Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə193/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   206
kitab tercume

Funksional qrup metodu
Funksional qrup konsultasiyası davranış terapiyasının eklektik metodlarından ibarətdir. Qrup fərdi sosial funksiya ilə bağlı problemləri olan müştərilərdən ibarətdir.
Qrup münasibətlərin tənzimlənməsi və müəyyən stereotip davranış qazanılması hesabına ayrı-ayrı fərdlərin sosial funksiyasını yaxşılaşdırmaq məqsədilə təşkil edilir. Qrup işçisi qrupun diqqətini qarşılıqlı qayğı göstərməyə, bir-birinə kömək etməyə, bir-birini qəbul etməyə və bir-birinə dəstək durmağa yönəldir. Müştəri başqa insanları təmsil etməyi, ünsiyyət qurmağı, müəyyən təsəvvürləri ifadı etmək bacarıqlarını öyrəndiyi zaman rol identifikasiyası metodundan istifadə edilir.
Bu metodda qrup fəaliyyətinin sonunda qrupun yekdillik dərəcəsini, bir-birinə kömək etməkbacarıqlarını yoxlamaq üçün “qrup sınağı” texnikasından istifadə edilir. Metod çətin tərbiyə olunan yeniyetmələrlə, ailə problemləri olan müştərilərlə, həmçinin asosial qruplarla iş prosesində istifadə edilir.
Mərkəzləşmiş qrup konsultasiyası
Bu metodun əsasını K.Rocersin mərkəzləşmiş terapiya müştərisi adlandırılan qeyri-direktiv yanaşmaları təşkil edir. Bu istiqamətə əsasən hər bir fərdin özünü aktuallaşdırmağa, şəxsi yükləlişə və fərdi inkişafa ehtiyacı vardır.
Homeostazis prinsipinə görə, qrupun hər bir üzvü qrupda qurduğu münasibətlərdən asılı olaraq öz problemlərini aktuallaşdıra bilər. Qrup münasibətlərin katalizatoru rolunda çıxış edir və şəxslərarası ünsiyyəti stimullaşdırır.
Qrup işçisi rəhbər rolunda çıxış edir, lakin o, müştərinin problemini həll etmir, situasiyaya münasibətdə onu qiymətləndirmək prinsipinə riayət edir. Müştərilər arasında əlaqə funksiyasını yerinə yetirən işçi qrup üzvərinə konstruktiv davranış nümunələri göstərir, qruplararası qarşılıqlı fəaliyyətin inkişafına müştərilərin vermiş olduqları müxtəlif tövfələrlə tanış edir, qrup diskussiyasını stimullaşdırır.
­­­­­­­­­­­­­­­­­­­­­­­
Psixoloji özünüdərk üzrə əsas qruplar
Laboratoriya metodları və T-qruplar
Laboratoriya metoduna müştərinin öz fərdi xüsusiyyətlərini öyrənməsi prosesi kimi baxıla bilər. Belə ki, burada daha effektiv “sosial fəallığı” göstərmək məqsədilə “şüurun genişləndirilməsi” həyata keçirilir, müştərilər gündəlik həyatda rastlaşdıqları problemləri nəzərdən keçirirlər. İş metodu qruplararası qarşılıqlı fəaliyyət və səlahiyyət konsepsiyalarına əsaslanır. Laboratoriyanın məqsədi təşkil edilmiş davranış vərdişlərinin və sensitiv təcrübəni inkişaf etdirmək bacarıqlarının treninqidir.
Sensitivlik treninqinə laboratoriya metodunun bir hissəsi kimi baxıla bilər, belə ki, o, birbaşa personal məsələlərlə, qismən isə qrup məsələləri ilə bağlıdır.
T-qrupuna və ya “Treninq qrup”una sensitivliyi inkişaf etdirən ayrıca qrup kimi baxılır. Qrup 10-15 nəfərdən təşkil edilir, trenerin rolu qruplararası qarşılıqlı fəaliyyət təcrübəsinin artırılmasına kömək etməkdən ibarətdir. Qruparası qarşılıqlı fəaliyyət nəticəsində meydana gələn strukturlaşdırılmamış situasiyalardan öyrədici material kimi istifadə edilir. Trenerin istifadə etdiyi metodlar rol oyunlarından, qrup təxəyyülü ilə bağlı işdən, konfrontasiyalardan və əks əlaqədən ibarət ola bilər.
Geasard Eaqon sensitiv treninqin başlıca dəyişkənlyini qeyd edərək “interpersonal qrupun müqaviləsi” adını verdiyi yeni bir model təklif etmişdir. Bu qrup ənənəvi T qruplarından fərqlənir, belə ki, onun strukturu, məqsədləri və müqavilə əsasında qrupun davranışlarını modelləşdirən lideri olur. Lider qrupun üzvüdür, açıq olmaq, özünü təhlil etmək situasiyalarında qrupun digər üzvlərinə nümunə olur.
Lorrain Gibb qrup işinin bu formasını daha da inkişaf etdirdi. Onun konsepsiyasına görə “roldan asılı olmadan” qrupa daxil olmağı bacaran şəxs lider olmalıdır. Lider ani, düşünmədən, lakin eyni zamanda da qrup üçün faydalı olan, onun iddia və tələblərinin səviyyəsini göstərən cavablar verməyi bacarmalıdır.
S qrupları
S qrupları və ya təlim qrupları səkkiz-on beş nəfərdən ibarət olur, işi məsləhətçi təşkil edir. Məsləhətçinin vəzifəsi konfrans prosesində qrupun davranışlarını təhlil etməkdir. Liderin vəzifəsi müştərini qeyri-konstruktiv davranışlardan xilas etmək, ona daha uyğun davranış modellərini göstərməkdir.
Metodun inkişaf etdirilməsi prosesində münasibətləri korrektə edən digər modellər də təklif edilmişdir.
Qarşılıqlı qrup fəaliyyəti prosesində müştərilərin real həyatda sosial fəaliyyət göstərməklərinə mane olan davranış və münasibətlərini görmələri üçün qrup prosesindən istifadə edilir. Lider və ya məsləhətçi müştərilərin düşünülmüş və ya düşünülməmiş davranış təzahürlərini təhlil edir, sonradan qarşılıqlı qrup fəaliyyəti prosesində onları korrektə edir.
Qrup işində münaqişələrin başa düşmə strategiyasının dairəsini genişləndirmək üçün psixodram elementlərindən, rol oyunlarından istifadə edilir. Terapiya qruplarından fərqli olaraq, bu qruplar uzunmüddətli olmur.
Bu qruplar qarşılıqlı fəaliyyət prosesində meydana çıxan qəzəb, aqressivlik, narahatlıq və d. bu kimi duyğulara qalib gəlməkdə iştirakçılara kömək edir.
Görüş qrupları
Görüş qrupları diqqəti fərdi inkişafa yönəldir, burada terapiya problemləri bir o qədər aktual olmur. Qrup 6-12 nəfərdən ibarət olur, iş müxtəlif fikirlərin konfrontasiyasına, toqquşmasına əsasən qurulur.
İşin texnikası sırasına açıq olmaq, anilik, əks əlaqə, bundan əlavə, sensor metodların istifadəsi daxildir. Əsas məqsəd məlmatları süzgəcdən keçirmədən və təhrif etmədən birbaşa əlaqəni təmin etməkdir. İşdə situasiyaya idraki və emosional bağlılıq məsələləri qeyd edilir ki, sonradan bu bağlılıq qrupda dəf edilir. Qrup işinin qaydaları diskussiyanın formasına məhdudiyyət qoymur, bu diskussiyalar azaddır, yalnız qrup üzvlərinə fiziki zərər toxundurulmasına icazə verilmir. Liderin taktikası təklif edilən mövzuda fəal iştirak etməyənlərlə konfrontasiyadırş
Marafon
Marafon qruplarının məqsədi müştərilərin şəxsən dəyişmələridir. Bu qrupların səciyyəvi xüsusiyyəti görüş qruplarının və ya digər qrupların ənənəvi yanaşmalarından radikal dərəcədə uzaqlaşmasındadır. Qrup fasiləsiz olaraq 24 saat işləyir, qrup liderinin rolu qrupun yaradıcı potensialını inkişaf etdirmək və gərginliyi aradan qaldırmaqdan ibarətdir.
İntensiv münasibətlər sayəsində yaranan psixoloji yaxınlıq müştəriləri açıq olmağa sövq edir, şəxsiyyətin intensiv inkişafına təsir göstərir. Bir sıra qrup qaydaları mövcuddur ki, onların sırasında konfidensiallıq “burada-və-indi” prinsipinə əsaslanan qarşılıqlı fəaliyyət, ünsiyyətin vahid məkanının qorunub-saxlanması və s. qaydaları aid etmək olar. Aparılan tədqiqatlar göstərmişdir ki, yorğunluq amili qarşılıqlı qrup fəaliyyətinə müsbət təsir göstərə bilər, qarşıya qoyulan məqsədləri aktivləşdirə bilər.
Göründüyü kimi, qrup ilə sosial işin forma və modellərinin geniş spektri var. Sosial yardım təcrübəsinə aid qrup işinin əsas vəzifələri müştərinin başqa insanlarla qarşılıqlı fəaliyyətinə kömək etmək, ünsiyyət və qarşılıqlı fəaliyyətlə bağlı problemləri həll etmək, ətraf sosial mühiti sosial cəhətdən inkişaf etdirmək və dəyişdirməkdən ibarətdir.
Qrupla sosial iş səhhətlə, sosial rifahla, asudə vaxtla, təhsillə, sosial yardımla bağlı sahələr çərçivəsində fəaliyyət göstərir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin