YOXSULLUQ - fərdin və ya ailənin əsas tələbatlarının onların qane edilməsi üçün mövcud olan vasitələri üstələməsini xarakterizə edən vəziyyətdir. Yoxsulluq nisbidir, o, konkret dövlətdə həyatın ümumi səviyyəsindən asılıdır.
“Həmrəylik” paradiqmasının fəlsəfi əsasları yoxsulluq konseptlərini aktuallaşdırır və yeni ideyanı – insan hüquqlarının azadlığı ideyasını irəli sürür. Və burada yoxsulluq xristian konseptindən fərqli olaraq “rifah” kimi yox, ədalətsizlik, güclünün zəifin üzərində hüququnun nümayiş etdirilməsi kimi nəzərdən keçirilir.
Lakin subyektlərin belə birgə yaşayışı ilahi qüvvədə yox, azadlıq, bərabərlik, qardaşlıq prinsiplərində əsaslanan sosial quruluşun ideallarına zidd idi. Mərhəmətlik fəlsəfəsi əxlaqi hərəkətin son məqsədinin digər insanların rifahı olan altruism fəlsəfəsinə öz yerini verirdi. Yoxsulluq problemləri kontekstində tale və ədalətlilik konsepti fatalism əsaslarından yox, həyat və azadlığa fərdi hüquqların fərdə yardım və dəstəyin əsas motivləri kimi çıxış etdiyi zaman insanın təbii hüquqları mövqeyindən dərk olunurdu. İnsanın təbii hüquqları konsepsiyaları, onların əsaslandırılması və müəyyən edilməsi ilk əvvəl iqtisadi yardım və həmrəylik ideyaları ilə əlaqələndirirlər və bu da xeyriyyəçi təşkilatların fəaliyyətində öz əksini tapır. Məhz burada yardım edən insan öz fəaliyyətini impuls və ya affekt əsasında yox, ictimai rifah və sosial faydalığın rasional prinsipləri əsasında həyata keçirməyə başlayır. Ehtiyacı olan insana qayğı göstərmək özünə təkcə bacarıq və vərdişləri daxil edən fəaliyyət fəlsəfəsi ilə yox, eləcə də qarşılıqlı prinsipləri təsdiqləyən fəlsəfə ilə əlaqəli olan müəyyən tələbləri irəli sürür. Yardım edən insanın ehtiyacı olan insanla qarşılıqlı əlaqələrinin prinsipləri mənəvi və cismani mərhəmətlərin xristian kanonlarına sığa bilmirlər, çünki hətta “tale tərəfindən kənarlaşdırılmış” passiv subyekt sinfi və qrup aidiyyatının dəyərli mifləri ilə mürəkkəbləşdirilmiş aktuallaşdırılmış “Mən” anlayışına mənsubdur, öz vəziyyətini sosial hüquqlar, azadlıqlar və zəmanətlər kontekstində identifikləşdirir. Dəstək ideologiyasında hadisə situasiya ilə eyniləşdirilir, o, özündə antik insanda tale, xristianlıqda isə ilahi qüvvə ilə əlaqəli olan münasibətlərin dramatizmini əks etdirmir. Hadisə-situasiya fərdi və ya sosial determinantlılığın xarakterini əks etdirir, o permanentdir, nəticə etibarı ilə, yardım edən insan təkcə ayrı fərdin “tale”yini dərk etmək imkanını yox, həm də əzabları yüngülləşdirərək, təsdiqlənmiş həyat ssenarisini dəyişdirmək fürsətini əldə edir. Inkişaf fəlsəfəsinin konsepsiyası könüllü yardımçıların praktikasında formalaşdırılmış yardım edən insanın həmin yeni mifologiyasıdır.
Lakin yoxsulluq və onun kəskin forması kimi çıxış edən “pauperizm” yardım subyekti qismində təkcə könüllü yardımçıları yox, eləcə də dövləti çıxış etməyə şərait yaratdı. Dövlət təkcə yardım edən subyekt kimi çıxış etmək zərurəti qarşısında durmur, eləcə də kollektiv qayğı doktrinası və ehtiyacı olan insan qarşısında məsuliyyəti əsaslandırmağı bacarmalıdır. Bu cəmiyyətin inkişafı ilə tarixən şərtləndirilmiş siyasi sistem konseptlərindən çıxış edərək liberal, repressiv, sosialist, sosial-demokratik, kapitalist sistemləri özünə məxsus tərzdə sosial ədalət, qanunilik konseptlərini, insanın vətəndaş və siyasi hüquqlarını müəyyən edirlər. İnsan hüquqlarının reallaşmasının strategiyası kimi çıxış edən sosial siyasət təkcə ayrı fərdin taleyini müəyyən edən konsept kimi yox, eləcə də peşəkar kimi çıxış edən yardım edən subyektin altruistik davranışının əsası kimi çıxış edir. Peşəkar, yardım edən insanın yeni patterni kollektiv hərəkətlər və fərdi aksiyalar kontekstində öz missiyasını yerinə yetirir. Peşə dəyərləri və cəmiyyətin tələbləri yardım edən insanın altruistik davranışının yeni prinsiplərinin formalaşdığı dialektik ziddiyyətdir.
Əsrlərin qovşağında “qlobal həmrəylik” paradiqması makroekoloji yanaşma kontekstində, maddi və mənəvi ehtiyatların ədalətli ictimai paylanması və yenidən paylanması ideyaları kontekstində təsdiq olunur. Yardım edən insanın altruistik davranışının fəlsəfi əsasları bu paradiqmada üç ən vacib amillərlə müəyyən olunurlar: insanın dəyərləri, ehtiyatların ictimai yenidən paylanması etikası, peşənin dəyərləri.
Insan mütləq dəyər kimi insan birgə yaşayışı prinsiplərində bərgərar olunur. Humanistik münasibətlərin prinsipləri aktiv qeyri-zorakılıq, zorakılığın fiziki, psixoloji, iqtisadi, ideoloji, bu kimi müxtəlif formalarına əks hərəkət ilə əlaqəlidirlər. Bu prinsiplər dünya ictimaiyyətində insanın iqtisadi, sosial, mədəni hüquqları qismində aktiv sürətdə yeridilirlər. Bu prinsiplərə rəğmən insanın əməyə, əməyin ədalətli və münasib şəraitlərinə, istirahətə, asudə vaxta, sosial təminata və sosial sığortaya hüquqları var. Bu dəyərlər yönümləri ehtiyacı olan insana humanistik yanaşmanın əsasına çevrilirlər, kliyentin “vəziyyəti-taleyi”nə yanaşmalarda interaksiyaların bazis yönümlərini təyin edirlər. Yardım edən insanın professional iştirakının dərəcəsi ehtiyacı olan insanın hüquq və azadlıqlarının pozulmasının dərəcəsi, kliyentin ədalət haqqında fərdi təsəvvürləri, onun ekzistensional dəyərləri ilə müəyyən olunurlar. Məhz burada yardım və dəstəyin sosiyetal və şəxsi texnologiyalarının dəyərlər yönümlərinin əsası qoyulur.
Ictimai yenidən paylanmanın etikası cəmiyyətin üzvünün aşağı enə bilməyəcəyi minimal yaşayış səviyyəsinin təmin olunması haqda təsəvvürlərlə əlaqələndirilir. Bu yanaşmaların məntiqində həyatın yuxarı səviyyəsi haqda təsəvvürlər formalaşır. Belə konseptlərin bir birinə qarşı qoyulmasında eqalitar yenidən paylanmanın etik prinsipləri yaranır. Əgər cəmiyyət humanizm və ədalətliliyə can atırsa, onda cəmiyyətin rifahı təkcə öz tələbatlarının yox, eləcə də sosial cəhətdən əzilmiş qrupların tələbatlarının həllinə aid altruistik hərəkətlər tələb edir. Belə halda sosial dəstək müəssisələrinin sistemi təkcə cəmiyyətin mənəvi imperativlərinin əşyalı təcəssüm etdirilməsi deyil, eləcə də ictimai nemət və ehtiyatların yenidən paylanmasının müəyyən dərəcəsidir. Sosial təminat sisteminin inkişaf etdirilməsi və inkişaf etdirilməməsi vətəndaş cəmiyyətinin humanizminin göstəricisidir – bölgünün ədalətliliyinin göstəricisidir. Sosial işçilər sosial dəstək institutlarında öz fəaliyyətini həyata keçirərək ehtiyacı olanlara sosial funksiyalaşması istiqamətində yardım göstərirlər. Onlar cəmiyyətin həyat fəaliyyətinin etik normalarının reallaşmasında onun dəyərlər normaları və yönümlərini realizə edərək vasitəli şəkildə iştirak edirlər.
Yardım edən insan üçün peşə professional davranışın müəyyən standartlarını irəli sürür. O, ictimai münasibətlər sistemində yardım edən subyektin rolunu və yerini nəzərə alan professional submədəniyyətin dəyərlərinin və ideallarının qəbul edilməsində əsaslanıb. O, bu münasibətlərin humanistləşməsində onun missiyasını müəyyən edir, fərdi qarşılıqlı hərəkətin dəyərlər prinsiplərini əsaslandırır.
Beləliklə, “sosial iş” peşəsinin altruistik əsasları resiprokasiya (qarşılıqlı yardım) redistribusiyaya (ədalətli bölgüyə) ictimai tələbatın təcəssüm etdirilməsi kimi çıxış edən bu peşənin inkişafının sosiogenetik amilləri ilə əlaqəlidir. Yardım edən insan təkcə ictimai tələbat və zərurət deyil, eləcə də mədəniyyət və sivilizasiyanın inkişafının müəyyən amilidir. Belə halda onların dəyərlər əsasları professional fəaliyyətin təzimləyicisi kimi çıxış edirlər, onun insana altruistik marağını müəyyən edirlər, yardım edən insanı rifahın, şəxsi və ictimai firavanlığın reallaşmasına sövq edirlər.