1ci hissə Sosial iş nəzəriyyəsinin metodoloji problemləri Mövzu 1 Sosial işin institutlaşmasının nəzəri problemləri Tədris kursunda mövzunun yeri Bu mövzu xaricdə və Rusiyada sosial işin formalaşmasının qanunauyğunluqları və əsas istiqamətləri haqqında təsəvvür yaradır. Qərb və yerli sivilizasiyalarda yardım və dəstəyin paradiqmalarının inkişafının sistem xüsusiyyətləri göstərilmişdir.
Əsas məsələlər: 1.Bütöv proses kimi sosial işin institutlaşmasının tarixi yenidən təşkili.
2.Sosial iş təcrübəsinin institutlaşması.
3. Bilik sahəsinin institutlaşması.
4.Sosial iş sahəsində təhsilin institutlaşmasının problemləri.
5. Sosial işin institutlaşmasının problem sahəsi.
Bütöv proses kimi sosial işin institutlaşmasının yenidən təşkil tarixi İNSTİTUTLAŞMA — elə prosesdir ki, bu prosesin nəticəsində sosial hərəkətlər möhkəm, ictimai cəhətdən struktur xüsusiyyətlərlə qaydaya salınmış olur. İnstitutlaşmanın təşkilati strukturları öz spesifikasına malikdir və ona insan kütləsinin dəyərlər orentasiyasına təsir edən, özünütəşkil edən, özünü tənzimləyən struktur kimi baxılır. Elmi idraka uyğun olaraq, o yerdəki elmə spesifik sosial institut kimi baxılır, orada elmi biliyin institusionallığını xarakterizə edən müəyyən meyarlar seçilir. Bilik sahəsi öz inkişafında zaman-zaman bir sıra tarixi mərhələlərdən keçir: elmi müzakirələrin rəsmiləşdirilməsi dövrü, araşdırılan fenomenin və ya prosesin mahiyyəti haqqında müxtəlif nöqteyi-nəzərlər təyin edilir, fenomenə və ya prosesə yanaşmaların interpretasiyasında məktəblərin və ənənələrin rəsmiləşdirilməsi, təhsil müəssisələrində müzakirələr, sabitləşmiş yanaşmalar təcrübəsinin retranslyasiyası. Sosial iş öz spesifik institutlaşmasına malikdir.
İNSTİTUT— hansısa müəssisəni müəyyən etmək üçün istifadə edilən ifadə formasıdır. Biliyin və təcrübənin başqa sosial sferalarından fərqli olaraq, yardımın və dəstəyin tarixi empirik təcrübəsi sosial problemlərin lokallaşdırması işində təşkil olunmuş səylər üçün şərtləri formalaşdırdı. Bu təcrübə institutlaşmanın müxtəlif formaları şəklində ictimai güclərin özünü təşkil etməsi əsasında (təbii fəlakətlərə kömək aksiyaları , xeyriyyə cəmiyyətləri, şəxsi və kollektiv ianələr, mesenatlıq) həyata keçirilirdi. İnstitutlar başlanğıc mərhələdə qurultaylar və konfransların müzakirə prosesində xeyriyyə təşkilatları şəklində (peşəkar dilənçilik, mühacirlərlə iş və s.) konkret tarixi məsələləri həll edərək, problemli nəzəri sahəni müəyyən edirdi. Zaman -zaman fərqli problemlərlə iş üzrə yığılmış empirik təcrübəni ötürmək, həmçinin fəaliyətin mövcud təcrübəsi ilə bağlı güman edilən təsəvvürləri formalaşdırmağa ehtiyac meydana çıxır. XX əsrin başlanğıcında təhsil prosesi formalaşmağa başlayır. Beləliklə, başlanğıc mərhələdə sosial işin təsis edilməsinin ümumi sxemi növbəti ardıcıllıq şəklində görünür: müxtəlif institutlarda empirik təcrübə — konfranslar və qurultaylar çərçivəsində müzakirələr — spesifik maarifləndirici məkan formalaşdıran məktəblərin formalaşması. Sosial işin institutlaşma prosesi Avropada birinci dünya müharibələrinə qədər dayandı, amma Amerika qitəsində o davam edirdi. Belə vəziyyət ona gətirib çıxardı ki, qərb sivilizasiyasında institutlaşmanın yeni mərhələsi 1950-ci ildə formalaşmağa başladı. Proses onunla səciyyələnir ki, təhsilin vahid unifikasiyalı paradiqması əsasında, Amerika, Qərbi Avropada fəaliyyətə yeni praktik yanaşmalar formalaşdırılır. Milli sosial problemlər Amerika məktəbinin ideal təhsil modellərinə korektlər edir, bu da sosial işçilərin praktik fəaliyyətində yeni elementlərə gətirir. Baxmayaraq ki, bu dövrdə vahid peşəkar ideologiya əsasında sosial işin qlobal institutlaşması formalaşdırılır, Amerika paradiqmasıyla klassik triada, sosial iş sahəsində milli elmi məktəblər formalaşdırılması müzakirə obyektinə çevrilir. Bütün bunlar həmrəyliyin təminatı və əhalinin müxtəlif qruplarının fərdi və kollektiv dəyərlərinin müdafiəsi üzrə dövlət modellərinin formalaşdırılması kontekstində baş verir. Beləliklə, XX əsrın ikinci yarısında institutlaşma prosesi növbəti ümumi sxem üzrə formalaşdırılır: vahid təhsil paradiqması — sosial işdə ictimai-siyasi, etnocoğrafi və sosiomədəni reallıqlar əsasında nəzəriyyəyə və təcrübəyə metodlar və yanaşmalar haqqında müzakirələr — sosial işin peşəkar humanist dəyərlərə istinad edən multimədəni ideologiya əsasında institutlaşmasının qloballaşması. Sosial işin institutlaşma xüsusiyyətləri institutlaşmanın reallaşdırmasının mexanizmlərindən ibarətdir. Tarixən belə alındı ki, XX-də əsrdə üç qarşılıqlı əlaqəli proses: təcrübə, bilik sahəsi, təhsil fəaliyyəti sosial işdə eyni cür identfikasiya olunur. Ancaq bu proseslərin mövcudluğunun reallaşdırması mexanizmləri nəinki müxtəlif ilkin şərtlərə malik deyildi, həm də müxtəlif sosial-struktur xarakteristikalara malik idi. Beləliklə, təcrübə, bilik sahəsi, müstəqil institutlar kimi təhsil sahəsi öz inkişafının və mövcudluğun tipik struktur xüsusiyyətinə malikdirlər.