3.Sosial işdə peşəkarlıq problemləri
Sosial iş mütəxəssisinin peşəkar-şəxsi inkişafının əhəmiyyətli əsası kimi onun şəxsiyyətinin və fəaliyyətinin birliyinin nəzərdən keçirilməsi zamanı onun mahiyyətinin "peşəkar bacarıq" və "peşəkarlıq" kimi xarakteristikalarınınəzərə almaq lazımdır.
PEŞƏKAR BACARIQ dedikdə tədris və özünütəhsil prosesində formalaşdırılmış, peşə məsələlərinin həllinin keyfiyyətinə təsir edən elmi-peşəkar praktik biliklər və bacarıqlar sistemi nəzərdə tutulur və həyati problemlərin həllində insanlarla işgüzar və əməkdaşlıq ruhunda ünsiyyətində görünən şəxsi-peşəkar keyfiyyətlərininin inkişafıdır.
PEŞƏKARLIQ — bu peşəkar fəaliyyətdə effektivliyə nail olmağa imkan verən bilik, bacarıq və qabiliyyətlərin yüksək, möhkəmlənmiş səviyyəsidir.
|
■ sosial idarəçilik bacarığı: işçinin həm konkret müştərilərlə, həm də insan haqlarının sosial müdafiəsinin təşkili üçün lazım olan nəzəri bilikləri və praktik bacarıqları(sosial təcrübəsi) daxil edir. Bu növ bacarığın bazasını müvafiq dövlət strukturlarının təşkilinin elmi əsaslarına yiyələnmək təşkil edir. Bura həmçinin sosial iş texnologiyasına, idarəetmə nəzəriyyəsinin təşkilinin əsaslarına, əsasən də rəhbər əməyinə, etikaya, rəhbərlik psixologiyasına, nitq mədəniyyətinə və s. bələdlik aiddir;
■ psixoloji-pedaqoji bacarıq psixologiyanın və pedaqogikanın bilikləri ilə formalaşdırılır. Sosial işçinin psixoloji bacarığı kifayət qədər yüksək səviyyədə olmalıdır, çünki fəaliyyət prosesində o ümumi psixoloji, differensial - psixoloji,sosial-psixoloji, audiopsixoloji və başqa problemləri həll etməli olur.Sosial işçinin peşəkar bacarığını iki növə ayırmaq olar:
"Peşəkarlıq" anlayış kimi hələ lüğət və ensiklopediyaların əksəriyyətində yoxdur. Ancaq bir sıra alimlər hesab edir ki, bu yalnız qabiliyyətlərin parlaq inkişafı deyil, həm də bu peşəkarlıq təzahür edən fəaliyyət sahəsində dərin və geniş biliklərə, həmçinin bu fəaliyyətin müvəffəqiyyətli icrası üçün lazım olan qeyri-standart bacarıqlarla yiyələnməkdir. Peşəkarlıq həmçinin fəaliyyətin subyektinə müəyyən öhdəliklər qoyan davranışın və fəaliyyətin tənzimlənməsinin xüsusi norması kimi qiymətləndirilir; o fəaliyyətin fərdi üslübu, şəxsiyyətin özünü reallaşdırması ilə bağlıdır bu da öz növbəsində, yüksək nəticələrə nail olma barədə motivasiyanın yüksək səviyyəsinin mövcudluğu nəzərdə tutur.
Sosial işçi kifayət qədər yüksək səviyyəyə malik olmalıdır ki, aşağıdakı peşəkar məsələləri həll edə bilsin:
■ idraki (insanla işi elə təşkil etmək ki, problemlərin mahiyyətinə nüfuzetməklə onların həllini məntiqi sonluğa çatsın;
■ layihələşdirmələr (müştəri ilə işdə əsas anları təhlil etməyi, layihələşdirməyi, seçməyi bacarmaq ona növbəti hərəkətləri dərk etməyə kömək edə bilmək);
■ konstruktiv (ona kömək edərək insanla işgüzar münasibətləri məntiqi düzgün qurmağı bacarmaq və eyni zamanda öz güclərini həddən artıq səpələməmək,məsələnin həlli üçün düzgün qərar və qarşıya qoyulmuş məqsədə nail olmaq üsullarını seçmək;
■ kommunikativ (insanlarla pedaqoji məqsədəuyğun münasibətlər qura bilmək, onlarda sosial işçinin onların problemlərinə maraq göstərən insan kimi intellektual, emosional reaksiyaya və inama səbəb olmaq);
■ təşkilati (əlilliyi olan insanları, təqaüdçüləri, məktəbliləri, çoxuşaqlı ailələri və s. fəaliyyətin müxtəlif növlərinə cəlb etmək bacarığı.Yalnız sağ qalmağa yox, həm də normal yaşamağa, kollektivdə özünü bərabər hüquqlu hiss etməyə, digərlərinə özünü təkmilləşdirməkdə yardım etmək.
Beləliklə, peşəkar fəaliyyətin yüksək standartı kimi hər şeydən əvvəl peşəkarlıq sabitlikdə və fəaliyyətin məhsuldarlığında ifadə edilir. Fəaliyyətin fərdi üslubu ilə bağlıdır. Bu problem üzrə tədqiqatların təhlili sosial işçinin şəxsiyyətinin peşəkarlığının və fəaliyyətlərinin bir qrup göstəricilərini ayırmağa icazə verdi.
Dostları ilə paylaş: |