3.Narkotikdən asılı olanlarla sosial iş Narkotik asılıları ilə iş zamanı narkoloq, psixoloq, sosial işçilərin müştərək əməyini nəzərdə tutan, eyni zamanda və paralel yerinə yerinə yetirliən multidissiplinar yanaşma tətbiq olunur.
Narkotik asılılıları ilə sosial iş bir neçə mərhələdən ibarətdir:qiymətləndirmə, müdaxilə vasitələrinin seçilməsi, seçilmiş metod üzrə müştərilə iş.
R.M.MakOliffin və M.B.MakOliffin yanaşmasına görə diaqnostika bioloji asılılığın dərəcəsini aşkar etməyə imkan verir. Bunun üçün narkotikə aludəçiliyin səviyyəsini müəyyənləşdirən aşağıda göstərilən sxemi tətbiq edirlər:
psixoloji asılılıq
perservasiya
sayrışan emosiyalar
aşağı özünüqiymətləndirmə
neqativ rigid ustanovkalar
rigid qiymətləndirmə sistemi
hallüsinasiyalar
gücsüzlük
fiziki tolerantlıq
fiziki vərdiş
yaddaş pozuntusu
Preservasiyalar- eyni davranışların, fikirlərin, düşüncələrin yerinə yetirilməsi. Perservasiya şüurda obrazlar yaranan zaman xatirənin qeyri-iradi forması kimi çıxış edir. Motor, sensor və intellektual perservasiyalar fərqləndirilir.
Hallüsinasiyalar (latın dilində-sayıqlama, ....)- psixi, bəzi infeksion xəstəliklər, intoksikasiyalar, baş beyinin zədələnməsi zamanı rastlanan, real obyekt olmadan əmələ gələn qavrayışlardır. Narkotik asılılıq mənzərəsinin aydınlaşdırılmasından sonra müştərinin vəziyyətinı müdaxilə planlaşdırılır. Hal-hazırda sosial iş praktikasında bu problemin həlli üzrə üç yanaşma formalaşıb:insayt-oriyentasiyalı yanaşmalar, davranış yanaşması, özünəyardıma əsaslanan yanaşmalar.
İnsayt - oriyentasiyalı yanaşmalar dezintoksikasiya kursunu keçən xəstəxanada qalan müştərilərə yönəlmişdir. Sosial işçinin ilkin yardımı maliyyə problemləri və gələcək yaşayış yerli ilə bağlı olur. Bu müddətdə müxtəlif yardım modellərini tətbiq etmək mümkündür. Məsələn, müştəriyə mərkəzləşdirilmiş terapiya. Bu terapiyanın növlərindən biri də Refs və Harmen tərəfindən təklif olunan dəyərlərin aydınlaşdırılması modelidir. Onun əsasını insanın dəyərlər haqda fərziyyələr irəli sürmək potensial imkanının dərki durur. Dəyərlər təcrübə ilə bağlıdır və onlar qəti, sabit deyillər. Bu da müştəriyə imkan verir ki, vəziyyətdən və imkanlardan asılı olaraq dəyərlər toplusunu seçməyə şərait yaradır. Bu da nəticə olaraq intoksikasiyanı müşayiət edən dəyər çaşqınlığını aradan qaldırır.
Davranış yanaşmaları müştərinin neqativ davranışının dəyişdirilməsinə və ya pozitiv davranışının formalaşdırılmasına əsaslanmışdır. Nümunə kimi Edvin Tomas tərəfindən təklif edilmiş sosiobiheviorist metodu qeyd etmək olar. Onun əsasında müştərinin stimullarla nəzarət-idarə edilən davranışının öyrənilməsi durur. Davranışın təsnifatı qiymətləndirilməyə əsaslanır, sosial mühitdə davranışın əsas istiqamətləri təyin edilir, davranışın dəyişikliyinə səbəb olan stimullar dəqiqləşir, nəticələr qiymətləndirilir, daha sonra müdaxilə həyata keçirilir. Özünə yardım qrupları oxşar problemləri olan insanların qarşılıqlı dəstəyi əsasında yaranır. Anonim Alkoqol asılıları qruplarının analoqları (qrup AA) üzrə Anonim Narkotik asılıları qrupları (AN qrupu) yaradılır. Bu özünəyardım qrupu ünsiyyət zamanı müştərilərin narkotik olmadan yaşamağa öyrəndikləri barədə bəhs etdiyi elə həmin 12 addım prinsipləri istifadə edilir.
4. Müştərinin fərdi xüsusiyyətləri ilə sosial iş
Qadınların diskriminasiyasıyla əlaqədar bəhs edilən non-seksist sosial iş istisna olmaqla sosial işdə kişilərlə və qadınlarla işin spesifik texnikaları haqqında danışmaq olmaz, hərçənd sosial işdə ayrı elementlər cins-rol dominantlığını (bu ailəylə sosial iş üçün tipikdir) nəzərə almağı güman edir. Ancaq sosial iş təcrübəsində müştəri, onun həyatı və həyat rolları, dəyərlər və davranışın stereotipləri haqqında yardım üçün müraciət sorğunun xarakteri və onun təqdim edilməsinin vacibliyi haqqında müəyyən biliyin olmasını ehtimal edən müştərinin fərdi probleminə bir sıra gender yanaşmaları var. Belə yanaşmalar müştərinin sosial tarixçəsilə əlaqələndirilir.
Müştərinin sosial tarixçəsi müştərinin şəxsiyyətinə və probleminə sistemli bir yanaşmadır. Bu yanaşma müştərinin fərdi inkişafının və onun probleminin sosial-iqtisadi və psixo-sosial faktorların kontekstində təsvir edilməsini nəzərdə tutur. Müştərinin subyekliyinə (fərdi, qrup, cəmiyyət) bağlı olaraq sosial tarixçənin təsvir edilməsi üçün müxtəlif sxemlər mövcuddur. Müştərinin sosial tarixçəsinin inkişafını başa düşmək üçün yanaşmalardan biri aşağıdakı sxem ola bilər.
Müştərinin fərdi sosial tarixçəsinin təsviri sxemi:
1. Müştərinin identifikasiyası
• adı, ünvanı, yaşı, doğulduğu tarix, yaşayış yeri, dini; ailə vəziyyəti, ər, arvad, uşaq, qohumluq haqqında məlumat; təhsil, iş yeri.
2. Sosial problem
• sosial həyatda,əlaqələrdə çətinliklər, sosial fəaliyyəti zəiflədən şəxslər və qruplar, müştərinin fəaliyyətinə düzəliş edənlər; çətinliklərin xarakteri, qrupun və müştərinin çətinliklərinin xarakterinin fərqi;
• müasir şikayətlərin xarakteri, vəziyyət kontekstinin təyini, vəziyyətə uyğun davranış, müştərinin sosial davranışında təsadüflər və qanunauyğunluqları;
• zamana və digər insanlara, qruplara nəzərən müştərinin probleminin təsviri, (münaqişənin başlanğıc tarixi, onun davamı, davametmə müddəti, müntəzəmliyi), səbəblər, izahatlar, tərəflərin ittihamları;
• davranışın təsviri, problemlərin müştəriyə, onun rollarna, statusuna, qruplara təsiri, funksional çətinliklərin təsviri, normadan kənara çıxma (qeyri-adekvat, arzuolunmaz, qəbuledilməz);
• müştəridə digər problemlərin olması: iqtisadi, hüquqi, tibbi.
3. Müştərinin individuallığı
Müştərinin psixo-sosial problemlərinin kontekstində Qordon Olportun təqdim etdiyi şəxsiyyətin individuallığının müəyyən edilməsi daha optimal olacaq. Çünki o müştərinin sosial tarixiçəsinin əsasında dayanan "şəxsiyyət — mühit " qarşılıqlı əlaqəsini əks etdirir. ndividuallıq dedikdə o, sosial mühitlə onun davranışını və qarşılıqlı təsiri müəyyən edən fərdin psixofizioloji sistemlərinin dinamik təşkilini dərk edirdi. Sosial iş təcrübəsi problemlərinin kontekstində individuallıq müştərinin fəaliyyətinin müxtəlif aspektlərini özünə daxil edir, o müştərinin dərk etdiyi və etdiyi problemlərinin axtarışının matrisi kimi xidmət edir. Adətən fəallığın fizioloji, intellektual, emosional, sosial növləri ayırd edilir.
■ Fiziki fəaliyyət — təhlilin əsasında zahiri şəxsiyyət proyeksiyaları, nitq, yaddaş, diqqət, düşüncə, davranış durur. Onlar müştərinin şəxsiyyətinin baza dominantları kimi norma — patologiyalara aspektlərində dərk edilməsi. Alim S.A. Budassi fiziki fəaliyyətin interpretasiyasının əsasına i bu fenomenlərin təzahür sahələrini müəyyən edib növbəti yanaşmanı təklif edir:
• ümumi əlaqə: davranış, hərəkətin stili, ünsiyyətin yönümlülüyü, nitqin xüsusiyyətləri;
• qnostisizm sahəsi: yaddaş, diqqət, düşüncə;
• emosional təzahürlər (timosfera): ümumi emosional əhval-ruhiyyə, müşahidə edilən emosional reaksiyalar;
• motivasiya yönümlü idarə etmə: ümumi istiqamətlənmə, məqsəd qəbulu imkanları.
■ İntellektual fəaliyyət — intellektual inkişaf səviyyəsidir, informativlikdir, idrak stilidir, kreativlikdir, xarakteristikalardır və ətrafındakılarların cavablarıdır, bilikdə oriyentasiyalar.
■ Emosional - ekspressiv fəaliyyət — temperament (melanxolik, sanqvinik, xolerik, fleqmatik); tipik xüsusiyyətlər: senzitivlik, utancaqlıq, paxıllıq, özünüsevərlik, dəqiqlik, rigidlik, yumor hissinin mövcudluq/yoxluğu, şizoidlik intravert/ekstravert; vicdan emosional aqressiya— sabitlik, empatiya; direktivlik, qəflətilik, muxtariyyət, təşəbbüskarlıq; dominant emosional reaksiyalar: optimizm, pessimizm, depressiya, qəzəb, həyəcanlılıq, qorxu.
Rigidlik (latın Rigidus — sərt) — psixologiyada subyekt tərəfindən nəzərdə tutulmuş vəziyyətin tələblərinə uyğun olaraq fəaliyyət proqramını dəyişdirməkdə çətinlik (tam qabiliyyətsizliyə qədər) yaşamaq.
■ Sosial fəallıq
■ İnterpersonal obrazlı reaksiyalar: qatılmaq, etibar/etibarsızlıq, tərbiyə/tərbiyəsizlik, qəbul/qəbul etməmə, simpatiya/antipatiya, narsisizm, özgələşmə,dominantlıq, nəzarət, fəallıq/passivlik, asılılıq müstəqillik.
■ Sosial status, rol konsepsiyaları, davranış nümunələri: uşaq, ər/arvad, qohum, nənəa/baba; sosial-iqtisadi status; fərdi həyati böhran dövrələri; sosial rollar: norma/sosial deviasiya; problemlərin həllində bacarıq, problemlərin həllində rollar: aktiv lider, "harmoniya yaradan", "qulluqçu", "qurban", fərdi problemli vəziyyətlər; fərdi "Mən-konsepsiya": özünüidentifikasiya, özünü qəbuletmə, özünə hörmət, şüur, sosial və şəxsi konqruentlik, normanın identifikasiyasl, konformizm, deviasiya, yanlış fikirlər, özgələşmə və s.
KONFORMIZM - şəxsiyyətin qrupun real və ya təsəvvür edilən təzyiqinə görə fikrinin asanlıqla dəyişməsi. Konformizm daha əvvəl əksəriyyətin mövqeyilə razı olmadan sonradan davranışın və ustanovkaların ona uyğun olaraq dəyişilməsi.
ÖZGƏLƏŞMƏ - M. Simana görə — cəmiyyətdə fərdin acizliyi, məna kəsb etməməsi, normların olmaması, sosial təcrid olunma və özünü kənar etməsi ilə səciyyələnən vəziyyətdir.
Sosial işçi, müştərinin sosial tarixçəsinə söykənərək qarşılıqlı təsirin növbəti əsas elementlərindən ibarət qarşılıqlı münasibətlərin strategiyasını qurur.
■ Problemin təqdim olunması
■ Problemin simptomatikası
■ Problemin tarixçəsi
■ Problemin problemin gedişatı;
■ Ailə münasibətlərinin fonunda problem;
■ təhsilin və peşənin kontekstində problem;
■ müştərinin məqsədləri;
■ vəziyyətin sosial işçi tərəfindən qiymətləndirilməsi;
■ sosial müalicənin prosesinin həyata keçirilməsi.