Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Pentensiar sistemdə sanksiya və cəzaların qenezisi



Yüklə 0,73 Mb.
səhifə145/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   294
1.Pentensiar sistemdə sanksiya və cəzaların qenezisi

Penitensiar elmlərin tarixi inkişafı özündə müxtəlif cəza nəzəriyyələrini ehtiva edir. Min illər boyu talion qanunu (lat.talio-cinayətə bərabər qisas) fəaliyyət göstərmişdir. Bu da cinayətkara verdiyi zərərin müqabilində tətbiq olunan cəza deməkdir (gözə göz, dişə diş). Talion qanununa qarşı qədim yunan filosofu Pifaqor çıxmışdır. Onun fikrincə, cəza islahedici xüsusiyyət daşımalıdır. Bu fikirlə o , cinayətkarı islah etmək, təhlükəsiz hala gətirməyin mümkünlüyünü bildirirdi. Aristotel belə hesab edirdi ki, əgər mövcud cəza cinayətkarı islah etmirsə, onda o daha da kəskinləşdirilməlidir.

Sonralar cinayətkarın cəzalanması ilə əlaqədar fərqli konsepsiyalar inkişaf etdi. Bunlardan təcridetmə nəzəriyyəsi, məqsədyönlülük və psixoloji məcburetmə və s. kimi konsepsiyaları göstərmək olar. Məsələn, T.Hobbs hesab edirdi ki, cinayətkarın real, yaxud potensial təcrid olunması cinayətlə bağlı xəbərdarlığa imkan verir.

XVIII əsrdə italiyalı hüquqşünas Çezare Bekkaria (“Cinayət və cəza” traktatı) və Böyük Fransa İnqilabında yakobinçilərin rəhbərlərindən biri olmuş Jan Pol Marat ağır cəzaların qeyri-effektiv olması fikrini müdafiə edərək, cinayət və cəzanın eyni ölçüyə malik olmasının vacibliyini qeyd edirdi.

XIX əsrdə alman penologiya məktəbinin nümayəndələri sübut etməyə çalışırdılar ki, cəza öz təbiətinə görə qeyri-əxlaqidir, lakin dövlət hər zaman seçim qarşısında qalır; cəmiyyətin maraqlarından imtina etmək, yoxsa cinayətkara qarşı qəddarlıq nümayiş etdirmək.

Göründüyü kimi, resosializasiya məsələsi, yaxud cinayətkarın islah edilməsi müasir dövrümüzdə hər hansı kəşf deyil, əksinə müxtəlif formalarda çıxış edərək qanunu pozmuş şəxsə qarşı onun “pozitiv” istiqamətə yönəldilməsi üçün ictimaiyyətlə əməkdaşlıq ənənəsi çoxdanmövcuddur. Lakin müəyyən zaman daxilində ictimai ideyalara əsaslanaraq, yeni ideyalar da irəli sürülür.

Cinayətkarlara qarşı resosializasiya, daha dəqiq desək, sosializasiya istiqamətli ilk addım azadlıqdan məhrumetmə cəzasının həyata keçirilməsi oldu. “Azadlıqdan məhrumetmə”, “İctimai intizamın düşünülmüş tələbləri və fərdi prinsiplər” kimi ifadə olunurdu.

Azadlıqdan məhrumetmə nəticəsində oğrular və dilənçilər küçələrdən çəkilir və müntəzəm halal əməyə cəlb olunurdular. Onu da qeyd etmək lazımdır ki, kasıb və dilənçilərə bədən cəzası verməklə davranışlarında hər hansı dəyişikliyin əldə edilməsinin mümkün olmaması təcrübəsi də vardı. Belə düşünülürdü ki, azadlıqdan məhrum edilmişlərin kamerada dua etməklə məşğul olmaları onların şəxsiyyət baxımından əmək və daxili asketizm nəticəsində sosiallaşmasına səbəb olacaq. Beləliklə, azadlıqdan məhrumetmə cəzası yeni məna kəsb edərək bədən cəzasından daha çox mənəvi dəyişmələrə səbəb olurdu. Nəzərə alaq ki,cəza həmişə cəmiyyətdə müxtəlif funksiyalar daşıyıb və daşımaqdadır. Məsələn, cəza potensial cinayətkarın qorxudulması vasitəsi kimi özünü göstərir , bununla da onun deviant işinin yayılması məhdudlaşır. Lakin müasir anlamda azadlıqdan məhrumetmənin mənəvi dəyişıkliklərə səbəb olacağı inandırıcı olmur,burada yalnız cinayətin qarşısını almaq nəzərdə tutulur. Hər hansı mülkiyyət hüququnun qorunması ilə əlaqədar tətbiq olunan mümkün cərimə sanksiyası həmişə olub, bu gün də qalmaqdadır. Lakin bu günə qədər hələ sübut edilməmişdir ki, azadlıqdan məhrumetmə cinayətkarlığın qarşısını almaqda yetərlidir. Məhkəmə işinin fəaliyyəti və islah sistemi bu ümumi fəlsəfi prinsiplər üzərində qurulur.



Qisasalma. Bu konsepsiyaya əsasən cinayət öz təbiətinə görə qanunauyğunluq çərçivəsində cəzalandırılmalıdır. Beləliklə, həbsolunmanın cəzalandırmaqdan başqa ulitar mahiyyəti yoxdur, yəni cinayətkarlığın qarşısını almaq, cəmiyyəti qorumaq və cinayətkarı yenidən tərbiyə etmək məqsədi daşımır.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin