Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Ailələr sosiallaşma prosesində gərginlik amili kimi



Yüklə 0,73 Mb.
səhifə204/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   206
kitab tercume

Ailələr sosiallaşma prosesində gərginlik amili kimi
S. Roudz konsepsiyasına əsasən, ailə, ər-arvad arasında cinsi münasibətlərin formalaşması mərhələsindən nəsillər arası qarşılıqlı dəstəyin yaranması mərhələsinə qədər inkişafının yeddi mərhələsi keçir. Ailə münasibətlərinin ən mürəkkəb mərhələsi dövründə axır, nə uşaqlar yeniyetmə yaşlarında olur. Bu dövrdə sosiallaşmanın mərkəzinin ailədən yaşıdlar qruplarına keçməsi baş verir, valideynlərlə emosional əlaqələrin zəifləməsi tendensiyaları müşahidə olunur, yeniyetmələr üçün zahiri görünüş və gənclər submədəniyyətinin davranışının formaları, atributları əhəmiyyətli rol oynamağa başlayır.
X.Remşmit hesab edir ki, valideynlərlə münaqişələrin səbəbləri arasında aşağıdakıları ayırmaq olar:
■ uşaq asılılığından "böyük" müstəqilliyə keçidin dəqiq mərhələlərinin yoxluğu;
■ uşaqlar və böyüklər arasında təcrübəs fərqi, xüsusilə böyümə dövründə;
■ uşaqlar və valideynləri arasında psixoloji (ustanovkalar və təsəvvürlər) və sosial (böyüklərin nəzarət etmə rolu) fərqlər;
■ sosial və mədəni dəyişikliklərin nəticəsi kimi yüklənmələr və gərginliklər.
Münaqişənin ən yayılmış forması —gənclərin evdən qaçmasıdır.
Yenidən qruplaşma dövründə böyük övladlar valideyn evini tərk edib öz ailələrini quranda, övladlar və valideynlər arasında münasibətlərdə yeni çətinliklər yaranır. B. Şapiro hesab edir ki, valideynlərin ailə həyatı barədə öz nöqteyi-nəzərinə əsaslanaraq, nikah partnyorunun seçimində məsləhətlər və müdaxiləsi nəsillər arasında "atalar və övladlar" münaqişələrini təhrik edir. Dominantlıq və himayə mövqeyi dialoqun inkişafına imkan yaratmır,dağıdıcı təzahürlərə aparır.
Qarşılıqlı dəstək mərhələsində münaqişələr yaranır, valideynlər — təqaüd yaşındadırlarsa övladların dəstəyi lazımdır. V.Satirə əsasən valideyn və ulu babaların nəsilinin arasında mövcud olan münaqişələr əksər hallarda ona görə baş verir ki, onların yeni rol mövqelərində ailə problemlərinin dairəsinə vahid baxışı,münasibəti formalaşmamışdır. Ailənin bütün üzvlərinin həyatına hörmət, bir-birinin uğurlarına sevinmək, çətinliklərin öhdəsindən birgə gəlmək — nəsillərarası ağır münaqişələrin öhdəsindən gəlməyin strategiyası budur. E. Eriksonun şəxsiyyətin psixoloji nəzəriyyəsi əsasında, S. Roudzun ailənin inkişafının mərhələləri, cədvəldə həyat və ailə böhranlarına uyğun olan tipik münaqişələr təqdim edilmişdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin