər təcrübəsində qəbul edilmiş ənənəvi fəaliyyət paradiqmasını təmsil edir, eyni zamanda o, sosial iş təcrübəsinin inkişaf səviyyəsinə müvafiq şəkildə dəqiqləşdirilmişdir.
Kliniki model qrupla sosial işin kliniki modeli qrup işində istifadə edilən iki dominanta – vasitələr və kontekstə əsaslanır, müqavilə, müalicə planı, qrupun formalaşdırılması, qrupun inkişaf etdirilməsi, qiymətləndirmə və tamamlama kimi elementləri özündə birləşdirən müəyyən texnoloji yanaşma bu modelin səciyyəvi əlamətidir.
Qarşılıqlı fəaliyyət modeli qrup dinamikası prosesində qrup üzvləri tərəfindən göstərilən qarşılıqlı yardım elementlərindən ibarətdir.
Cədvəldə (bax: səh-460) qrup işinin öz modelləri çərçivəsində fərqləri göstərilmişdir.
5. QRUPLA SOSİAL İŞİN İSTİQAMƏTLƏRİ