Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə157/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   206
kitab tercume

PASSİONARİLƏR enerjisi fövqəlartıq olan çox aktiv fərdlərdir. Həm enerji hesabına bu şəxslər həddən artıq gərginliyə dözümlüdürlər. Fövqəlgərginli kəhəmiyyət kəsb edən hədəfə nail olmaq üçün lazım olan və əhatə edən mühitinin yafərdin özünün dəyişilməsinə aparan fərdin bütün güclərinin uzun müddətli ekstremal gərginliyi kimi müəyyən edilir. Passionarilər üçün tipik xüsusiyyət odurki, onlar "onların mühitinin dəyişilməsinə aparan fəaliyyəti aparmaya bilmirlər vəbunu yetinə yetirirlər. Bu dəyişiklik eyni dərəcədə təbii mühitə və icmalardaxilində münasibətlərə, yəni etnoslara da aiddir". Passionariləri həm də əhatə edən dünyanı öz baxışları və təsəvvürlərinə uyğun olaraq dəyişdirmək bacarığı olan insanlar kimi müəyyən etmək olar.

Şəxsi yetkinlik öz fərdi xüsusiyyətlərini, status və yaş imkanlarını, şəxsi iddiaları və cəmiyyətin onu əhatə edənlərin tələbləri ilə müqayisə etmək, birləşdirmək bacarığında əks olunur. Şəxsi yetkinlik müxtəlif vəziyyətlərə və ünsiyyət tiplərinə uyğunlaşmaq qabiliyyəti inkişaf etmiş sosial yetkinliyi ehtimal edir. Buna görə sosial təsirlərin bütün spektrini daxil edən sosial işçinin şəxsiyyətinin formalaşması, həmçinin insanın formalaşması prosesində, peşəkar tərbiyə belə əhəmiyyətli rolu oynayır.


Geniş mənada peşəkar tərbiyə əmək və ictimai həyatın funksiyasıdır. Dar mənada — bu yüksək ixtisaslı mütəxəssislərin (humanist istiqamətli, daim dəyişən dünya şəraitində və qeyri-standart vəziyyətlərdə öz fəaliyyətlərini həyata keçirmək bacarıqlıları olan sosial işçilərin) hazırlığı probleminin həlli üçün xüsusi şərait yaradan təhsil müəssisəsinin funksiyasıdır.
Belə mütəxəssislərin hazırlığı növbəti spesifik tələblərə cavab verməlidir:
■ humanizm prinsiplərinin mənimsənməsinin əsasları və insansevərliyin təzahürünün üsulları kimi sosial iş üzrə təhsil alanların hiss və idrakının azad, təbii reallaşdırması üçün şəraitin yaradılması;
■ təhsil prosesinin və nəticə kimi hər bir təhsil alanın şəxsiyyətinin yaradıcı istiqamətləndirilməsinin gücləndirilməsi;
■ təhsil alanların "insan — insan" peşəkar fəaliyyət sisteminə daxil olmağa hazırlığı və onda müvəffəqiyyətli adaptasiya;
■ özünü nizamlama usullarını, özünüidarə, özünü təşkiletməni öyrənmək üçün şəraitin yaradılması;
■ unikallığın və işin fərdi üslubunun azad təzahürünün əsasları kimi gələcək sosial işçidə təkrarolunmazlığa həvəsləndirilmə üçün şəraitin yaradılması — ustalığın formalaşmasıdır;
■ özünü reallaşdırmanın əsasları kimi bütün təhsil alanların pozitiv "Mən-konsepsiyasının" və pozitiv peşəkar gələcək obrazının formalaşması üçün şəraitin yaradılması;
■ tədris qrupu ruhunun xüsusiyyətlərinin formalaşma və inkişafı, əlaqə bacarıqlarının inkişafı üçün eksperimental laboratoriya, qarşılıqlı təsir, qarşılıqlı anlaşmaeffektiv kommunikasiya şərti olan tədris prosesinin təşkili.
İlkin mərhələ kimi sosial işçilərin peşəkar tərbiyəsi, spesifikası insanlara və cəmiyyətə yardım etməyə istiqamətlənən azad cəmiyyətdə azad insan olmaq səylərində "insan— insan" sistemində fəaliyyətin dərk edilmiş seçimi olan peşəkar seçim faktı ilə tamamlanan peşa oriyentasiyasını özünə daxil edir. Sonra peşəkar tərbiyədə nəzərdə tutulmuş hədəfin şüurlareallaşmasına hazırlıq, peşəyə yiyələnmə, müstəqil əmək fəaliyyətinəbaşlamaq, ixtisasın fasiləsiz artırılması və rəhbərlik etmə kimi mərhələlər gəlir.
Təhsil müəssisələrinin tərbiyəvi funksiyası məhz (tərbiyəni, təlimi, inkişafı özündə birləşdirən) özünütəhsil prosesinə çevrilən özünü tərbiyələndirmə, özünü inkişaf etdirmə üçün şəraitinin yaradılmasından ibarətdir. Sosial işçinin peşəkar özünü tərbiyələndirməsinin motivləri və hədəfləri konkret-tarixi vəziyyətlə və cəmiyyətdə fəal həyat mövqeyini tutmaq səylərilə şərtlənmişdir. Peşə təhsili prosesi çərçivəsində tədris, ictimai, əmək fəaliyyəti elə təşkil edilmiş olmalıdır ki, təhsil alan gələcək fəaliyyətin sosial əhəmiyyətini, onun qarşısına qoyduğu tələblərin öz imkanlarını və çatışmazlıqlarını anlasın. Bu halda insanlar özlərinin üzərində işləməyin nə qədər önəmli olduğunu anlamağa başlayırlar.
Beləliklə, peşəkar tərbiyə nəzəriyyəsi əməyin dəyər kimidərk edilməsinin inteqrasiyası; sosial işçinin peşəsinə mənəvi mədəniyyətin və mənəvi cəhətdən-praktik fəaliyyətin xüsusi növü kimi münasibətin; peşəkar formalaşma nəzəriyyəsinə sosial sifarişin və şəxsiyyətin öz müqəddəratını təyin etməsi kimi qəbul edərəkyiyələnmələri; özününmüəyyənetməni özünülahiyələşdirmə kimi anlamaları, özünün dəyər və mahiyyətinin dərk edilməsi əsasında şəxsiyyətin həyat strategiyasının hazırlanması; subyekt kimi formalaşma problemlərinə yaradıcı yanaşmanın reallaşdırması nəticəsində inkişaf edir.
Peşəkar tərbiyəni bu fəaliyyətin subyekti kimi sosial iş təhsili alanların peşəkar əməyə qoşulmasını təmin edən bütöv proses kimi nəzərdən keçirmək lazımdır. Bu, peşəkar təhsilin və tərbiyənin şəxsə yönəldilmiş istiqamətini müəyyən edir, yəni:
■ gələcək sosial işçinin peşəkar formalaşması fərdin həm xarici, həm də daxili dünyasına eyni dərəcədə toxunur, peşəkar tərbiyə isə bu birliyi təmin edən vasitə kimi çıxış edir;
■peşəkar tərbiyədə ixtisasçı kimi özünümüəyyənetməsosial işi öyrənənin əsas problemidir, bu peşəkar fəaliyyətdə özünü dərk etmə vasitəsilə öz ekoloji yerinin tapılmasını, öz ehtiyaclarının qəbul edilməsini, məqsədlərinin, həyatın mənasının təyin olunmasını, peşəkar-sosial statusun əldə edilməsini, fəlsəfi-dünyagörüşü mövqeyinin və həyat strategiyasının hazırlanmasını nəzərdə tutur.
■ Rusiyanın dirçəlişi, ümumbəşəri dəyərlərin prioritet olduğunun tanınması və öz mədəni ənənələrinə istiqamətlənmə bu sistemlər çərçivəsində peşə təhsilinin və təlim kurslarının sistemlərinin planlaşdırılmasına prinsipial yeni yanaşmaların axtarışnı şərtləndirir;
■ tədris prosesi ənənələrin və innovasiyaların, fəal tədris formalarının istifadəsi əsasında qurulmalıdır. Problemli metodların, modul-rol nəzarətin, təhsilin fərdiləşdirməsinin tətbiqini, təhsili prosesinin çevik nəzəri və metodik sxemlərini (texnologiyaların) hazırlamasını nəzərdə tutmalıdır;
■ sosial işin nəzəriyyəsi varlığın fundamental problemləri ilə əlaqələnməlidir (təbiət və insanın mahiyyəti, dünyada onun yeri, həyatın mənası və məqsədi, şəxsiyyətin həytaında əmin-amanlıq, səmimiyyət və mənəviyyat və s.) və beləliklə sosial işçinin şəxsiyyətinin yaradıcı istiqaməti ilə üzvi surətdə uyğunlaşaraq dünyagörüşünün nikbin xarakterinin formalaşmasını təmin etmək;
■ "sosial iş" peşəsinin praktik mənimsənməsi ünsiyyət şəxsiyyətin inkişafının səbəbi olan tədris qrupunda başlanır, onun sayəsində "fərdi varlığın məhdudluğu" aradan qaldırılır.
Peşəkar tərbiyə prinsiplərinə növbətilər aiddir:
1. Şəxsiyyətin yaradıcı özünü inkişaf etdirməsi prinsipi:

  • məntiqi və evristikin, rasional və emosionalın bir insanda cəmləşməsi;

  • sadəliyə və doğruya istiqamətlənmə;

■ təşəbbüs göstərmək ( anlamadın — soruş);
■ fasiləsiz özünü təkmilləşdirmə vasitəsilə özünü inkişaf etdirmənin həyata keçirilməsi;
■ şəxsi təcrübənin və biliklərin yayılması.
2. Özünüdərk prinsipi:
■ reflektiv düşüncəyə istiqamətlənmə;
■ öz güclü və zəif keyfiyyətlərinin dərk edilməsi;
■ öz güclü keyfiyyətlərinə dəlalət etmək, zəif keyfiyyətlərin qəbul edilməsi və onların üzərində işləmək;
■ testlərdən istifadə, öz-özünə nəzarət, özü özü ilə müqavilələr, özünü müşahidələr, öz-özünü təhlil etmə;
■ öz müvəffəqiyyətlərinin və uğursuzluqlarının səbəbinin analizi.
3.Təcrübənin prioritetliyi prinsipi:
■ nəzəriyyənin öyrənilməsinin vacibliyini həqiqətinin meyarının təcrübə olduğunu dərk edərək qəbul etmək
■ öz ideyalarının praktik reallaşdırılması;
■ nəzəriyyəni yalnız onu anlamaq məqsədi ilə yox, həm də sonra tətbiqi üçün öyrənilməsi .
4. Müəllim və təhsil alanın yaradıcı və inkişaf edən şəxsiyyət kimi birgə yaradıcılıq prinsipi:
■ etibarı, səmimiyyət, dözüm,demokratikliyinnümayiş etdirilməsi ;
■ başqalarına kömək edərək və onların köməyini qəbul edərək ümumi məsələlərin həlli
5. Tarixilik prinsipi:

  • cəmiyyətin və sosial işin tarixinin öyrənilməsi, keçmiş nəsillərin

təcrübəsi;
■ hal-hazırda tətbiqi məqsədi ilə keçmiş müsbət təcrübənin təhlili.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin