Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə52/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   206
kitab tercume

Sənaye- iqtisadi inkişaf modeli
Sənaye - iqtisadi inkişaf modeli Xandmayden tərəfindən təsvir olunmuşdur. Bu modeldə sosial rifah institutlarının iqtisadiyyata əlavə kimi çıxış edildiyi ehtimal olunub. Buradan belə nəticə əldə etmək olurdu ki, sosial ehtiyaclar ancaq əmək motivasiyası, mükafatlandırılma ilə əldə olunan məhsuldar fəaliyyət, korporativ məsuliyyət, cəmiyyətin zəhmətkeş nümayəndələrinin əmək və icraçı intizamı, eləcə də qrupların və siniflərin həyata keçirilən sosial siyasətə loyallığı əsasında təmin oluna bilər.
Sənaye - iqtisadi inkişaf modeli daha parlaq şəkildə Yaponiyada təqdim olunan sosial zəmanətlər sistemi ilə təmsil olunub. Yapon modelinin əsasında aşağıdakı prinsiplər durur: muzdla ömürlük işə götürülmə, vəzifəyə görə əmək haqqı, firmalara aid olan həmkarlar ittifaqları. Korporativ paternalizm daimi iş yerinə zəmanət verir, əməyə verilən töhfəyə yox, yaş həddinə əsaslanaraq əmək haqqının yenidən paylanılmasına şərait yaradır. Sosial müdafiə sistemi özündə sosial yardımı, sosial sığortanı, sağlamlığın qorunmasını və ahıllara qulluğu birləşdirir. Sosial təminata olan xərclərin maliyyələşdirilməsi sahibkarların və zəhmətkeşlərin sığorta ödəmələrinin hesabına həyata keçirilir, lakin pensiya sığortasında xərclərin üçdə bir hissəsini ödəyən dövlət də iştirak edir.
Dövlət iştirakının və özəl təşkilatların maliyyələşdirmə modelləri və sosial siyasətin bu və ya digər modellərinin təşkilinin nisbətini xarici tədqiqatlara əsaslanan cədvəl bariz şəkildə əks etdirir.




Model 1

Model 2

Model 3

Anlayış

Qalıq

Sənaye - iqtisadi inkişaf

Dövlət yenidən paylanılma

Siyasi məzmun



Konservativ



Liberal



Sosialist



Elmi adı

Paternalist

Korporativist

Etatist

Əsas subyekt



Ailə, fərdi sığorta



Sahibkarlar



Dövlət



Təşkilatçı prinsip

Qalıq

Qarışıq

Ümumi

Yardım meyarları

Yaşamaq üçün vasitələrin nəzərə alınmasının əsasında

Məşğulluq

Vətəndaşlıq

Maliyyə məsuliyyəti

Dövlət

Sahibkarlar və dövlət

Dövlət

Kompensasiyaların səviyyəsi

Aşağı

Orta

Yüksək

Əmək bazarında münasibətlər

İctimai ödənilməyən işlər

Məşğul olan və məşğul olmayanlara bölünmə

Ortalama

Məqsəd

Yoxsulluqda bərabərlik

Gəlirlərin itkisi

Gəlirlərin yenidən paylanılması

Variantlar

Məqsədli istiqamətlənmə

Gəlirlərin mühafizəsi







  1. Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin