osial işçinin peşəkar portretini kommunikativ texnikaya yiyələnmə nöqteyi-nəzərindən təşkil edən xarakteristikalar SOSİAL İŞÇİNİN KOMMUNIKATIV PROFESSİOQRAMI adlanır. ÜNSİYYƏT — bu, hər şeydən əvvəl tərəfləri, subyekti insan olan qarşılıqlı təsir, münasibətdir.
■ insanların qarşılıqlı təsirinin ictimaimexanizmlərinin yaradılması və inkişafı;
■ insanların sosial-psixoloji uyğunlaşmasını;
■ emosiyalarla mübadilə ;
■ təhsil, bacarıqların və qabiliyyətlərin ötürülməsini;
■ informasiya mübadiləsi;
■ fəaliyyət mübadiləsi;
■ özünə başqalarına, bütovlükdə cəmiyyətə münasibətin formalaşması
Ünsiyyət aşağıdakı tip münasibətlərdə ifadə olunur:
• « Mən — Mən" (ünsiyyətinfərdi-şəxsitipi);
• « Mən — Biz" (fərdi-kollektivtip);
• « Biz — Biz" (kollektiv-ictimai tip).
Ünsiyyətin hər tipi öz cəhətlərinə spesifik leksikasına, öz hədəflərinə və məsələlərə malikdir. Ünsiyyətin məzmununun xarakteri ünsiyyətin predmeti ilə müəyyən edilir. Ünsiyyətin növlərinin müxtəlifliyi hər birinin çevikliyi, şəklini dəyişmək və ünsiyyətin başq atipinə keçmək qabiliyyətinə məxsus olması ilə izah olunur.
Sosial işçinin vacibfəaliyyət istiqamətlərindən biri də əsasında onun fərdi-şəxsi ifadə etdiyi ünsiyyət duran müştəri ilə işdir. Sosial işçi dinləyə və anlaya, izah edə və sübut edə, soruşa və cavab verə, inandıra və fikrindən daşındıra, söhbətdə etibar v işgüzar əhval-ruhiyyə atmosferini yarada, müştəriyə fərdi psixoloji yanaşmanı tapa, münaqişəni həll edə, gərginliyi aradan qaldıra bilməlidir.
Belə fəaliyyət əsasını ünsiyyətin kommunikativ texnikası təşkil edir. Ona yiyələnmək sosial işçinin peşəkar yararlılığının əhəmiyyətli əlamətidir. Sosial işçi:
■ danışıq etiketini bilmək və onu istifadə edə bilmək;
■ işgüzar ünsiyyətin məqsəd və vəzifələrini ifadə edə bilmək;
■ ünsiyyəti təşkil etmək və onu idarə etmək;
■ ünsiyyətin predmetini təhlil etmək, şikayəti, ərizəni, araşdırmaq,sualları qoymaq və onlara konkret cavab vermk ;
■ işgüzar ünsiyyətin bacarıq və priyomlarına, taktika və strategiyalarına yiyələnmək; söhbət, müsahibə, işgüzar söhbət, mübahisə, polemika, dialoq, diskussiya, müzakirə, dairəvi masa, işgüzar müşavirə, işgüzar oyun apara bilmək ;
■ sübut etmək və əsaslandırmağı bacarmaq, arqument gətirmək və inandırmaq, tənqid etmək və təkzib etmək, razılaşma və həll, güzəştlərə və konvensiyalara nail olmaq, qiymətləndirilmək və təklif etmək;
■ nitqin texnikasına, ritorik priyomlarına və fəndlərinə malik olmaq, gündəlik və cəmiyyət arasında nitqi düzgün qura bilmək;
■ sözün köməyi ilə psixoterapiyanı keçirə, stressi, qorxunu aradan qaldıra bilmək, müştərini mövcud şəraitə uyğunlaşdırmaq, onun davranışına və qiymətləndirilmələrinə düzəliş etmək.
Beləliklə, sosial işçinin məqsədi— müştəriyə özünü əldə etməyə, dinamik dəyişən dünyada öz yerini tapmağa, yeni sosial münasibətlərdə səmtini tapmaq prosesində ünsiyyət əhəmiyyətli alətdir.