Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə2/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   294
Texniki redaktor: b\l T.Əlizadə

Tərcüməçilər:

Üzeyir Şəfiyev - sosiologiya üzrə fəlsəfə doktoru, dosent

Rəna Məmmədova - Fəlsəfə üzrə fəlsəfə doktoru

Qızılgül Abbasova - Fəlsəfə elmləri doktoru, prof essor

Elvin Muradov- doktorant

Elizə İsmayılova - fəlsəfə üzrə fəlsəfə doktoru

Aysel İsgəndərova – doktorant

Tamilla Əlizadə - B\l

Daxil Vəliyev - Fəlsəfə üzrə fəlsəfə doktoru

Vüsalə Musayeva – doktorant

Ön söz

"Sosial işin nəzəriyyəsi" kursunun birinci nəşri 1999-cu ildə çapdan çıxmışdır. Bu müddət ərzində sosial işin müasir nəzəriyyəsinin modellərinə tam təfərrüatı ilə yanaşan yetərli miqdarda dərsliklər dərc edilmişdir. Qeyd etmək olar ki, sosial işin yerli nəzəriyyəsinin predmet dili tədricən formalaşır. Buna görə sosial işin müasir dərkində istifadə olunan və bizim üçün əhəmiyyətli anlayışların və terminlərin sistemiylə tələbələri tanış etmək üçün bu nəşrdə kifayət qədər böyük diqqət ayırılmışdır.

Sosial işin yerli nəzəriyyəsinin müasir inkişafının digər xüsusiyyəti ondan ibarətdir ki, peşəkar ictimaiyyət arasında daha çox ehtiyac yalnız sosial işin ideal modellərini deyil, həm də təcrübədə mövcud olan real modelini əks etdirməyə yaranır. Bu elmi biliyin və təcrübənin başqa sferalarından müasir sosial işi ayıran meyarlar sistemini müəyyən edən bir sıra müzakirələr keçirməyə imkan yaratdı. Onlar arasında ən əhəmiyyətlisi bu gün biliyin və təcrübənin başqa paradiqmalarından sosial işi ayıran : fəaliyyətin, spesifik nəzəri refleksiyanın və ideoloqema identfikasiyasıdır ki, bütün bunlar dərslikdə öz əksini tapmışdır. Göstərilən yanaşma "Sosial işin nəzəriyyəsi" kursunun modul qurluşunu müəyyən etdi ki, bu da metodoloji plüralizm, bütövlük və sistemlik prinsiplərindən istifadə edərək konsepsiyaların müzakirələrinə imkan verdi. Kursun əsas hissəsi müştəriylə sosial işin dünya və yerli təcrübəsində mövcud olan fərdi, qrup metodları, etik prinsiplərini özündə ehtiva edən nəzəri yanaşmalarına həsr edilmişdir. Kursun məzmunu fənlərarası əlaqələr çərçivəsində ümumpeşakar qaydalarla, həmçinin mütəxəssislərin hazırlığının tədris planına daxil olan xüsusi tədris intizamıyla uyğunlaşdırılmışdır. Hazırlanmış kurs əsasında dövlət təhsil standartlarının tələbləri nəzərə alınaraq, müəlliflər nəzəri biliklərə müxtəlif yanaşmaları nəzərdən keçirmiş, praktiki metodları göstərmişlər.Təqdim olunmuş müddəaların, fikirlərin mübahisəli xarakter daşıdıqlarını nəzərə alaraq, gələcək tədqiqatlarda və nəşrlərdə nəzərə almaq üçün müəlliflər bütün irad və təklifləri üçün minnətdar olacaqlar.

1ci hissə


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin