Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


ƏHALİYƏ SOSİAL XİDMƏT SİSTEMİNDƏ SOSİAL İŞ



Yüklə 0,73 Mb.
səhifə80/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   206
kitab tercume

ƏHALİYƏ SOSİAL XİDMƏT SİSTEMİNDƏ SOSİAL İŞ
Tədris kursunda mövzunun yeri
Bu mövzuda əhalinin sosial xidmət sistemində sosial xidmət mexanizmləri, formaları və reallaşması metodları, əhaliyə zəruri sosial birbaşa xidmətlərin göstərmə prosesində reallaşan dövlət sosial siyasəti xarakterizə olunur.
Əsas məsələlər.

  1. Əhaliyə sosial xidmətin mahiyyət, məqsədi və vəzifələri.

  2. Əhaliyə sosial xidmət sistemi: prinsiplər, funksiyalar, növlər və fəaliyyətin formaları.

  3. Əhaliyə sosial xidmət müəssisələri, onların növləri və fəaliyyətin spesifikası.



1.Əhaliyə sosial xidmətin mahiyyəti, məqsədi və vəzifələri.

Rusiya Federasiyasının (1993) Əhaliyə sosial xidmətin inkişafı Konsepsiyasına uyğun olaraq sosial siyasətin mexanizminin ən əhəmiyyətli əlaqələrindən biri ərazi səviyyəsində əhalinin müxtəlif kateqoriyaları ilə sosial işin müxtəlif formalarını təmin edən xidmətin sosial sisteminin yaradılması olmuşdur. O yeni sosial reallıqları nəzərə alaraq risk zonasında olan və ondan başqa sosial dəstəyə ehtiyac duyan müxtəlif sosial qruplara müxtəlif məqsədli xidmətlər kompleksini özünə daxil etməlidir.Mərkəzləşmiş şəkildə göstərilən yardım buraya daxil deyil.


Elmi ədəbiyyatda "əhaliyə sosial xidmət" anlayışı nisbətən az istifadə olunur. Bir sıra alimlərin fikrincə, müasir şəraitdə sosial xidmət sosial işin paradiqmalarından və sosial fəaliyyətin bu növünün təşkilat formasından biri kimi çıxış edir. Bu da, öz növbəsində ayrılıqda götürülmüş şəxsiyyətin, ailənin və ya insan cəmiyyətinin adaptasiyasına, sosial bərpaya və reabilitasiyasına yönəldilmiş sosial humanist fəaliyyətinin müəyyən üsullar sistemi kimi nəzərdən keçirilir.
R. Barkerin"Sosial iş lüğəti"ndə sosial xidmət insanların normal inkişafı, lazım olan ehtiyaclarının təmin olunması üçün konkret sosial xidmətlərin verilməsi kimi təyin edilir (əgər bu insanlar başqalarından asılıdırsa, yəni özü-özünə qayğı göstərə bilmirlər).
Qeyd etmək lazımdır ki, bütün dünya ölkələrində "sosial xidmət" anlayışına eyni məna verilmir. Məsələn, Finlandiyada sosial xidmət (1982) haqqında Qanunda sosial xidmətlər rməcmusu, yaşamaq vasitələrinə dəstək, sosial maddi yardım və onlarla bağlı hərəkətlər rnəzərdə tutulur ki, bu da sosial təminatın yaxşılaşdırılmasına və ayrı-ayrı insanların, ailələrərin, cəmiyyətlərin inkişafına imkan yaratmağa yönəldilmişdir.
1990-cı ilin ortalarına sosial sferanın əsas sahələrinin hüquqi bazası formalaşdırıldı, əhalinin (pensiyaçılar, qaçqınlar, əlillər, mühacirlər, məcburi köçkünlər, yaşlı vətəndaşlar və b.) ayrı - ayrı kateqoriyalarının ictimai-iqtisadi vəziyyətinin qanunverici nizama salınmasının əsasları yaradılmışdır. İlk növbədə bu əhalinin sosial xidməti sahəsində hüquqi nizama salma əsaslarını formalaşdıran əsas qanunverici aktlardır: vətəndaşların və ya ayrı-ayrı kateqoriyaların sosial təhlükəsizliyinin təmin edilməsi, həmçinin onların reallaşdırması mexanizmlərini müəyyən edən iqtisadi, sosial və hüquqi zəmanətlərin işidir. O cümlədən: "Rusiya Federasiyasında əhaliyə sosial xidmətin əsasları haqqında" Federasiya qanunu (1995), "Ahıl yaşda və əlil vətəndaşların sosial xidməti haqqında" Federasiya qanunu (1995), "Veteranlar haqqında" Federasiya qanunu (1995), Rusiya Federasiyasının (1996) Ailə kodeksi, "Əlillərin sosial müdafiəsi haqqında" Federasiya qanunu (1995), "Uşaqları olan vətəndaşlara dövlət maddi yardım haqqında Federasiya qanunu " (1995), "Rusiya Federasiyasında uşağın hüquqlarının əsas zəmanətləri haqqında" Federasiya qanunu (1998), "Nəzarətsizliyin və həddi-buluğa çatmayanların qanun pozmalarının profilaktikası sisteminin əsasları haqqında" Federasiya qanunu (1999), "Dövlət sosial yardımı haqqında" Federasiya qanunu (1999).
Əhalinin məşğulluğuna yardım, yaşlı insanlara və əlillərə dəstək federal məqsədli proqramlar hazırlanmış və həyata keçirilmişdir ("Yaşlı nəsil", "Əlillərə sosial dəstək"). 1993-cü ildən "Rusiyanın uşaqları" proqramı reallaşır. Artıq bu proqramın reallaşdırması başlanandan bir il sonra ona “president” statusu verilmişdi.
Rusiya Federasiyasının əhaliyə sosial xidməti sahəsində hüquqi nizama salmanın əsasları "Rusiya Federasiyasında əhaliyə sosial xidmətin əsasları haqqında" Federasiya qanunu vasitəsilə həyata keçirilir (1995).
SOSİAL XİDMƏT —ayrı-ayrı mütəxəssislərin və sosial xidmət orqanlarının çətin həyat vəziyyətində olan vətəndaşların sosial uyğunlaşmasının və bərpasının həyata keçirilməsinə, sosial - tibbi, psixoloji - pedaqoji, sosial – hüquqi xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətdir (maddə I).
Yerli ədəbiyyatda müasir təcrübəni ümumiləşdirmək və bu əsasda əhalinin sosial xidmətinin mahiyyətini konkretləşdirmək cəhdləri olmuşdur. Belə bir nəticə çıxarılmışdı ki, əhalinin müxtəlif kateqoriyalarının sosial xidməti — müasir sosial siyasətin tərkib hissəsidir, əhalinin sosial müdafiəsinin prinsipial olaraq yeni istiqamətidir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin