DEPRESSİYA (lat. Depressio – ruh düşkünlüyü) – xəstəlik dərəcəsində ruh düşgünlüyü və psixi fəaliyyətin azalması; qanazlığına kimi gətirib çıxaran ümidsizlik vəziyyəti
DEPRESSİYA (lat. Depressio – ruh düşkünlüyü) – xəstəlik dərəcəsində ruh düşgünlüyü və psixi fəaliyyətin azalması; qanazlığına kimi gətirib çıxaran ümidsizlik vəziyyəti.
Terapiya qrupları Bu yanaşmanın əsas məqsədi fərdlərin və çevrənin inkişaf və səriştələrinin qrup dinamikası əsasında tənzimlənməsindən ibarətdir. Qrup terapiyası aşağıdakı məqsədləri həyata keçirir:
interpersonal bacarıqların inkişaf etdirilməsinə kömək edir;
şəxsi inkişafın əsas mərhələlərini inkişaf etdirir;
Fərdi və qrup məqsədləri qrup sessiyaları və görüşləri mərhələsində inkişaf edir. Qrupda onun funksiyalarının müzakirəsi gedir, liderlərin və onların köməkçilərinin rol mövqeləri diskussiya mövzusu olur, qarşılıqlı yardıma həvəs oyadılır, fərdi problemlərin həll edilməsinə kömək prosesi həyata keçirilir. Qrup müzakirəsi prosesində optimal sosial fəaliyyət modelinin layihəsi işlənir, emosional gərginliyin stabilləşdirilməsi baş verir. Rəhbər, terapevt qrupdakı qarşılıqlı fəaliyyəti qeyd edir, yardım modelini təklif və izah edir, qrup davranışlarını izah edir. Fərdi və qrup davranışları təhlil edilərək davranışın və sosial mübadilə qarşılıqlı fəaliyyətinin yeni məhsuldar yanaşmalardan, davranış yanaşmalarından və müştəriyə yönəlik yanaşmalardan itifadə edilir.
Psixoterapevt və sosial işçilər qruplarındakı iş təcrübəsində oxşar və fərqli cəhətləri aşağıdakı prinsipial parametrlərə görə ayırd edirlər:
Yardımın istiqaməti. Hər iki növ fəaliyyət üçün qrup işi müştəri ilə qrupda iş metodudur. Psixoterapiya işi üçün qrupun dinamikası müalicə vasitəsidir; sosial qrup işi üçün o, sosial formadır ki, burada əsas yanaşma kimi qrupda terapiya, qrupun terapiyası, qrup vasitəsilə terapiya və ya bütün yanaşmaların məcmusundan istifadə edilə bilər.
Məqsəd. Psixoterapiya qrupları üçün xəstəlik nəzəriyyəsində qeyri-konstruktiv olanın uzaqlaşdırılması əsas məqsəddir. Sosial işdə isə kommunikasiyanı asanlaşdırmaq və sosial izolyasiya maneələrini aradan qaldırmaq, sosial ətrafla olan problemləri həll etmək əsas məqsədlər sırasındadır.
Qrup işi prosesində rollar. Psixoterapiya qrup işlərində mərkəzi fiqur ata-ana rolunda çıxış edən terapevtdir. Sosial iş qruplarında rəhbər mərkəzi rolla yanaşı, köməkçi rolda da çıxış edə bilər.
Fəaliyyətin istiqaməti. Müxtəlif tip və növ qruplarla işləyən qrupla sosial iş və psixoterapiya işi aspektindən baxıldığında qrup fəaliyyətinin son məqsədi icmada və sosiumda qrup fəaliyyətinin və şəxsi fəaliyyətin effektivliyinə nail olmaqdır. Sosial işdə qrup terapiyası sosial cəhətdən zəruri olan vərdiş və bacarıqların qazanılmasını öyrədən fəaliyyət kimi şərh edilir.