Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə74/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   206
kitab tercume

Tədqiqatın üçüncü istiqamətində problem sahələrinin təsviri əsasında struktur elementlər vasitələri ilə nəzəri reallığa yanaşmalardan istifadə edilir. Sosial iş nəzəriyyəsi biliklərinin müəyyənləşdirildiyi yerlərdə ekspert qərarına əsaslanır. Bu zaman empirik matrisin yaradılması barədə danışa bilərik.
Burada Avropa və xüsusilə Şərqi Avropa yanaşmalarına aid tədiqatlar var.L. Nigren, sosial iş nəzəriyyəsinin müxtəlif səviyyələrdə bilikləri əks etdirən fərqli profillərin xüsusiyyətlər sisteminə əsaslanan bir kartoqrafiya metodu təklif edir.O, aşağıdakı bilik səviyyələrini fərqləndirir:
- bu nəzəri biliklərdən kənara çıxan meta-məlumat;
- bu nəzəriyyə çərçivəsində nəzəri konseptual struktur biliklər;
- nəzəri konseptual strukturlara aid bilikləri əsaslandıran tətbiqi tədqiqatların bilikləri;
- praktiki biliyin tanıması.
Alman tədqiqatçıları, o cümlədən H.Latke tərəfindən sosial iş nəzəriyyəsinin bilik matrisinin yaradılması təklif olunur. Bir tərəfdən, axtarış anlayışını genişləndirəcək bir istiqamətdə konseptual sxem təklif olunur, digər tərəfdən, araşdırma istiqamətləri sərhədləri göstərilir. Araşdırmanın 20 maddə və sahə arasında aşağıdakıları müzakirə edək:
- sosial işin predmeti;
- sosial işin ümumi və xüsusi hədəfləri;
- vəzifələr və iş sahələri;
- mövcud olan və yaradılmalı olan müəssisələr;
- müştərilərə yardım vasitələri;
- şəxsiyyət, tip və bütovlükdə insan kimi yardım alanlar.
Tədqiqatın xüsusi məsələsi səbəblər və profilaktika haqqında təlimlər daxil olmaqla müştəri tipologiyasının inkişafı və s.
Sosial işin Kanada tədqiqatçıları tərəfindən sosial iş metodlarının təsnifatı, holonom və sinergetik yanaşmalar əsasında məlumatların vahid nəzəriyyəyə gətirilməsi təklif edilmişdir.
Bu yanaşmalar əsasında elmin hansısa universal matrisi durur. Bu matris vahid prinsiplərə və maddi dünyanın hadisəsinin qanunlarına əsasən dünyanı əks etdirir. İnsanın və cəmiyyətin dünyası. Sistemlər nəzəriyyəsi, proseslər nəzəriyyəsi, sinerqetika prinsipləri elmin yeni paradiqmasının yaradılmasına yönəldilmişdir. Burada biliyi təbii-elmi və humanitar sahələrə bölən Kartezian-Nyuton yaanaşması yoxdur.
R. Ramzey və Kanadadan olan digər alimlər qrupu Fullerın sinergetik konsepsiyası əsasında sosial işin yeni prinsiplərini təyin etməyə çalışırdı.
Fuller sinergiya dedikdə bu sistemdə dərk edilə biləcək kəmiyyət və keyfiyyət əlaqələrin ümumi əhatəsini nəzərdə tuturdu. Onun konsepsiyası əsasında belə bir təsəvvür durur: təbiətdə ən səmərəli bir koordinatlar sistemi mövcuddur. Bu da istənilən fenomenoloji sıranın bütün sistemləri üçün tipikdir: minimal struktur, prinsiplər və qanunauyğunluqlar. Onun fikrincə , belə sistem tetraedr olmalıdır.
Sosial işin əsas ideyası aşağıdakı qanunauyğunluqla təsəvvür edilmişdir: o, müəyyən məntiqdə açılır və həm təbiət, həm də cəmiyyət kimi bütün sistemlər üçün tipikdir. Əgər onu təşkil edən bəzi hissələrin davranışını biliriksə, onda başqa hissələrin mövcudluğunu açmaq və onların davranışını qabaqcadan təyin etmək mümkündür.
Təsirə və qarşılıqlı təsirə bu metodoloji yanaşma hər şeydən əvvəl sosial iş üçün "şəxsiyyət-mühit" və "mühit- şəxsiyyət" kimi onun əsas prinsiplərindən çəkilməyə və "mən və başqaları" yeni işçi yanaşma kimi prinsipi seçmək imkan verir.
Fullerin nəzəriyyəsinə əsasən belə istiqmətlənmə bir əlaqədə və ya dominantda fikrini toplamaq yox (çünki bu təbii obyektiv sistemlərə zidd olur), bu ən azı nəzərə alınan altı dominantda fenomenoloji sıranın konsepsiyalarının anlaması və izahat sisteminin qurulması vaxtı lazımdır.
Sosial işçinin və müştərinin qarşılıqlı əlaqəsinin sistemi kimi tetraedr bu halda yardım prosesinin təsviri modelinə çevrilir. Bununla bağlı sosial iş dünya ilə insanın əlaqələrini qaydaya salmağa imkan verən aralıq vasitəçi rolunda çıxış edir. Bu zaman nə şəxsiyyətə, nə mühitə üstünlük verilmir. Əvvəllər isə sosial işdə nəzəri yanaşmalarda bu müşahidə olunurdu.
Digər tərəfdən, bu prinsiplər müxtəlif səviyyələrdə sosial işin qlobal modellərini qurmağa imkan verir: siyasi, coğrafi, ictimai, mənəvi və s. bununla da qlobal kontekstdə sosial iş və onun ayrı-ayrı hissələri üçün dəyişən əsas olan modelini hazırlamaq olar.
Problemli sahələrin matrisi əsasında sosial iş nəzəriyyəsinin qurulması problemlərinə Rusiyada çox tədqiqatçılar, məsələn, "Sosial işin nəzəriyyəsi və metodikası" dərsliyinin müəllifl olan A.M. Panov, öz münasibətini bildirmişlər.
Biz, L.S. Vıqotskinin metodoloji yanaşmalarına əsaslanaraq, sosial işin çoxsəviyyəli nəzəriyyəsinin qurulmasına yanaşmanı təklif edirik. Vıqotski, psixologiyada baş verən böhranının mahiyyəti üzərində düşünərək, bu barədə yazırdı ki, "nəzəriyyəni tapmaq lazımdır ki, bunun əsasında psixikanı dərk etmək olsun. Amma bu heç də nə psixi məsələlərin həlli, nə də düsturla yekunlaşdırılan elmi həqiqətin nəticəsi deyil".
Buradan sosial işin tədqiqinin elə modelini tapmaq lazımdır ki, buna tam ölçüdə insan birliklərində, çətin həyat vəziyyətində onun dəstəklənməsi, müdafiəsi və ona yardım ilə bağlı bütün nəzəri müxtəlifliyini yerləşdirmək olsun.
Sosial iş nəzəriyyəsinin konseptual sxemi bir sıra səviyyələrə malik ola bilər: meta-, makro-, mezo- və mikrosəviyyə. Bunlardan hər biri öz məqsədli vəzifələrinə malik ola bilər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin