Sosial yardım funksiyası.
Buraya daxildir:
- sosial dəstəyə ehtiyac duyanların, yəni ailələrin, ayrı-ayrı şəxslərin üzə çıxardılması (aztəminatlı vətəndaşlar, uşaqlı ailələr, işləmək qabiliyyətini itirmiş ailə üzvləri) ər və ailə üzlərin, onlara yardımın göstərilməsi (maliyyə, maddi) evə ehtiyac duyanlara müvəqqəti sığınacağın verilməsi və s.;
- yoxsulluğun profilaktikası: ailələrinə öz rifahını sərbəst təyin etmək, ailə sahibkarlığı üçün şəraitin yaradılması;
- qulluğa ehtiyac duyanlara ev xidmətlərinin göstərilməsi (ərzağın, dərmanların çatdırılması, müalicəyə aparılması, evdə sağlamlıq vəziyyətinə nəzarət və s.);
- məktəbəqədər, məktəb və məktəbdən kənar tərbiyənin qeyri-ənənəvi formalarının inkişafına yardım;
- valideyn ailəsindən kənar uşağın müvəqqəti məcburi qalmasının təşkili, sonradan onun uşaq müəssisəsinə yerləşdirilməsi, himayənin təşkili, oğulluğa götürülmə;
məsləhət vermə funksiyası, bura daxildir:
- mütəxəssislər tərəfindən məsləhətin verilməsi (hüquqşünaslar, sosioloqlar, pedaqoqlar, həkimlər, psixoloqlar və s.);
- gənclərin peşə seçiminə hazırlığında iştirak;
- nikaha və şüurlu valideynliyə cavan oğlanların və qızların hazırlığını;
- valideynlərin ümumi məcburi tibbi-psixoloji hazırlığı;
Sosial korreksiya və bərpa funksiyası, buraya daxildir:
- deviant davranışlı həddi-buluğa çatmayan yeniyetmələrin, nəzarətsiz uşaqlar və yeniyetmələrin, valideyn himayəsindən məhrum olan uşaqların sosial tibbi-psixoloji bərpası;
- imkanları məhdud uşaq və yeniyetmələrin və onların tərbiyə edən ailələrin tibbi-sosial bərpası və reabilitasiyası;
əhalinin maarifləndirilməsi, sosial ehtiyacların öyrənməsi və proqnozlaşdırılması funksiyası, burada iş üç istiqamətə ayrılır:
- mürəkkəb həyat vəziyyətinin həlli üçün lazım olan informasiyanın müştəriyə verilməsi;
- əhali arasında tibbi-psixoloji, pedaqoji və digər biliklərin yayılması;
- sosial iş üzrə mütəxəssislər, xüsusi olaraq yaradılmış müəssisələr tərəfindən, həmçinin elmi təşkilatların köməyi ilə öz müştərilərinin ehtiyaclarının, regionlarda böhran vəziyyətləri doğuran və onların aradan qaldırmasına yönəldilmiş amillərin tədqiqinin aparılması, sosial problemlərin hazırlaması və konkret ölçülərin reallaşdırması;
d) təbii fəlakətlər və sosial münaqişələrin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə ölçülərin reallaşdırmasında iştirakı funksiyası. Bununla əlaqədar nəzərdə tutulur:
- fövqəladə proqramların hazırlamasında sosial xidmət mütəxəssislərinin iştirakı;
- mərkəzdə və başqa yerlərdə təşkil edilən xilas etmə xidmətləri çərçivəsində sosial işçilər briqadalarının formalaşması və s.
Əhalinin sosial xidmətinin əsas istiqamətləri "Rusiya Federasiyasında əhalinin sosial xidmətinin əsasları haqqında" Federasiya qanunu ilə müəyyən edilmişdir (1995):
- maddi yardımın çətin həyat vəziyyətində olan vətəndaşlara pul vəsaitləri, qida məhsulları və s. şəklində göstərilməsi, həmçinin əlillərin və qulluğa ehtiyacı olan şəxslərin bərpası üçün xüsusi nəqliyyat vasitələri, texniki vasitələrinin verilməsi;
- sosial xidmətlərin evdə göstərilməsi: bu zaaman sosial xidmət daimi və ya müvəqqəti qeyri-stasionar sosial xidmətə ehtiyacı olan vətəndaşlara göstərilir;
- stasionar müəssisələrdə sosial xidmət: sosial xidmət qismən və ya tamamilə özünəxidmət qabiliyyətini itirmiş və daim qulluğa ehtiyacı olan vətəndaşlarla həyata keçirilir. Bu zaman onların sağlamlıq vəziyyətinə, tibbi, psixoloji, sosial xarakterli tədbirlər həyata keçirilir, qidalanma, qulluq təmin olunur, həmçinin gücü çatan əmək fəaliyyətinin, istirahətin və asudə vaxtın təşkili reallaşdırılır;
- sosial xidmətin ixtisaslaşdırılmış müəssisəsində müvəqqəti sığınacağın verilməsi yetim uşaqlara və nəzarətsiz, çətin həyat vəziyyətinə düşmüş yeniyetmələrə, psixi və ya fiziki zorakılıqdan zərər çəkmiş, müəyyən yaşayış yeri olmayan vətəndaşlara və müvəqqəti sığınacağın verilməsinə ehtiyac duyan sosial xidmətin digər müştərilərinə;
- sosial-məişət, sosial-tibbi və digər xidmətləri göstərən gündüz sosial xidmət müəssisələrində özünəxidmətə və aktiv hərəkətə qabiliyyəti saxlamış qoca yaşda vətəndaşlara və əlillərə, həmçinin həddi-buluğa çatmamış, çətin həyat vəziyyətində olanlara sosial xidmətin təşkili;
- sosial-məişət və sosial-tibbi təminatı, psixoloji-pedaqoji yardım, sosial-hüquqi müdafiə məsələləri üzrə məsləhətçi yardım;
- imkanları məhdud şəxslərə, həddi-buluğa çatmamış qanunu pozanlara, çətin həyat vəziyyətinə düşmüş və peşəkara, psixoloji, sosial bərpaya ehtiyac duyan digər vətəndaşlara bərpa xidmətləri.
Dostları ilə paylaş: |