Sosial isçinin rolları və mikrososial mühitdə təcrübə modelləri
Sosial işçinin rolları Subyekt - sosial işçi və vətəndaşın subyekt qarşılıqlı təsiri, həm də vətəndaşın problemlərinə müdaxilənin xüsusi növlərini müəyyən edir. Mikrososial mühitin makro prosesləri “hadisə” ilə işdən fərqli təşkilati formalar vasitəsilə həlli mümkün olan xüsusi problemlər yaradır. Bu sosial işçinin roluna, qarşılıqlı təsirinə prinsipial yanaşmalara təsir edir. Beləcə sosial işçinin mikrososial mühitlə subyekt-subyekt qarşılıqlı təsirində “üz-üzə” olmaq prinsipi «struktur vasitəsilə» prinsipinlə əvəz olunur. Ona görə də dəstək təcrübəsində ən vacib yanaşmalar yardım proqramları və sosial agentliklərdir. Sosial işçinin rol qarşılıqlı təsirində dədəyişikliklər baş verir. Mikro cəmiyyətdə əsas rollar bunlardır:
Vəkil
Broker
Ekspert
Sosial istiqamət verən
Bu rolların baza konsepsiyasımikrososial mühitdə kollektiv və qruplara yardımın təşkili və təqdim edilməsinə əsaslanmışdır. Onlar icmanın inkişafının aktivləşdirilməsinə şərait yaratmalı, onun həyat və fəaliyyətinin modelini yaxşılaşdırmalıdır.
Mikrososial mühit peşəkar səlahiyyətə qarşı müəyyən tələblər irəli sürür. Onlara aiddir: sosial, psixoloji, demoqrafik, statistik məlumatlar əsasında elmi tədqiqatlar aparmağı bacarmaq; birliyin problemlərini və inkişaf vəziyyətini adekvat təsəvvür etmək üçün əldə olunmuş informasiyann düzgün təhlil etmə və interpretasiya etmə bacarığı.
Lakin operativ müdaxilə səlahiyyətə dair elə tələblər qoyur ki, onlar sosial iş çərçivəsindən kənara çıxır. O, müştərək fəaliyyətə müxtəlif peşəkarların cəlb edilməsini tələb edir. Beləliklə, hüquqşünas, həkim, psixoloq, psixoterapevtlərdən ibarət komanda və bilavasitə sosial işçilərin iştirakı ilə icmanın ayrıca qruplarında narkotik, alkoqol asılılığının aradan qaldırılmasına istiqamətlənmiş silsilə işlər yerinə yetirirlər. Bu hald ayardım multidissiplinar xarakter daşıyır, çünki hər bir işçi çalışır ki, öz bilik və bacarıqlarını ümumi prosesə sərf etsin, bundan başqa onun həm də müəyyən ictimai vəzifələri də olur.
Qriffis Reporta görə mikrososial mühitdə işin əsas prinsipvə modelləri bunlardır:
Xidmətin əlçatarlığı;
İstifadəçilərin sosial agentliklərlə fəal əməkdaşlığı
İdarələrarası iş
Yeni təşəbbüsün inkişaf etdirilməsi
Dəstək şəbəkəsinin yaradılması
Büdcəyə müdaxilə etmə metodlarına nəzarət qeyri-məzrkəzləşdirilməsi
Yanaşmaların aktivləşdirilməsi
Mikrososial mühitdə qapalı xidmət
Mobillik
Mikro cəmiyyətdə sosial işin şərti praktik modellərinə lokal inkişafı, sosial planlaşdırmanı və sosial aksiyaları aid etmək olar. Cədvəldə C. Rosman və C. Troman-ın konsepsiyasına görə mikro cəmiyyətdə sosial işin əsas modelləri göstərilmişdir.
Əsas anlayışlar
Mikrososial mühit, icma, dəstək şəbəkəsi
Referat mövzuları Sosial planlaşdırma və icmada təşkilat
Mikrosial mühitdə işin xüsusiyyətləri
Mikrorayonda sosial iş
İcma nəzəriyyəsi. Yanaşmaların müxtəlif növləri.
Özünə nəzarət üçün suallar «Mikrossosial mühit», «icma» anlayışına tərif verin
Mikrososial mühitdə işlə sosial iş arasında fərq vardırmı?
Mikrososial mühitdə işləyənin əsas sollarını sadalayın
Mikrososial mühitdə işin əsas modellərini qeyd edin.
Lokal inkişaf modeli
Sosial planlaşdırma modeli
Sosial aksiyalar modeli
Məqsəd aksiyaları
Özünəyardımın təşkili, inteqrasiya
Problemə sitiqamətlənmiş məsələlərin nəzərdən keçirilməsi
Qarşılıqlı münasibətlərin və resursların tənzimlnməsi, institutsional mübadilə
Struktur və problem şərtlərinə riayət
Anomiya,demokratik qarşılıqlı münasibətlərin, ənənələrin saxlanması
Sosial problemlər, psixi və fiziki sağlamlıq
Sosial ədalətsizlik, deprivasiya
Əsas strategiyalar
Sosialproblemlərin geniş spektri və onların həlli
Fakt yığımı və problemlərin rasional həlli
Neqativ təzahürlərə qarşı birliyin təşkil edilməsi
Fəaliyyətin taktikası və texnikaları
Konsensus:qrup diskussiyaları və maraqlı şəxslərlə birliyin qruplarının qarşılıqlı təsiri
Formal təşkilatlar və məlumatlarla manipulyasiyalar
Kütlənin təşkili və siyasi proseslərlə manipulyasiya
Konsepsiyalar və ictimai maraqlar
Rasionalizm-birləşmə
İdealizm-birləşmə
Realizm-birləşmə
Müştəri konsepsiyaları
Şəhər sakinləri
İstifadəçilər
Qurbanlar
Müştərilərin rol konsepsiyaları
Problemli proseslərin iştirakçıları
Istifadə edənlər yaxud qəbul edənlər
Qulluqçular, seçicilər
Ədəbiyyat 1.Гуслякова В.Г., Холостова Е.М. Основы теории социальной работы. М.: Институт социальной работы, 1997.
2.Основы социальной работы: Учебник / О гв. ред. П.Д. Пав- ленок. М.: ИНФРА-М, 1997.
3.Теория и методика социальной работы: В 2 ч. М: Союз, 1994.
4.Теория и методология социальной работы: Учебное пособие/ С.И. Григорьев, Л.Г. Гуслякова, В.А. Ельчанинов и др. М.: Наука, 1994.
5.Фирсов М.В., Сгуденова Е.Г. Теория социальной работы: Учеб.пособие для студ. высш. учеб. заведений. М.: ВЛА- ДОС, 2000.
6.Берилер Г., ЮнссонЛ. Теория социально-психологической работы / Пер. со швед. М.: Институт молодежи, 1992.
7.Доэл М., Шадлоу С. Практика социальной работы / Пер. с англ. Под ред. Б.Ю. Шапиро. М: Аспект Пресс, 1995.
8.Леннер-Аксельсон Б., Тюлефорс М. Психосоциальная по¬мощь населению / Пер. со швед. М.: Институт социальной работы, 1995.
9.Социальная работа / Под общ.ред. В.И. Курбатова. Ростов н/Д: Феникс, 1999; М.: ВЛАДОС, 2000.