Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə38/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   206
kitab tercume

DİSKRİMİNASİYA (latın sözü discrimination — fərqləndirmə sözündən yaranıb) —irqi və ya milli əlamətə, cinsi mənsubiyyətə görə vətəndaşlarının müəyyən kateqoriyasının hüquqlarının məhdudlaşdırılması və ya onlardan məhrum edilməsidir.
Sosial işçinin subyektiv dəyərlər yönümlərinə nisbətdə şəxsi keyfiyyətlər, vəziyyətlər və ya statuslar adi mənada “yaxşı” və ya “pis” ola bilmirlər. Sosial işçi üçün müştəri özü onun həyat ssenarisinin təkrarolunmazlığında əhəmiyyətlidir. Cəmiyyətdə, qruplararası və şəxslərarası qarşılıqlı münasibətlərdə normal funksiyalaşmağa mane olduğu halda müştərinin yönümü və üstün tutulmaları “yaxşı” və ya “pis” olurlar. Şəxsi dəyərlər konseptlərindən obyektiv şəkildə kənarlaşma sosial işçiyə müştəriyə ləyaqət və hörmətlə yanaşmağa şərait yaradır.
7. Müştərinin özünə yardımın inkişafına cəhd.
Sosial işçinin və müştərinin peşəkar qarşılıqlı hərəkətlərinin ən əhəmiyyətli dəyərlər yönümlərindən biri müştəri tərəfindən öz müqəddəratının müəyyən edilməsinin inkişafı ilə bağlıdır. Müştərinin dəstəyinin daimi subyekti olmamaq üçün sosial işçi maksimal cəhd göstərməlidir. Dəstəyin əsas vəzifəsi müştəriyə müstəqil şəkildə dünya, qrup, fərdlər və öz özü ilə itirilmiş əlaqə və münasibətləri bərpa etməyi öyrətməkdən ibarətdir. Sosial işçi özünün müştəriyə çətin həyat şəraitində daim söykənəcək “əsa” olmaq imkanını təqdim etməməlidir.
8. Mümkün olan frustrasiyalara baxmayaraq qəyyumluq altında olanın adından hərəkət etməyə hazırlıq.
Sosial işçi öz qəyyumluğu altında olanın adından hərəkət edərək, istənilən dövlət və qeyri-dövlət institutlarında onun maraqlarını və hüquqlarını müdafiə etmək məcburiyyətindədir. Müştərinin hüquq və maraqlarının müdafiəsi sosial işçinin hətta subyektiv hissləri məyusluqla, öz güclərinə inamsızlıqla, kənardan marağı olan tərəflərin lazımi diqqətinin olmaması ilə bağlı olduğu halda öz vəzifələrinin etik, sərişətli və peşəkar icrası əsasında həyata keçirilməlidir.
9. Sosial ədalətə, cəmiyyətin bütün üzvləri üçün iqtisadi, fiziki, intellektual rifaha can atma.
Sosial ədalətin möhkəmləndirilməsi məqsədi ilə sosial işçi cəmiyyətin bütün üzvlərinin resurslara, xidmətlərə və imkanlara əlçatmaları üçün lazımi tədbirləri həyata keçirməlidir. Peşəkar fəaliyyət ümumi firavanlığın həyata keçirilməsinə yönəlir. Yoxsulluq, aclıq, doyunca yeməmək, evsizlik, yaşayış üçün vəsaitlərin olmaması — peşəkarların islahatçı fəaliyyətinin ümumi firavanlıq və ədalət üçün institusional əsasının qoyulduğu bir vəziyyətdə sosial işin ən əhəmiyyətli problemli sahələridir.
10. Həyatda və peşəkar fəaliyyətdə yüksək şəxsi standartlara can atma.
Şəxsi həyatda sosial işçinin davranışı xidməti vəzifələrin icrasını riskə məruz qoymadığı halda hər kəsin şəxsi işidir. Sosial işçi öz peşəkar səriştəliliyinə, təqdim etdiyi xidmətlərin keyfiyyətinə cavabdehdir, o peşənin nüfuzuna görə məsuliyyət daşıyır və onun inkişafına şərait yaratmalıdır. Dəyərli fərziyyələr sosial işçinin peşəkar səlahiyyətinin əsasıdır. Dəyərlər yönümlərinin, normaların və etik prinsiplərin əsas istiqaməti McLeodun, Meyerin tədqiqatlarına əsasən peşəkarı müəyyən edən dəyərlər yanaşmalarında realizə olunur:



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin