Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Mikrososial mühit anlayışı haqda nəzəri yanaşmalar



Yüklə 0,73 Mb.
səhifə195/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   206
kitab tercume

Mikrososial mühit anlayışı haqda nəzəri yanaşmalar

E.Martines-Broleyin elmi ədəbiyyatı təhlilinə görə mikrososial mühitə anlayış verən yanaşmaları şərti olaraq 2 qrupa ayırmaq olar:



  • Birinci qrup tədqiqatlar mikrososial mühiti yer və ya ərazi obyekt kimi qiymətləndirirlər.

  • İkinci qrup tədqiqatlar isə mikrososial mühiti müəyyən ərazi sərhədləri çərçivəsində cərəyan edən sosial əlaqələrin məcmusu kimi nəzərdən keçirir. Bu ənənə F.Tönnisdən qaynaqlanır. F.Tönnis mikrososial mühitə\icamaya yanaşmaları təsvir edərkən 2 anlayışdan bəhs edir: «geymaynştat» və «gezelşaft».

Birinci anlayış yaxınlığı və davamlılığı ilə fərqlənən, qohumluq əlaqələri böyük məna kəsb edən icma münasibətlərini nəzərdə tuturdu.
İkincisi isə öncədən hesablama, rasionallıq xarakteri daşıyan, münasibətlər isə rəqabətə əsaslanan simasız münasibətlərdir. Sənayeləşmə və urbanizasiya prosesləri ikinci tip münasibətləri formalaşdırdı və birici tip münasibətləri məhv etdi.
Mikrososial mühit mürkkəb sosial- iqtisadi və mədəni-tarixi birliyin sistemini təşkil edir. O biri-birini tamamlayan aşağıdakı sistelmlər kompleksindən ibarətdir: iqtisadi, siyasi, sosiomədəni, təhsil və dövlət. Bu koordinatlarlarda spesifik subyekt kimi sosial fəaliyyətində müəyyən problemləri olan mikrososial mühitin bərqərar olunması və formalaşması baş verir. Şəxsiyyətin həyatı ssenarisi kimi mikrososial mühitin həyati ssenarisi də öz sosial tarixçəsinə, problemlərə, inkişaf krizisinə, dəyərlərinə, normalarına, digər institutlarla, strukturlarla, qruplarla inteqrasiya və qarşılıqlı təsir prinsiplərinə malikdir.
Rolland L.Uorrenə görə mikrososial mühitin aşağıdakı əsas funksiyaları var:

  1. İstehsal-bölüşdürmə-istifadə

  2. Sosiallaşdırma

  3. Sosial nəzarət

  4. Sosial iştirak

  5. Qarşılıqlı dəstək

Mikrososial mühitin bu funksiyaları həm birliyin özünün,həm də ayrıca şəxsin və qrupun həyati ssenarisinin inkişafına istiqamətlənmişdir. Bununla əlaqədar o insanın cəmiyyətdə həyati vacibfunksiyaları reallaşan sferasına çevrilir.



  • İstehlak və istehsalın normaları, sosial cəhətdən “lazımlı”davranış nümunələri müəyyən olunur;

  • Formal prinsiplər sistemi vasitəsilə fərdin sosial fəalliyyətinə nəzarət olunur;

  • Müxtəlif tipli təşkilatlar tərəfindən ayrıca fərdin dəstəklənməsi təmin olunur.





  1. Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin