Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə151/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   206
kitab tercume

Sosiopsixofiziki model
Sosial-elmi, psixoloji, psixo-fizioloji və fizioloji tədqiqatların və sağlamlıq, xəstəlik anlayışının ayrı aspektlərinin qarşılıqlı əlaqəsi inteqrativ nəzəriyyənin yaradılması ehtiyacını aktual etdi. Orta inteqrativ səviyyədə verilən şərtlərə və təsirlərə əsaslanaraq empirik təcrübəni formal modelə sistemləşdirmək cəhdləri olur. Kagan Levi, məsələn, sosial və psixi şərtlənmiş orqanik xəstəliklər üçün ümumi amillər və proseslər modelini təqdim edirlər. Epidemioloji yanaşmalarda təqdim edildiyi kimi başlanğıc nöqtə xəstəliklərin sosial amillərlə şərtlənməsidir. Bu psixososial meyil fərdi strukturlaşdırılmış psixobioloji reaksiyalarla birləşir. Bu vəziyyət müəyyən şərtlərdə psixi və fizioloji mexanizmləri aktivləşdirə bilər. Bu halda stressin psixoloji və fizioloji tədqiqinin gedişatında araşdırılanlar nəzərdə tutulurlar. Müəyyən ilkin şərtlər olduğu halda xəstəliklərin yaranmasından öncəki mərhələ və ya fiziki funksional dəyişikliklər başalaya bilər, orqanik xəstəliklər inkişaf edə bilərlər. Psixofizioloji mexanizmlər, xəstəliklərin yaranmasından öncəki mərhələ və bilavasitə xəstəliyin özü psixobioloji reaksiyalar və psixososial şərtlərlə daimi əks əlaqədədir.
Əlillik problemləri kontekstində ictimai səhiyyə
"Əlillik" — sağlamlıq amili əsasında imkanları məhdud insanların diskriminasiyasının ictimai konseptidir. Bu onun əmək bazarında özünü reallaşdırmasında və şəxsən özünü reallaşdırmasında cəmiyyətin, mədəniyyətin sərvətlərindən istifadəsində insan hüquqlarının məhdudlaşdırılmasıdır. Ümumdünya Səhiyyə Təşkilatı İnsanın imkanlarının məhdudlaşdırılmasına yanaşmaları ayırır:
■ çatışmazlıq — istənilən psixoloji, və ya fizioloji, və ya anatomik struktur və ya funksiya itkisi və ya anomaliyasıdır.
■ məhdud imkanlar- hər hansı bir işi yerinə yetirmək və yaxud insan üçün norma hesab edilən çərçivədə yerinə yetirməkdə hər növ məhdudiyyət yaxud bu qabiliyyətin itirilməsi.
■ əmək qabiliyyətinin olmaması (əlillik)-konkret insanın normativ rolu yerinə yetirməsinə mane olan (yaş, cins, sosio-mədəni amillər) çatışmazlığın və məhdud imkanların nəticəsi.
Sosial işdə məhdud imkanlar probleminə yanaşmalarda iki model mövcuddur: tibbi və sosial.
Tibbi model məhrumiyyətləri olan insanı ətraf mühitə uyğunlaşmalı olan subyekt kimi görür. Ona görə o reabilitasiya prosesinə məruz qalmalıdır, yəni. cəmiyyətdə mövcud olan normalara uyğunlaşmalıdır. Tibbi model ideologiyası başqa qruplarla imkanları məhdud insanları ayırır, peşəkarların və könüllü köməkçilərin dəstəyindən kənar bu insanlar qrupunun sərbəst mövcudluğunun qeyri-mümkünlüyü haqqında ictimai stereotipləri formalaşdırır, qanunvericiliyə və sosial xidmətə təsir edir.
Sosial model və ya interaktiv model — onun konsepsiyası imkanları məhdud insanlara aiddir. Bu yanaşmaya əsasən sosial təşkilin arxitekturası ehtimal edir ki, ictimai inteqrasiya tipik insanların şərtlərilə yox, imkanları məhdud insanların şərtləri əsasında həyata keçirilməlidir. Belə ustanovkalardan çıxış edərək yalnız insanların özü dəyişməyəcək, həm də köhnəlmiş qaydalara uyğunlaşmış o cəmiyyətdə də dəyişikliklər baş verəcək.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin