Araşdırılan əsas məsələlər:
- Müasir sosial işin nəzəriyyəsinə Rusiya yanaşmaları.
- Sosial işin nəzəriyyəsi və sosial pedaqogikanın nəzəriyyəsinin nisbəti problemi
- Sosial işin nəzəriyyəsinə beynəlxalq yanaşmalar.
- Sosial işin nəzəriyyəsinin inkişafı istiqamətləri
- Sosial iş təcrübəsi problemləri.
1. Müasir sosial işin nəzəriyyəsinə Rusiya yanaşmaları
Sosial işin yerli nəzəriyyələrinin formalaşmasının yeni mərhələsi 1990-cı illərin əvvəllərində başlayır. Sosial işin fəaliyyət təcrübəsinin yoxluğunda onun formalaşması bu profilin mütəxəssislərinin hazırlığı sahəsində təhsilin inkişafı ilə bağlıdır. Predmet sahəsini isə ümumnəzəri fənlər və xüsusi halda "Sosial işin nəzəriyyəsi" müəyyən edirdi.
NƏZƏRİYYƏ — biliyin bu və ya digər sahəsində əsas ideyalar sistemidir.
SOSİAL İŞİN NƏZƏRİYYƏSİ — xüsusi predmet obyektlərini, sosial yardım prosesi olan sosial işin xüsusiyyətlərini, ictimai şüurun formalarını, peşəkar fəaliyyətin növlərini predmet dilinin ixtisaslaşdırılmış vasitələri ilə ifadə edən biliklər sistemidir.
|
Bu dövrdə sosial işin nəzəriyyəsinin inkişafında iki əsas istiqamət formalaşır. Birinci dövr sosial işin qanunauyğunluqlarının və biliyin müstəqil sahəsi kimi onu müəyyən edən spesifikasının axtarışını həyata keçirilməsi dövrüdür. İkinci istiqamət biliyin sərbəst sahəsi kimi sosial işi müəyyən etmirdi. Çünki hesab olunurdu ki, sosial iş təcrübəsinin nəzəriyyəsi sosial pedaqogikanın nəzəri istiqamətidir.
Nəzəriyyələrin birinci istiqamətini həll edilən məsələlərin və reallaşdırılan nəzəri prosedurların xarakterinə görə empirik-deduktiv nəzəriyyələrə aid etmək olar. Bu səviyyənin nəzəriyyələri üçün səciyyəvi iyerarxiya - öz komponentlərinin tabeliyidir; burada fikirlər əlavə məlumatı tələb etmir, izahatın proseduru aksiomatik iddialar üzərində qurulur. Sosial işin fenomenləri ilə əlaqədar ümumi prinsiplərin və yanaşmaların formalaşmasına belə nəzəriyyələrin istiqamətlənməsi, onların predmet sahəsinin tipik əlaqələrinin üzə çıxardılması zəruridir.
Bu istiqamətin nəzəriyyələri üçün səciyyəvi cəhət sosial iş nəzəriyyəsində predmet-obyekt əlaqələrinin təyininə cəhddir. Belə ki, " Sosial işin nəzəriyyəsi və metodikası" dərsliyinin müəllifləri bilik sahəsi olan sosial işin predmet sahəsini ayıraraq, hesab edirlər ki, "sosial iş konkret sosial proseslərin fəaliyyəti, inkişaf qanunauyğunluqları və prinsipləri haqqında elmdir. Burada sosial proseslərdə psixoloji-pedaqoji və idarəçilik amillərinin təsiri altında şəxsiyyətin vətəndaş hüquq və azadlıqlarının müdafiəsi dinamikası təhlil olunur".
Dostları ilə paylaş: |