Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə139/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   206
kitab tercume

Aqressiyabaşqa varlığa və ya obyektə mənəvi, fiziki və ya digər hər hansı bir zərərin (tam məhv etməyə qədər) yetirilməsinə hədəflənmiş hərəkət və ya davranışdır. Psixologiyada aqressiya belə izah edilir:
ya insanın xislətinə məxsus aqressiyanın nəticəsi kimi;
ya frustrasiyanın nəticəsi kimi;
ya təhsil prosesinin məhsulu kimi;
və ya kifayət etməyən və ya uğursuz sosiallaşmanın nəticəsi kimi.

Cəmiyyətdə kişilərə aid edilən qadağalar və məhdudiyyətlər, nikah-ailə münasibətlərində psixososial problemlər depressiyanın, psixosomatik pozuntuların müxtəlif formalarına səbəb ola bilər, alkoqollu içkilərin sistematik istifadəsini təhrik edə bilər ki, bu da öz növbəsində kişinin cinsi həyatında əks olunmaya bilməz.


Aqressiya
Aqressiya müxtəlif ölkələrin tədqiqatçıları tərəfindən kişi sosiallaşmasından irəli gələn bir fenomen kimi nəzərdən keçirilir. Karyera üzrə yüksəliş, peşəkar bacarıqlar kişlər tərəfindən müəyyən aqrssiv hərəkətlər tələb edir. Aqressiya kişilərin sosial və maddi mükafat əldə etmək üçün əl atdıqları alətdir (R.Beron, D. Riçardson). Bu cəhətdən kişi aqressiyası:
• nailiyyət əldə etmək vasitəsidir;
• gözlənilməz vəziyyətli mühitdə sosial özünümüəyyənetmədə "birmənalılığı" yenidən qurmaq cəhdi;
• eksternallaşdırma vasitəsi;
• sosial münasibətlər və problemli sosial yüklənmə ilə bağlı artmış tələblərə reaksiya;
• sosial təcrid və zəif əlaqələrin səbəbi olaraq strateji davranış.
Amma aqressivlik bir çox hallarda ailə-nikah münasibətləri sahəsində, uşaqların tərbiyəsi prosesində görünür bu yalnız obyetkə yox, həm də aqressiyanın subyektlərinə psixikanı zədələyən təsir edir.
İntiharlar
Rusiyada sosial hadisə kimi intihar haqqında ilk dəfə XIX əsrin başlanğıcında elmlər akademiyasının iclasında danışmağa başladılar. Akademik K. German 1819-1820 illərdə Rusiyada intiharlar haqqında məruzə etdi. Praktiki olaraq bu bir çox illər ərzində E. Dyurkheymin məşhur "İntihar" tədqiqatını üstələyən, o silsilədən olan birinci işi idi.
E. Dyurkheym, intihar davranışının səbəblərini müəyyən edərək, kişilərin və qadınların arasında müxtəlif intihar fəallığını qeyd dedirdi. O yazırdı: "Əslində biz bilirik ki, intiharlar qadınlar arasında nadir hallarda rast gəlinirlər və bu hallar kişilər arasında intiharların sayının yalnız kiçik hissəsidir". O, belə nəticəyə gəlir ki, sosial amillər intihar davranışının əsas determinantıdır.
Əgər XX əsrin Rusiya və dünya statistikasına baxasaq, görərik ki, E. Dyürkheymin qeydləri öz aktuallığını itirməmişdir. Tədqiqatlar belə göstərir ki, kişilərin ölüm faizinin dinamikası qadınların ölüm faizindən əhəmiyyətli dərəcədə yüksəkdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin