Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə32/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   206
kitab tercume

Stiqmatik nəzəriyyə təlim və təhsilin çatışmazlığı (defisit) problemlərinin anlaşılması və aradan qaldırılması, bu problemləri həll etmək məcburiyyətində olan prioritet sosial və peşəkar iyerarxik mənafelərdən asılılığını bildirən bir yanaşmadır. Bu nəzəriyyə, bu defisitləri təsbit edən və öz köməkliyini təklif edənlərin maraqlarına aid fərdlərin çətinlikləri ilə bağlı sualları ortaya qoyur.
Sosial iş nəzəriyyəsinin vəzifəsi müştərilərin (kliyentlərin) gündəlik həyatın normallığı, onun içindəki fəaliyyətin xüsusi strategiyaları, öyrənmə və özünü ifadə etmə şansları, mövcud pozuntular, yəni rəsmi, peşəkar, yetkin mütəxəssislərin iştirakı olmadan yalnız öz yardımı ilə aradan qaldırıla bilməyən çətinliklərlə əlaqəli həyat təcrübəsinin və həyat dünyasının problemlərini nəzərdən keçirtməkdir.
Fenomenologiya – 20 - ci əsrin əvvəllərində E. Hüsserl tərəfindən əsaslandırılmışdır və fenomenlərin ideal mahiyyətinin intuisiya və bu şüur aktlarının vasitəsilə birbaşa dərkini nəzərdə tutan subyektiv- idealist fəlsəfi istiqamətdir
Sosial iş dərkində fenomenologiyanın xüsusi rolu aşağıdakı mövqelərlə göstərilə bilər:

  • birincisi, fenomenologiya sosial iş nəzəriyyəsinin və təcrübəsinin ümumi əsaslarını müəyyənləşdirməyə kömək edir və beləliklə, sosial iş sahəsinə aid olan bu hadisələri (fenomenləri) müəyyənləşdirir.

  • ikincisi, sosial iş fenomenologiyası sosial iş nəzəriyyəsinin formalaşması üçün vacib olan sosial qayğı, yardım, təhlükə, qorunma, cəmiyyəyyət, ictimai nəzarət, uyğunlaşma, ehtiyac və s kimi sosial işin əsas anlayışlarını daha dəqiq təsvir və müəyyənləşdirilməsinə kömək etməlidir;

  • üçüncüsü, fərdi sosial iş sahələri çərçivəsində, fenomenologiya kliyent çevrəsini daha yaxşı başa düşməyə kömək edir və nəticədə təklif olunan xidmətləri daha çox hədəfləndirir.

  • dördüncüsü, klassik fenomenologiyanın metodik addımlarına əsaslanaraq, sosial iş fenomenologiyasının addımlarını, klassik metodikadan fərqləndirən cəhətlərini və nəticədə əhəmiyyətini müəyyən etmək mümkündür.

Bundan əlavə, fenomenoloji metod elmi nəzəriyyənin konseptual sahəsinin formalaşmasında əsas yanaşmaları formalaşdırmağa imkan verir:

  • görülən, sezilən və onları təyin edən ifadələri müvafiq qaydada, konseptual şəkildə ifadə etmək;

  • obyektləri kəşf etmək və öz düşüncələrini terminoloji cəhətdən konsepsiyaya uyğulaşdıraraq qeyd etmək; Üstəlik sözlər sadə dildən yarana bilərlər, onlar müxtəlif dəyişkən mənalarda çıxış edə bilərlər (birmənalı, qeyri- müəyyən). Aktual ifadə olaraq, onlar intiusiyanın məlumatlarına uyğun gəlir və müəyyən bir məna daşıyır. Bu halda onları elmi dildə qeyd etmək mümkündür;

Elmin mövcudluğu və onun dilinin inkişafı üçün zəruri olan şəraitlər aşağıdakılardı:

  • düşüncə nəticələri bilik şəklində saxlanıla bilən zaman;

  • nəticələr bəyanat sistemi formasını qəbul etdikdə və onları daha sonra fikirlərdə istifadə etmək;

  • bəyanatların artıq mühakimə olduqları üçün açıq bir qərar olmadan qəbul edilməsi və ya aktuallaşması zamanı;

  • bəyanatlar məntiqi mənada aydın olduqda, buna əsaslanaraq açıq bir qərar olmadan da aktuallaşa bilərlər;

  • əvvəllər qeydə alınan əlaqələrin indiki əlaqələrlə eyni məna ilə tətbiq olunduğunu daim yoxlamaq lazımdı.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin