Liberal feminizm cəmiyyətin patriarxal sistemi dəyişilmədən kişi və qadın arasında bərabərliyi nəzərdə tutur. Bərabərlik əmək və peşə, "kişi və qadın" gündəlik həyatda stereotiplərinin normaları, uşaqların tərbiyəsi, ev vəzifələrinin icrası bölgüsündə təzahür edir.
Radikal feminizm yeni ictimai quruluş uğrunda mübarizə aparır. Onlar hesab edirlər ki,"sinif" yox, "cins", istismarın əsası hesab olunur. Heteroseksuallıq və reproduktiv funksiyalar qadına tətbiq edilən, ailədə və cəmiyyətdə həyata keçirilən, zorakılığı təhrik edən amildir. Buradan ailə institutunun dağıdılmasına və ictimai münasibətlərin transformasiyasına ehtiyacın olduğu haqqda nəticə çıxarılır.