Mövzunun əsas anlayışları Anonim alkoqolik qrupları, anonim narkoman qrupları, görüş qrupları, yeniyetmələr üçün qruplar, şəxsi inkişaf qrupları, bacarıqların inkişafı qrupları, rasional terapiya qrupları, özünəkömək qrupları, ailə cütlükləri qrupları, məsləhət qrupları, T qrupları.
Referat mövzuları Qrup işçisinin qruplarda davranışı və rolları.
Qruplardakı əsas psixoloji münaqişələr və onların həlli metodları.
Qrupla sosial işin effektivlik meyarı.
Qrupla işdə obyektiv və subyektiv çətinliklər.
MÖVZU 18 Mikrososial mühitdə sosial iş Mövzunun tədris kursunda yeri
Verilən mövzu mikrososial mühitdə olan təcrübənin əsas problemlərini aşkar edir, icmaların inkişaf etdirilməsi texnologiyları və onlara yanaşma, faəliyyət istiqaməti qeyd olunmuşdur.
Əsas suallar:
Elmi ədəbiyyatda mikrososial mühit anlayışının izahına yanaşmalar
Mikrososial mühitanlayışı haqda nəzəri yanaşmalar
Sosial isçinin rolları vəmikrososial mühitdə təcrübə modelləri
Elmi ədəbiyyatda mikrososial mühit anlayışının izahına yanaşmalar
Mikrososial mühitdə işə həsr olunmuşelmi ədəbiyyatda böyük problemlər onun nə olduğunu izah etməyə cəhd etdikdə yaranır. Müxtəlif milli elmi ənənələr nəinki mikrososial mühit anlayışı və orada iş barədə öz təsəvvürləri var, həm də onun terminoloji izahı da müəyyən edilmişdir.
Amerikan elmi ədəbiyyatında adətən“komyunitidə” sosial iş haqqında danışılır və bu terminidedikə müştərək dəyərləri, maraqları, konfessional baxışları olan, birlikdə vəeyni sosial, iqtisadi şəraitdə bir ərazidə yaşayan fərdlər birliyi başa düşülür.
İngilis elmi ədəbiyyatında “komyuniti” icma olaraq dərk edilir. R. Nisbet “icma” anlayışını belə müəyyən etmişdir: “İcma- onun daxilində olan insanların bir-birilə əlaqələrinin yüksək səviyyəsi, münasibətlərində emosional rəng, mənəvi bağlılıq olan, sosial razılıqla şərtlənən və uzunmüddət davam etməsi iləxarakterizə olunanqarşılıqlı təsirin bütün formalarına deyilir”. Orta əsrlərdə «communis» termini şəhər sakinlərinin birliyi mənasını daşıyırdı.
«Komyuniti» anlayışının fərqli izah olunma dinamikası bir milli elmi paradiqma çərçivəsində də müşahidə oluna bilər. Alman alimləri M.Merlok, M.Noybauerin tədqiqatlarına əsasən alman elmi ədəbiyyatına bu termin alman sosial iş nəzəriyyəsindən və Hollandiya və İngiltərə təcrübəsindən keçmişdir. Temin və işin özü 1950-ci illərdə “kommunal sosial iş” adını aldı.
80-ci illərin sonundan alman elmi ədəbiyyatında kommunal sosial iş anlayışına uyğun olan sosial mühitdə sosial iş mövzusu ətrafında diskussiyalar başladı.
Sosial mühitdə sosial iş sosial işin inteqrativ modeli kimi dərk edilirdi. O da sosial işin beş əsas metodu istifadə olunan: fərdi sosial yardım, qrupla iş, kommunal sosial iş, sosial idarəetmə, sosial işin tədqiqi formasını təşkil edir. Lakin müəyyən istiqamət üzrə:müştəri rolunda «mühit» çıxış edir, həm də mühit dedikdə coğrafi ayırd edilmiş ərazi hissəsi başa düşülür.
Rusiya Federasiyasında adətən yaşayış yeri üzrə sosial işdən bəhs edilir, yaxud da yeni qəbul edilmiş qanuna görə yerli özünüidarə orqanı bələdiyyədə sosial işdən.
Bizim fikrimizcə, «mikrososial mühitdə iş» anlayışı qəbul olunmuş müxtəlif izahlara bərabər olan neytral mənaya malikdir və biliklər sisteminə xarici və yerli sosial iş məktəblərinin müxtəlif yanaşmalarını inteqrasiya etməyə imkan verir .