Ailənin rolu. Psixi xəstəliyin yaranması və müalicəsində ailənin rolu müxtəlif nəzəri modellərdə birmənalı şəkildə əks olunmur. Məsələn, bioloji model əqli çatışmazlığa aid xəstəliyin vərəsəlik yolu ilə yaranması faktoruna əsaslanırsa, psixoloji model valideynlərdən birində təsadüfən yaranan patoqenetik pozulmalarla yaranmaya söykənir. Lakin ailə tədqiqatçıları ailəyə balanslaşdırılmış sistem formasında yanaşır və ailədə bir nəfərin yox, bütöv şəkildə ailə üzvlərinin xəstəlik simptomlarının patalogiyası kimi baxırlar. Onlar belə qərara gəliblər ki, ailənin bütün üzvləri müayinəyə, yaxud ehtiyac olarsa, müalicəyə cəlb edilməlidir, çünki ailənin pozitiv münasibətlərinin yaranması və davranışı xəstəliyin effekli müalicəsi ilə bilavasitə bağlıdır. Belə halda ailənin psixi xəstə olan üzvü ilə uyumlu davranışıın yollarını öyrənməklə ona necə kömək etmək lazım olduğunu müəyyənləşdirmək mümkündür; belə ailələrin praktiki vərdişlərə yiyələnməsi üçün treninqlər keçirilməlidir; profil üzrə müəyyən biliklərin əldə edilməsinə böyük diqqət ayrılmalıdır. Bu da ailədə hökm sürən gərginliyin aradan qaldırılmasında, özünə,öz iradəsinə inam hissinin yaradılmasında, ailə üzvlərinin xəstəliyin mahiyyəti ilə bağlı biliklər əldə etmələri üçün mümkün konstruktiv addımlar atılmasında çox mühüm əhəmiyyət kəsb edə bilər.
Sosial psixiatriya. Son vaxtlar bir çox dünya ölkələrində psixiatriyanın yeni bir sahəsi-sosial psixiatriya inkişaf etməkdədir. Bu sahə həm sosial, həm də sosial yardım kimi müəyyənləşir. O, ruhi xəstələrlə iş üzrə istiqamətləndirilmiş peşəkar elmi əsaslara söykənir. Digər tərəfdən də sosial metod və anlayışlara əsaslanan sosial yardım kimi təzahür edir.
Sosial-psixiatrik yardım ümumi sosial situasiya ilə müəyyənləşir və ruhi xəstəliyə tutulmuş şəxs sosial yardım şəbəkəsi ilə əlaqələndirilir. Bir çox ölkələrdə, məsələn, Şimali Avropada bu,nəhəng müalicə mərkəzləri ilə yerli tibb məntəqələrinin birgə işidir. Burada psixiatrik yardım sosial əsaslarla həyata keçirilir.
Mövzunun əsas anlayışları: Antiterapevtik iqlim, əlilləşmə, ilkin yanaşma, reabilitasiya prosesi, reinteqrasiya, sosial psixiatriya, səhiyyədə sosial yardım, psixiatriyada sosial yardım,sosiodram, əmək terapevti.
Əhalinin psixoloji və davranış pozulmalari ilə bağlı xəstəlikləri