Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə187/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   206
kitab tercume

Terapiya prosesi
Müştərilərin problemlərinin həll edilməsinə yönəlik interaksiyalar prosesini həyata keçirən, müəyyən kontinuumu təmsil edən qrupa müştərilərə xidmət edən sistem kimi baxılır. Qrup kontinuumu müəyyən elementlərdən ibarətdir ki, buraya təşkilati proses, yeni üzvlərin qrupa cəlb edilməsi, problemlərin və maraqların aşkara çıxarılması, müqavilənin müəyyənləşdirilməsi, agentliklərin imkanları və qrupun məqsədlərinə müvafiq xidmətlərlə təchiz edilməsi kimi vəzifələr daxildir.
Qrup kontinuumu sosial işçidən müəyyən norma və proseduraları yerinə yetirməsini tələb edir. Belə ki, qrup fasiləsiz inkişaf etdiyi üçün, sosial işçi onun ayrı-ayrı üzvlərinin fəaliyyətini və ümumi işə verdiyi töhfələri nəzərə almaqla qrupun inkişaf etməsi üçün şərait yaratmalıdır.
Qrupun tamlığına nail olmaq üçün, “qrup bütöv bir tamlıq kimi” prinsipinin realizasiyası birlik axtarışı vasitəsilə həyata keçirilir. Bu birlik oxşar çətin həyat şəraitində, etnik mənsubiyyətdə, cinsi rol identifikasiyasında və s.-də mənafe birliyi ola bilər. Abonentlərarası əlaqə vasitəsi kimi bu amillər qrupun bütün inkişaf səviyyələrindən keçməsinə imkan verir.
Sosial işçinin əsas vəzifəsi fərdi və qrup sosial fəaliyyətini gücləndirməkdir. Qərarların qəbul edilməsi, situasiyanın, fəaliyyətin nəticəsinin qiymətləndirilməsi kimi məsələlərdə qrupa daim kömək etməklə bu məsələnin həllinə nail olmaq olar. Sosial işçi normaları formalaşdırmağa, münaqişələri həll etməyə,situasiyanı idarə etməyə kömək edir. Bu proseslər qrupun bütün inkişaf mərhələlərindən keçib irəliləməsi məqsədilə həyata keçirilir.
Sosial işçi qrupa açıq sistem kimi baxır, məqsədləri, fəaliyyəti və strategiyası haqqında qrup üzvlərini məlumatlandırır. Beləliklə də, qrup üzvləri sosial işçinin onlara yönəlik fəaliyyətini əvvəlcədən qiymətləndirib onu qəbul edib-etməmək və dəyişmək imkanlarını əldə edir. Belə açıq sistemdə sosial işçinin dəyərlərinin və fəaliyyətinin internalizallaşdırılması prosesi baş verir, özünə və başqa insanlara kömək etmə metodları mənimsənilir.
Sosial işçi tərəfindən istifadə edilən yardım metodları qrupun mövcudolma şəraitini dəyişdirməyə imkan verir, müştəriləri terapiya proseslərinə cəlb edir, onlara şəxsi ehtiyac və problemlərini qrupun problemləri ilə uzlaşdırmağı öyrədir.
Sosial işçinin terapiya prosesinə müdaxilə etmə paradiqması kifayət qədər böyükdür. Oyun və situasiyaların modelləşdirilməsi ilə yanaşı, fantaziya ilə işi də bura aid etmək olar.
Terapiya prosesinin mərhələləri
Qrup işinin müəyyən aktivlik fazaları vardır ki, onlardan hər biri özünün təşkilatı və terapevtik yükünü daşıyır. Qrup inkişafının müxtəlif mərhələləri vardır ki, sosial işdə onlardan birini də Q.Konopka təklif etmişdir.
Qrup intervensiyasında yardım prosesi növbəti mərhələlər vasitəsilə həyata keçirilir:
1-ci mərhələ peşəkar sosial işçi və qrup üzvləri arasında məqsədyönlü, səmimi, başa düşülən professional qarşılıqlı fəaliyyət mərhələsidir.
2-ci mərhələ qrup prosesinin idarə edilməsi, qrupun bütün üzvləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsi mərhələsidir.
3-cü mərhələ qrupun üzvləri arasında verbal kommunikasiyasının qurulması mərhələsidir.
4-cü mərhələ qrupun üzvləri arasında qeyri-verbal kommunikasiyanın qurulması mərhələsidir.
5-ci mərhələ qrup üzvləri tərəfindən zəruri terapiya mühitinin məqsədyönlü seçilməsi və yaradılması mərhələsidir.
Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, termin və struktur müxtəlifliyinə baxmayaraq, Maier, Trecker, Sarri və Galinsky və digərləri kimi müasir tədqiqatçılar tərəfindən irəli sürülən qrup işi mərhələlərinin ümumi cəhətləri vardır. Beləliklə, qrup inkişafının əsas mərhələlərini aşağıdakı ümumiləşdirilmiş sxem şəklində təsəvvür etmək olar:

  1. Oriyentasiya mərhələsi – müştərilər özlərinin qrup üzvü olduqlarını dərk edir, rol seçimi, yaranmış situasiyada oriyentasiya seçimi baş verir, qarşılıqlı fəaliyyətin məlum olmayn formaları qarşısında müəyyən qorxular meydana çıxır və bu əsasda “psevdobirlik” formalaşır.

  2. Hakimiyyət mərhələsi – qrupda rollar bölüşdürülür, liderlik uğrunda mübarizə başlayır, müqavimət güclənir, qrup üzvlərindən birinə qarşı aqressiv münasibət göstərənlərin dairəsi genişlənir, qrupun bilavasitə iştirakı ilə norma və dəyərlər formalaşdırılır.

  3. Danışıqlar mərhələsi – qrupda strukturlaşma baş verir, pozitiv qrup birliyi qeydə alınır, birlikdə qrupun məqsədi, rolları və tapşırıqları birgə hazırlanır, oxşar problemlər və emosional təəssüratlar qeyd edilir.

  4. Funksional mərhələ qrupun fəal işlədiyi mərhələdir, problemlərin həll edilməsində maraq, qrup üzvlərinin bir-birini dəstəkləməsi, qrupun inkişafı üçün səciyyəvi olan meyllər: səmimilik və öz-özlüyündən meydana çıxan ani vəziyyətlər, qərar qəbul etmə məhz bu mərhələyə aiddir.

  5. Qrupun dağılması mərhələsi – bu mərhələdə qrupun ayrı-ayrı üzvləri və ya bütövlükdə qrupun öz problemlərini dərk tməsi və həll etməsi baş verir, birgə qrup fəaliyyətinə son verilməsi zərurəti yaranır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin