Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Ailə fenomeni və onunla iş təcrübəsi



Yüklə 0,73 Mb.
səhifə202/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   206
kitab tercume

6. Ailə fenomeni və onunla iş təcrübəsi
"Ailə" anlayışı fames-in latın sözündən formalaşmışdır.Mənası-aclıq deməkdir. Onun əsasında müdafiənin funksiyaları və insanın həyati ehtiyaclarının təmin olunması dayanır, o həmçinin fərdin ilkin qoruyucu mühitidir. Ancaq ailə deprivasiyaların və həyati böhranların faktoru ola bilər. Beləcə, valideynlərin arasında ailədaxili münaqişələr uşaqlarda spesifik reaksiyaya səbəb ola bilir, intiharı və intihar cəhdlərini təhrik edə bilər. Ailənin nəsillərə bölünməsi zorakılığın müxtəlif tiplərinə gətirə bilər. Xarici tədqiqatlar göstərir ki, müasir cəmiyyətdə böyüklərin aqressiyası daha da artır, öz valideynləri tərəfindən qətlə yetirilmiş uşaqların sayı seksual cinayətkarlar tərəfindən qətlə yetirilmişlərin sayından on dəfə çoxdur.
Müasir Rusiya ailəsinin tərbiyəvi imkanları ictimai-iqtisadi böhranla əlaqədar çətinləşmişdir. Sabit olmayan maddi durum, işsizliklə bağlı risklər, məişət yüklənmələrinin artması nikahdan məmnunluğun dərəcəsinə təsir edir. Əlverişsiz sosial-psixoloji iqlim uşaqlar və valideynlər arasında münasibətlərdə əks olunur, bu da onların sosiallaşmasının mürəkkəbləşməsinə gətirib çıxarır. Tədqiqatlara əsasən, valideynlərlə yaşayan yeniyetmələrin arasında yalnız 11%-i öz anasına, 8% - i atasına, 2% - i hər iki valideynə bənzəmək istəyirlər.
1990-cı illərdə ölkədə ictimai-iqtisadi həyatın dəyişiməsi valideyn himayəsindən məhrum uşaqlara yardım və dəstək sisteminin yenidən qurulmasını tələb etdi. İstehlak səviyyənin düşməsi strukturun dağıdılmasın, marqinallaşma ilə ifadə olunan ailə böhranı Rusiyada valideyn himayəsindən məhrum uşaqların artmasına imkan yaradırdı.
Təkcə Moskvada hər il 42 — 44 min ailə dağılır. Paytaxtda hər üç qeyd edilmiş nikaha iki rəsmi boşanma düşür. Hər il boşanma nəticəsində Moskvada 25-30 minə qədər uşaq valideynlərdən birindən məhrum olurlar və bu sosial problemlərin mənbəyini təşkil edir. Rusiyanın Statistika üzrə dövlət komitəsinin məlumatına görə 2000-ci ildə 897,3 min nikahda 627,7 min boşanma olurdu.
Qeyd etmək olar ki, 1990-cı illərdə valideynlərin himayəsindən məhrum və valideyni olmayan uşaqların sayının artmasının davamlı tendensiyası qeyd edildi. Beləliklə, əgər 1993-cü ildə 460,4 min insan uçotda dururdusa, 2000-ci ildə — 662,5 minə qədər artdı. internat müəssisələrində tərbiyə olunan uşaqların sayı da: 1993-cü ildə -117,5 min, 2000-ci il - 180 min uşaq olaraq artdı.
Böyüklərə və uşaqlara nəzarətsizlik regional səviyyədə artdı. Moskvadan hər il təxminən 28 min 18 yaşına çatmamış küçə uşağı və yeniyetmələr köçür.
Obyektiv ictimai-iqtisadi şərtlərdən başqa, valideynlər — uşaqlar sistemi ailə münasibətlərinin problemləriylə bağlı subyektiv şərtlər də var: valideynlərin valideyn funksiyalarını yerinə yetirmək qabiliyyətinin olmaması, yüksək dərəcədə aqressiya, uşağın problemləriylə maraqlanmamaq və dinləməyi bacarmamaq və s . ailənin inkişafının hər dövründə valideynlər və uşaqların üçün müəyyən funksiyalar tipikdir. Sosial iş təcrübəsi göstərir ki, ailə münasibətlərinin formalaşmasının müxtəlif mərhələlərində bu funksiyaları anlamama və qəbul etməmək fərdlərin sosial fəallığını çətinləşdirir. Problemlərin digər qütbü — bu valideynlərin arasında nikah-ailə münasibətləridir. Onlar həm uşaqların, həm də cütlüyün həyatını mürəkkəbləşdirən problemlər təhrik edə bilərlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin