3.Sosial iş penitensiar sistemdə spesifik fəaliyyət kimi Sosial işə müstəqil fəaliyyət kimi baxmaq lazımdır və o, məhkumların səhvlərini düzəltməsi və tərbiyə olunması ilə deyil, prosesin uğurlu inkişafı üçün fəaliyyət göstərir. Aşağıdakı cədvəldə bu istiqamətlərin əsas müddəaları göstərilmişdir:
əməkdaşlıq, klient-mütəxəssis münasibətləri , arabirklient-pateral (din xadimi yanında günahını təmizləmə)münasibətlər
Ölkəmizdə hal-hazırda penitensiar sistemin repressiv cəza formasından mühafizə-müdafiə konsepsiyasına keçid mərhələsinə başlanmışdır. Lakin islahetmə sistemi mərkəzində həbsxananın əsrlər boyu davam edən normativlərdən uzaqlaşmağa başladığı bir vaxtda real gerçəklikləri də diqqətdə saxlamalıdır:
1.Həbsxanalar heç vaxt cinayərkarlığı aradan qaldırmamış və cəmiyyətin ciddi mühafizəsini təşkil etməmişdir;
2.Həbsxana cəzalandırma vasitəsidir;
3.Həbsxana özlüyündə baha başa gələn vasitədiir və orada daha çox cəzaya layiq olanlar yerləşdirilmişdir;
4.Həbsxana kontingenti daha çox olan ərazidə yerləşməlidir;
5.Həbsxanadakı təhlükəsizlik real tələbə uyğun şəkildə olmalıdır;
6.Həbsxananın ərazisi sərbəst hərəkət üçün məhdüdlaşdırılmalıdır;
7.Həbsxanada məhbusların ehtiyacları həcmində xidmət növləri olmalıdır;
8.Fəaliyyət proqramı və resurslardan istifadə cinayətkarlığın kökünün kəsilməsinə vəonun profilaktikasina yönəlməlidir;
9.Məhkəmə yaradıcılığı yalnız ətrafdakılar üçün təhlükəyə çevrilən şəxslər üzərində qurulmalıdır;
10.Cinayət yerli şərtlər əsasında yaranır və ona qarşı mübarizə də yerli imkanlar vasitəsi ilə aparılır;
11.Azadlıqdan məhrum etməyə alternativ olan cəzalandırma formaları axtarılmalı, təcrübədən keçirilməli və tətbiq olumalıdır;
12.Bütölükdə proqramın effektiv nəticələr verməsi üçün geniş tədqiqat işləri aparılmalıdır.İslah sisteminin inkişaf perspektivləri ilə bağlı sosial işçilərə cinayətkarlarla müxtəlif mərhələlərdə iş aparmaq üçün geniş fəaliyyət meydanı açılmışdır. Onların öhtəsinə cinayət mühakimələri və problemlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, cəmiyyətinməhkumun müəyyən kateqoriyaya məxsus vətəndaş olması ilə bağlı fikirlərində dəyişiklik etmək, stimullaşdırıcı fəaliyyət göstərmək kimi mühüm vəzifələr düşür.
Cinayət prosesi zamanı sosial işçi cinayətkarın və zərərçəkmişin dindirilməsində iştirak edə bilər.