Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Pensiyaçıların sosial xidmət müəssisələri



Yüklə 0,73 Mb.
səhifə129/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   294
Pensiyaçıların sosial xidmət müəssisələri

Bütün dünyada olduğu kimi, Rusiya Federasiyasında "əhalinin qocalması" tendensiyası müşahidə olunur. Statistika üzrə dövlət komitəsinin məlumatlarına əsasən təqaüd yaşında olan əhalinin payı daim artır: əgər 1959-cu ildə əhalinin bu qrupu ölkənin bütün əhalisinin 9% təşkil edirdisə, 2000-ci ildə o artıq 21,4% təşkil etdi. Cədvəldə əhalinin "qocalma" dinamikası göstərilmişdir.



Əhali arasında 60 və daha yuxarı yaşda olan şəxslər, %-lə






1959

1970

1979

1989

1998

1999

2000

Bütün əhali

9

11.9

13,7

15,3

17,6

19.7

21.4

O cümlədən:






















Şəhər əhalisi

7.6

10,6

12,2

14,2

16,6

18,4

20,3

Kənd əhalisi

10,5

14,1

16.4

18.4

20.2

22,1

24,3

Ailə və uşaqların sosial xidmət müəssisələrinin inkişaf dinamikası

1994-2000 illər.



Müəssisə növləri

Müəssisə sayı




1994

1995

1996

1997

1998

1999

2000

Ailə və uşaqlara sosial yardım mərkəzi

36

92

169

190

259

287

334

əhaliyə psixoloji-pedaqoji yardım mərkəzi

3

88

100

123

51

36

40

Telefon ilə təcili psixoloji yardım mərkəzi

5

78

80

93

48

25

20

Yetkinlik yaşa çatmayan uşaqlar üçün sosial-reabilitasiya mərkəzi

7

61

1 16

159

206

231

276

Uşaq və yeniyetmələr üçün sosial sığınacaqlar

22

173

311

390

388

410

412

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım mərkəzi

1

25

23

24

20

14

13

Imkanları məhdud uşaq və yeniyetmələr üçün reabilitasiya mərkəzi

33

94

138

151

152

174

182

əhaliyə sosial xidmət mrkəzində uşaq və ailələrlə iş üzrə şöbə



228

310

444

452

456

510

Ailə və uşaqlara sosial xidmət üzrə kompleks mərkəzi







264

267

291

240

Kişilər üçün böhran mərkəzləri







1



1

1

Qadınlar üçün böhran mərkəzləri







6

6

6

10

Ailə və uşaqlar üçün digər müəssisələr



158

174

203

230

203

202

Cəmi:

107

997

1421

2048

2079

21.34

2240

Bununla əlaqədar təqaüd yaşında olan vətəndaşların dəstəyi ilə bağlı Rusiya Federasiyası hökuməti tərəfindən ölçülər hazırlanıb qəbul edilir.

Qanunvericiliyinə uyğun olaraq ("Rusiya Federasiyasında dövlət pensiya təminatı haqqında" və "Rusiya Federasiyasında əmək pensiyaları haqqında" Federasiya qanunları 30 noyabr 2001-ci ildən) pensiyanın dövlət və qeyri-dövlət olanlara bölünür. Əmək və sosial pensiyalar qanunla müəyyən edilir. Əmək və digər faydalı fəaliyyətlə əlaqədar pensiyalar təyin olunur: qocalıq (yaş üzrə) üzrə, əlillik üzrə, ailəni dolandıranın itməsi ilə bağlı, qulluq illərin sayına görə. əməklə və başqa faydalı fəaliyyətlə əlaqədar, hər hansı digər səbəblərin üzündən pensiya hüququna malik olmayan vətəndaşlara sosial təqaüd müəyyən edilir.

Pensiya ömürlük təyin olunur. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiya təminatı sosial təminat dövlət orqanları tərəfindən həyata keçirilir.

Kişilərdə yaş üzrə pensiya almaq hüququ 60 yaşa çatıb ən azı 20 il işı stajı, üçün, qadınlarda 55 yaşa çatıb ən azı 5 il stajı olanlar üçün nəzərdə tutulmuşdur. Vətəndaşların müəyyən kateqoriyalarına əlverişli şərtlərlə pensiya təyin olunur (yəni daha kiçik yaşda və stajı daha az olanlara).

Pensiya qanunvericiliyi vətəndaşların dövlət pensiyası növlərindən birinin seçim hüququnu təmin edir. İstisna yalnız hərbi travmaya görə əlil olmuş şəxslər üçün müəyyən edilir. Həmin şəxslər eyni zamanda dövlət pensiyasının iki növünü ala bilərlər: qocalığa görə (və ya illər üzrə xidmətə görə) və əlilliyə görə.

Müasir şəraitdə pensiyaçıların sosial xidmət institutlarının yaradılması, yaşlı insanların sosial dəstəyinin təşkili üzrə idarələrarası iş böyük əhəmiyyət kəsb edir. Bu əhali tərkibində yaşlı insanların xüsusi çəkisinin artması ilə bağlıdır. Qocalıqda insanın sosial statusu dəyişilir, əmək fəaliyyətinin dayandırması və ya məhdudiyyəti ilə, dəyərlər meyllərinin, həyat tərzi və ünsiyyətin transformasiyası, həmçinin sosial-məişət şəraitində müxtəlif çətinliklərin yaranması ilə bağlıdır. Həm də pensiyaçılar və yaşlı insanların yeni şəraitə psixoloji uyğunlaşması üçün sosial işin spesifik yanaşmaların, formaların və metodların həyata keçirilməsi ehtiyacı yaradır.

Yaşlı insanlara göstərilən sosial xidmət Beynəlxalq əmək təşkilatının etik prinsiplərinə uyğun olaraq həyata keçirilir.

Şəxsiyyətin ləyaqəti — ləyaqətli rəftara, müalicəyə, sosial yardıma və dəstəyə hüququn olması deməkdir.

Seçim azadlığı — qoca yaşda hər bir şəxs evdə saxlama və müvəqqəti və ya son sığınacaqda yaşamaq arasında seçim hüququna malikdir.

Yardımın koordinasiyası — müxtəlif sosial orqanlar tərəfindən göstərilən yardım real, əlaqələndirilmiş və ardıcıl xarakter daşımalıdır.

Yardımın fərdiləşdirməsi — yardım hər şeydən əvvəl vətəndaşın özünün mühitini nəzərə alaraq göstərilir.

Sanitar və sosial qulluq arasında fərqliliyin aradan qaldırılmaları — sağlamlıq vəziyyəti meyarı prioritetli xarakter daşıyır. Maliyyə yardımı səviyyəsi həyat səviyyəsindən və yaşama yerindən asılı ola bilməz.

"Rusiya Federasiyasında əhalinin sosial xidmətinin əsasları haqqında" Federasiya qanunu yaşlı insanlarla sosial iş üçün normativ-hüquqi bazadır (10.12.1995 ildən).

Yaşlı insanlara göstərilən sosial xidmət sferasına bu qanuna uyğun olaraq sosial-məişət, sosial-tibbi, psixoloji-pedaqoji, sosial-hüquqi, maddi yardımın göstərilməsi və yaşlı insanların sosial uyğunlaşması və bərpasının keçirilməsi daxildir.

Sosial yardım sisteminin inkişafının başlanğıc mərhələlərində yaşlı insanlarla bağlı belə zəruri problemlər həll edilirdi: qidalanmanın təşkili, tibbi xidmət, evlə təminat, onlar üçün normal həyat şəraitini yaratmaq məqsədi ilə maddi təminat və s.

Müasir mərhələdə yardımın təşkili bu ənənəvi sosial problemlərin həlli ilə yanaşı yaşlı insanlara sosial texnologiyaların hazırlamasını nəzərdə tutur. Bunların tətbiqi ünsiyyət prosesində ahıl insanlarda yaranan psixoloji çətinliklərlə və ya yalqızlıqla bağlı məsələlərin həllinə yardım olacaq. Həmçinin nəzərə almaq lazımdır ki, yaşlı insanlar başqa yaş qruplarını necə qəbul edəcək, qocalığa qədər yaşayıb qalan sosial problemləri nədir, onları əhatə edən insanlarla münasibətlər, ailədə və cəmiyyətdə yaşlıların rol və statusu necədir və s.məsələlər var.

Qeyd etmək lazımdır ki, yaşlı insanların müxtəlif kateqoriyaları mövcuddur. Onların arasında bu qrupları fərqləndirmək olar:

- köməyə ehtiyac duymayanlar;

- işləmək qabiliyyəti qismən itirmişlər;

- xidmətə ehtiyac duyanlar;

- daimi qulluğu tələb edənlər və s.

Bir qayda olaraq, sosial yardım proqramları, bərpa, korreksiya yaşlı insanların bu və ya digər kateqoriyasından asılı olaraq tətbiq olunur. Bununla bağlı metodlar, müştəri ilə işin qaydalarından və müxtəlif prinsiplərdən istifadə olunur.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin