Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


QİYMƏTLƏNDİRMƏ – sosial işdə problemi, onun yaranma səbəbini dərk etmə və onu minimuma endirmə və ya həll etmə bacarığıdır



Yüklə 0,73 Mb.
səhifə171/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   206
kitab tercume

QİYMƏTLƏNDİRMƏ – sosial işdə problemi, onun yaranma səbəbini dərk etmə və onu minimuma endirmə və ya həll etmə bacarığıdır.

II MƏRHƏLƏ: ÖHDƏLİKLƏR VƏ ROLLARIN İNDUKSİYALAŞDIRILMASI
Bu mərhələdə müştəri sosial işçi tərəfindən göstərilən səmimilik, şəfqət və diqqəti hiss etməyə davam etməlidir. Eyni zamanda müştəri tərəfindən müqavimət, əlaqənin davam etməsinin istənməməsi kimi hallar da bu mərhələdə baş verə bilər. Sosial xidmət müəssisələrinin istifadə etdiyi dilin müştəri tərəfindən başa düşülməməsi, göstərilən köməklə müştərinin gözləntisinin üst-üstə düşməməsi belə müqavimətin səbəblərindən biri ola bilər.
Lakin sosial işçi yaranmış vəziyyətdə hazırkı sosial xidmətin müştəri üçün daha faydalı olacağını ona çatdırmağa borcludur. Bu mərhələdə sosial işçi və müştəri arasında problemin həll edilməsinə yönəlik yanaşmaların müəyyənləşdirilməsinə kömək edən münasibətlərin qurulması baş verir.
III MƏRHƏLƏ: İLKİN MÜQAVİLƏ
Bu mərhələdə yardım və dəstək haqqında ilkin şifahi müqavilə formalaşdırılır. Burada mühüm şərt subyektin özünü müştəri roluna identifikasiya etməsidir, sosial işçi isə problemin onun səlahiyyəti çərçivəsində olduğunu dərk etməyə borcludur.



SƏLAHİYYƏT – bilik, peşəkar təcrübə, fəaliyyət göstərmək bacarığı və fərdin davranış vərdişləri ilə müəyyən edilmiş məqsədin, situasiyanın, tapşırıqların və vəzifənin vəhdəti.

Bu mərhələdə müştərinin motivasiyası üzərində işlənilməsi zəruridir. Əgər onu heç bir vəchlə dəyişməyə motivə etmək mümkün olmazsa, o zaman gələcəkdə konstruktiv dəyişikliklər baş verməyə bilər.


A.Pinkus və A.Minaxanın tədqiqatlarına əsasən, motivasiyanı artırmaqgücünə malik bir sıra təsir vasitələri mövcuddur ki, onların köməyi sayəsində sosial işçi motivasiya üzərində işləyərkən bir sıra strategiyalar irəli sürə bilər;

  • yardım almaq istəyi;

  • mövqe və resursları əldə etməyə hazır olmaq;

  • dəyişilməyə inam;

  • diskomfortun dəf edilməsi;

  • status-kvonun məhdudlaşdırılması təhdidinə reaksiya;

  • alturizm;





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin