Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


ƏKS TRANSFERT – müştərinin emosional münasibətinin onun üçün əhəmiyyətli olan dəyərlərin, insanların, hadisələrin üzərinə köçürülməsi



Yüklə 0,73 Mb.
səhifə167/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   206
kitab tercume

ƏKS TRANSFERT – müştərinin emosional münasibətinin onun üçün əhəmiyyətli olan dəyərlərin, insanların, hadisələrin üzərinə köçürülməsi.

“Əks transfert” anlayışı 1910-cu ildə Z.Freyd tərəfindən irəli sürülmüşdür. “Əks transfert” pozitiv olduğu kimi neqativ də ola bilər. “Əks transfert” vəziyyətinin müxtəlif növləri mövcuddur. Belə ki, məsələn, müştərinin intihar etməsi hallarında sosial işçi çox vaxt özünü günahkar hesab edir. “Əks transfert”in başqa bir növü də iş prosesində yarana biləcək aqressivlikdir. Müştərinin qəzəbi sosial işçini də qəzəbli olmağa təhrik edə, onun özünü təhqir olunmuş hiss etməsinə və onda qisas alma, gərginlik, narahatlıq kimi duyğuların baş qaldırmasına səbəb ola bilər. Sosial işçinin psixikasına psixoloji diskomfort, münaqişələr və emosional gərginlik mənfi təsir göstərir. Belə vəziyyətlərin qarşısının alınması ünsiyyət mədəniyyətinin yüksəldilməsi, qarşılıqlı yardım və qarşılıqlı anlaşma, xeyirxahlıq, özünütərbiyə və nəzarətdən keçir. “Əks transfert”in neqativ nəticələrini vaxtında dəf etmək və böhranlı vəziyyətdən qurtulmağın düzgün yolunu tapmaq olduqca vacibdir.


Sosial işçinin professional və şəxsi keyfiyyətləri bir-birilə sıx surətdə bağlıdır. Karyera lüğətlərdə professional fəaliyyətdə müvəffəqiyyətlə irəliləmə kimi müəyyənləşdirilir. Geniş mənada karyeranın mənası professional irəliləmə, professional yüksəliş, sosial işçinin peşəkar kimi formalaşması mərhələləri, peşəkarlığın bir səviyyəsi, mərhələsi, pilləsindən digərinə keçidi və ya peşə seçimindən peşəyə, ustalığa, yaradıcılığa və s.-yə yiyələnməyə qədər uzanan peşəkarlıq prosesidir. Belə mənada karyera mütəxəssisin akmeoqramına yaxındır, başqa sözlə desək, onun peşəkarlıq zirvəsinə doğru hərəkət trayektoriyasıdır. Professional statusun qazanılmasında yüksək peşəkarlıq göstərilməsi karyeranın yekunu kimi qiymətləndirilir. Daha dar mənada karyera vəzifədə irəliləyiş kimi başa düşülür. Burada ən mühüm olan peşəkarlıq səviyyəsinə və dərəcəsinə yüksəlmək deyil, eyni zamanda müəyyən sosial statusa və vəzifəyə də yiyələnməkdir. Bu tip karyera peşə seçimi ilə başlayır və qəbul edilmiş müəyyən sosial standartları da mənimsəməyi özündə ehtiva edir. Karyera sosial işçi tərəfindən nəzərdə tutulan statusa doğru şüurlu şəkildə seçilən və realizə edilən professional irəliləmə yoludur ki, bu da özündə sosial iş təcrübəsinin səviyyəsi ilə peşəkarlığın və sosial özünütəsdiqin uzlaşmasını təmin edir. Ümumi qaydada qəbul edilmiş professional və sosial nailiyyət nümunələri karyeranın əsaslarıdır ki, bunlar da işçinin zəruri dəyər və məqsədlərinə çevrilib onun professional inkişafını stimullaşdırır.
Təcrübənin göstərdiyi kimi, karyeraya hər şeydən öncə, daxili amillər – motivlər, iddia səviyyəsi, özünü qiymətləndirmə, sağlamlıq və s. təsir göstərir ki, bunlar da insanın özü tərəfindən formalaşdırıla və gücləndirilə bilər. İnsan peşəkar və şəxsiyyət kimi nə qədər yetkin olarsa, karyeranın daxili amillərinin rolu da bir o qədər artmış olar.
Karyeraya sosial professional mühit, professional təşkilatın növü, təsadüf kimi xarici amillər də təsir edə bilər. Professional mühit peşə yüksəlişinə və karyeraya təsir edə, təşkilat isə karyeranın tipini müəyyənləşdirə bilər. Sosial işçi mühitin karyeraya birmənalı olmayan təsirini nəzərə almalı, yüksəlişi üçün zəruri olan şəxsi meyarları işləyib hazırlamalı və özünüqiymətləndirməni peşəkar iş yoldaşlarının (kolleqa) ona verdiyi qiymət və rəylərlə müqayisə etməlidir. Beləliklə, karyera mütəxəssisin özünün peşəkar fəaliyyəti dövründə əldə etdiyi professional səviyyədir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin