Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə39/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   206
kitab tercume

Peşəkar dəyərlər

Qeyri-peşəkar dəyərlər

Təminat - təmin olunma

Mübarizə və inkar

Qrup məsuliyyəti

Fərdi məsuliyyət

Qarşılıqlı asılılıq

Fərdi muxtariyyət

İnnovasiya-dəyişiklik

Ənənəvilik

Fərdi ləyaqət

Məqsədlər sistemi

Mədəni determinism

Təbiətə uyğunluq

İdealların, dəyərlərin, həyat üslublarının müxtəlifliyi

Həmcinslik


Sosial işin dəyərlərinin Mezo səviyyəsi
Sosial iş normativ fəndir, o, insanların dəyərləri və sosial normaları ilə təmasdadır. Bu cəhətdən müştərilərin normalarının və dəyərlər yönümlərinin nəzərə alınması sosial işin fəlsəfi konseptləri üçün vacib şərtdir.
Cəmiyyətdə öz davranışını formalaşdıraraq, insan dəyərlər yönümlərini əsas həyat problemləri ilə eyniləşdirir. F. Klanxonun konsepsiyasına əsasən, təkrarlanan həyati problemlər onları təsnif etməyə şərait yaradır:
• insan, təbiətlə və ətraf mühitlə qarşılıqlı təsirdə olduğu zaman ya onun üzərində dominantlıq edir, ya parallel mövcud olur, yaxud onun tərəfindən kölə vəziyyətinə salınır;
• insan təbiəti xeyirxah və ya qəddar kimi, və ya xeyirin və şərin biri birinə uyğunluğunda qiymətləndirir;
• insan keçmiş və ya indiki zamanla müqaisədə gələcəyə üstünlük verir;
• insan inkişaf və bərgərar olunma ilə əlaqəli olan fəaliyyət növlərinə üstünlük verir;
• insan başqa insanlarla öz münasibətlərini birbaşa, vasitəli, fərdi qarşılıqlı asılılıq mövqelərindən qiymətləndirir. Müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə bu dəyərlər yönümləri öz fərqlərinə və prioritetlər sisteminə malik olacaqlar.
Pamfreyin təsnifatı dəyərlərin səviyyələrini fərqləndirir. Birinci səviyyəyə o, demokratiya, ədalət, bərabərlilik, tərəqqi, azadlıq, sülh, özünürealizə kimi mücərrəd dəyərləri aid edir. Dəyərlərin ikinci səviyyəsinə funksiyalaşan şəxsiyyətin dəyərləri aiddir: “yaxşı — pis” cəmiyyət, “yaxşı — pis” ailə, “nüfuzlu — nüfuzlu olmayan” iş və s. Üçüncü səviyyəni instrumental və ya əməliyyat dəyərləri təşkil edir.
İcmada funksiyalaşma prosesində insanın öz üzərinə götürdüyü öhdəliklər nöqteyi-nəzərdən, həmən insanda autentik, adaptiv, aspirasion dəyərlər mövcud ola bilər.
İnsanın qəbul etmə, differensialaşdırma və faktları və dəyərləri dərketmə qabiliyyəti A. Maslou tərəfindən düzgün funksiyalaşan insanın xüsusiyyəti kimi təsvir edilmişdi. Onun şəxsiyyətin humanist nəzəriyyəsinə uyğun olaraq, insanın bir sıra metadəyərləri (metatələbatları) və ya varlıq dəyərləri mövcuddur. Onların mücərrəd xarakterinə baxmayaraq, onlar real həyatda özünüaktuallaşdırmaya tələbatlardan asılı olaraq konkret məzmun və prioritetliyə malikdirlər.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin