Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial-tibbi işlərin xüsusiyyətləri



Yüklə 0,73 Mb.
səhifə136/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   294
2. Sosial-tibbi işlərin xüsusiyyətləri

Sosial-tibbi iş ( ingiliscə medical social work ) xəstəxana və ondan kənar sosial xidmət işinin təşkili baxımından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşir.

Rusiyada sosial problemlərin dərinləşməsi, əhalinin sağlamlıq səviyyəsinin pisləşməsi, məsələnin obyektiv həllinin tapılması işində tibbi və sosial əlaqələrin yeni keyfiyyət qazanmasını labüd edir. Təcrübənin tələblərindən biri də yeni tibbi-sosial yardım metod və mexanizmlərinin yaranmasının qaçılmaz olmasıdır. Bununla əlaqədar olaraq, 1990-cı illərdə ölkəmizdə sosial işlərin yeni istiqamətləri kimi tibbi-sosial işlər inkişaf etməyə başlamışdır.Onun qurulması, ictimai əlaqələrin genişlənməsi, iqtisadiyyatın reformasiyası, əhalinin sosial müdafiəsi digər sosial institutların yeni şərtlər əsasında fəaliyyət göstərməsi ilə şərtlənir.

Sosial-tibbi iş tibbi, psixoloji-pedaqoji və sosial-hüquqi iş kimi səciyyələnir və bu da insan sağlamlığının yalnız bərpası və qorunması deyil, eləcə də onun möhkəmləndirilməsinə xidmət edir.

O, sağlamlığın qorunmasına prinsipcə fərqli tərzdə, belə ki, xəstəliyin erkən mərhələsində , vərdişə çevrilməmiş formasında, daha ciddi fəsadlar törənməmiş, nəhayət, insan ölümünə, şikəstliyə çatmamış halında sistemli şəkildə tibbi-sosial fəaliyyət formasında yanaşır.

Beləliklə, tibbi-sosial iş yalnız reabilitasiyada deyil, həm də profilaktika istiqamətində də fəaliyyət göstərir. Tibbi-sosial işin əsas məqsədi sağlamlığın ən mümkün optimal səviyyəyə çatdırmaq, fiziki və psixi-patoloji xəstəliyi olan, eləcə də sosial ehtiyacları çox olan şəxslərlə uyğunlaşmaq, bir növ funksionallaşmaqdır. Tibbi-sosial iş iki əsas hissəyə ayrılır: sanoqenetik yönümlü tibbi-sosial iş və patoqenetik yönümlü tibbi-sosial iş.

Samoqenetik yönümlü tibbi-sosial iş somatik- psixi xəstəliklərlə bağlı xəbərdarlıq tədbirləri həyata keçirməyi, sağlam həyatın formalaşdırılması, sağlamlıqla bağlı məlumatlandırma, bu məqsədlərlə tətbiq olunan müxtəlif səviyyəli tibbi-sosial yardımlar, sosial administrativlik, insan sağlamlığı ilə bağlı vətəndaşların hüquqlqrının müdafiəsi və s. özündə ehtiva edir.

Patogenetik yönümlü tibbi-sosial iş aşağıdakı təşkilati tədbirlərdən ibarətdir: tibbi-sosial yardım, tibbi-sosial ekspertiza, əlillərin tibbi, sosial və peşəkar reabilitasiyası, səhiyyənin konkret sahələrində sosial işlərin aparılması, psixi statusun müəyyənləşdirilməsi, digər peşə sahəsinin işçiləri ilə razılaşdırılmış sosial-məişət infrastrukturlarının yaradılması, yaxud bərpası.

Son dövrlərdə Rusiyada əhalinin peşəkar tibbi-sosial səviyyədə normativ hüquqi sənədlərinin hazırlanması üçün “Vətəndaşların sağlamlığının qorunması ilə bağlı Rusiya Federasiyası qanunvericiliyinin əsasları”, “Rusiya Federasiyasında əhaliyə sosial xidmətlərə dair”, “Yaşlı və əlil insanlara sosial xidmətə dair”, “Rusiya Federasiyasında əlillərin sosial müdafiəsi”, “Vətəndaşlara hüquq normalarını pozmadan psixatrik yardım” və s. kimi hüquqi sənədlər mövcuddur. Son illərdə “Sosial xarakterli xəstəliklərlə bağlı xəbərdarlıq və mübarizə” adlı Federal Proqram müvəffəqiyyətlə həyata keçirilir.

Rusiya Səhiyyə Nazirliyinin 30 oktyabr 1995-ci il tarixli, 294 nömrəli Əmri ilə tətbiq olunmuş psixiatrik və psixoterapevtik yardımla məşğul olan sosial işçinin vəzifələri” və “Psixiatrik və psixoterapevtik işlərlə məşğul olan mütəxəssislərin vəzifə üzrə tarif dərəcələri” adlı dövlət sənədləri bu işdə xüsusi rol oynayır.

Müxtəlif növ ixtisaslar içərisində tibbi-sosial işin yeri məsələsindən bəhs edərkən tibbi-sosial işçinin digər peşə sahibləri ilə (həkim, psixoloq, pedaqoq və hüquqşünaslarla) birgə işin sistemləşdirilməsi və koordinasiya olunmasında mühüm rol oynadığını da qeyd etmək lazımdır.

Tibbi-sosial iş multidistiplinar fəaliyyət formalarından biri kimi səhiyyənin və əhalinin sosial müdafiəsinin maraqları nəzərə alınmaqla sosial-tibbi işçilərin səhiyyə sistemindəki profilaktik, reabilitik və psixoterapevtik metod və formalardan istifadə etməsi, sosial konsultasiya (məsləhətləşmə), sosial vəsait, evlərdə sosial xidmət, sosial müəssisələrə gündəlik davamiyyətin təşkili və s. işlərin həyata keçirilməsidir.

Tibbi-sosial yardım xidməti qarşısında duran vəzifələrə uyğun olaraq xüsusi hazırlanmış mütəxəssislərdən təşkil edilir. Tibb müəssisələrində sosial işçilərin müvafiq vəzifələr üzrə təyinatı tibbyönümlü işçilərin və müalicə-profilaktika işçilərinin onların ixtisas xarakteristikası əsasında formalaşır.

Əhaliyə tam şəkildə tibbi-sosial yardım üçsəviyyəli şəkildə; ali, orta təhsilli mütəxəssislər və ahıllara, qocalara, əlillərə, ağır xroniki xəstələrə, kimsəsizlərə köməklik göstərən könüllülərdən ibarət personal tərəfindən həyata keçirilir. Tibbi-sosial yardımda kompleks yanaşma eyni vaxtda bu üç səviyyənin birlikdə hərəkət etməsini nəzərdə tutur.

Yüksək səviyyəli mütəxəssisin (ali təhsilli sosial işçinin, sosial yönümlü həkimin) kompetensiyasına əhalinin sosial durumu haqqında geniş məlumat almaq, xidmətə ehtiyacı olan sosial kütlə ilə bağlı regionların sosial xəritəsi, mövcud ərazidə yaşayan ailələrin sayı , regionun sosial-iqtisadi vəziyyəti , onun krimonogenliyi, təhlükəli xəstəliyə yoluxma səviyyəsi daxildir. Yüksək səviyyəli mütəxəssis əhaliyə tibbi-sosial yardım proqramı hazırlayır və onu xidmət göstərilən rayonda tibb müəssisələrinin işçiləri ilə birlikdə həyata keçirir, müxtəlif təşkilat nümayəndələri ilə (pedaqoq, psixoloq, hüquqşünas) birlikdə üzvi şəkildə hərəkət edir, orta səviyyə tutan vəzifəli şəxsləri sosial tədbirlərin keçirilməsi üçün göndərir və buna nəzarət edir və s.

Orta səviyyədə vəzifə tutan tibbi-sosial işçinin əsas vəzifələri bilavasitə ailələrlə işlərdə patronajlıq və konkret xidmətin verilməsi, klientə ilkin tibbi yardımın təşkili, onun tibbi medikamentlərlə(tibb ləvazımatları və dərman peraparatları) təchizatı, xüsusi imtiyazlı qiymətlərlə işləyən mağazalardan ərzaq məhsullarının alınması, mütəxəssislərin konsultativ yardımlarının təşkili, sanitar-maarifləndirmə işləri, özünəyardım və qarşılıqlı yardım üzrə maarifləndirmə, sağlam həyat tərzinin yaradılması, kimsəsizlərə, qocalara və ahıllara sosial-məişət xidmətlərinin göstərilməsindən ibarətdir.

Tibbi-sosial işin üçüncü mərhələsi könüllülər tərəfindən həyata keçirilir. Bunlar yerli dindarlar, Qırmızı Xaç Cəmiyyəti və digər təşkilatların nümayəndələrindən təşkil edilir. Əhalinin sosial yardımının əsas regional formalarından biri də yerli poliklinikalarda yaradılmış tibbi-sosial şöbələrdir. Müalicə-profilaktika müəssisələri nəzdində tibbi- sosial qurumların yaradılması məqsədə uyğundur və hər şeydən əvvəl, ictimai sağlamlığın tibbi və sosial problemlərinin həllindən asılı olması ilə şərtlənir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin