Etnik proyeksiyalar
Ayrıseçkilik aspektində etnik proyeksiyalar, mədəni şok və fərdi proyeksiyalarla bağlıdır.
MƏDƏNİ ŞOK — başqa mədəniyyətlə təmas vaxtı, müəyyən mədəniyyətin nümayəndələri tərəfindən hiss edilən sarsıntıdır. Mədəni şok — fərdi şüur səviyyəsində iki mədəniyyətin münaqişəsidir.
PROYEKSİYA — Freydə görə, başqa fərdə məxsus cizgi və xüsusiyyətlərin dərk edilməmiş bolgüsüylə nəticələnən psixoloji müdafiə mexanizmidir. Psixi prossesə məxsus öz daxili impuls və hislərin ona şüursuz keçməsi nəticəsində o, obyektin xarici xüsusiyyətləri kimi qəbul edilir.
Mədəni şok miqrasiya ilə bağlıdır.Etnik qruplar istər könüllü, istərsə də məcburiyyət üzrə öz yaşam mühitini dəyişdirirlər. Miqrasiyanın nəticəsi kimi mədəni şok miqrant üçün yeni "şifahi və yazılı simvollar"ın müxtəlifliyiylə bağlıdır və bunlar, gündəlik həyatda onu azdırır, stress vəziyyətlərinə gətirir.Bu halda o, "acizlik hissi, yeni mədəniyyətdə artıq uzun müddət yaşayan nümayəndələrlə əlaqələrə cəhddə qorxu, aldadılmaq və ya təhqir qorxusu, əhval-ruhiyyənin ümumi azalması və s." ilə müşahidə olunur.Beləliklə, mədəni şok hadisələri, aqressiya amillərinin təzahürü üçün neqativ yönəlmələrin göstəricisi ola bilər.
Fərdi proyeksiyalar əsasında "şəxsiyyətin neqativ keyfiyyətləri" fenomeni dayanır. Çox insan neqativ keyfiyyətlərə malikdirlər. Bu keyfiyyətlərdən qurtulmaq istəyi və ya imkansızlığı, onları cəmiyyətdə etnik qruplara "proyeksiya edə" bilır, bunula da onlar ətrafları tərəfindən özlərinə istiqamətlənmiş mənfi emosiyalardan azad olunurlar.
Ənənəçilik
Etnik ayrımçılıq müəyyən qrupların həyat tərzinin qurulmasıdır ki, bu zaman ayriseçkilik başqa qrupda “ümidsizlik və ya asılı vəziyyət” kimi hissi əmələ gətirir.Qrupun özünü daha yaxşı qiymətləndirməsı "biz onlardan daha yaxşıyıq" prinsipi əsasında həyata keçirilir.Belə tendensiya ənənəvi olaraq həmin mədəniyyətin simvolu, dəyərləri və sterotipləri əsasda başqa mədəniyyətin qiymətləndirilməsində ifadə edilir.
ƏNƏNƏÇİLİK — sosial, tarixi, dini və başqa ənənələri qorumağa çalışan sosial-fəlsəfi istiqamətdir.
Aşmora və Delbokanın yanaşmalarına əsasən, müasir cəmiyyətdə etnik birliklərdə qabaqcadan yanlış fikirdə olma anlamında dəyişikliklər oldu, bununla belə o fikir qalır və mövcudluğun yeni formalarını yaradır:
■ Rasizm cəmiyyətin ən aşağı qatlarının irqçiliyi — "qəbul edilən irqi təhdiddir", qorxu əsasında etnik əksəriyyətin üstün vəziyyətini itirməsinə əsaslanır;
■ "şəhərətrafı sakinlərə qarşı simvolik irqçilik" — inteqrasiya etməyə imkan verir, lakin sosial iyerarxiya hərəkətində etnik azlığa mane olurlar;
■ "Əksirqçiliyə görə hesablama" — cəmiyyətin ən yüksək təbəqəsinin baxışlar sistemidir, hansı ki, onlar başqa irqin insanlarını, özlərini və ətrafındakıların qiymətləndirməsini yüksəldilməsini himayə etməyə qadirlər.
Dostları ilə paylaş: |